Icma.az
close
up
RU
Zabratda kanalizasiya problemi: Yağış, qar yağan kimi ərazini su basır

Zabratda kanalizasiya problemi: Yağış, qar yağan kimi ərazini su basır

Icma.az, Hurriyyet portalına istinadən məlumatı açıqlayır.

Bakının Sabunçu rayonunun Zabrat qəsəbəsində kanalizasiya sularının bəzi küçələrdə yığılıb qalması sakinlərə ciddi problemlər yaradıb.

Bununla bağlı Oxu.Az-a şikayət daxil olub.

Müraciətdə vurğulanıb ki, qəsəbənin Hüseyn Cavid və Murad Mirzəyev küçələrində kanalizasiya xəttinin olmaması səbəbindən yollar keçilməz vəziyyətə düşür:

"Xüsusilə yağıntılı havalarda ərazi su altında qalır, nəqliyyatın və piyadaların hərəkəti mümkünsüz olur. Problem uzun müddətdir davam edir. Bu ərazidə kanalizasiya çəkilmədiyi üçün yağış, qar yağan kimi ətrafı su basır. Əraziyə nə maşın gələ bilir, nə də piyada hərəkətimiz mümkün olur. Problemin nə vaxt həll olunacağı isə məlum deyil".

Sabunçu rayon Sukanal İdarəsindən şikayətə dair Oxu.Az-a verilən məlumatda isə qeyd olunur ki, həmin ərazidə standartlara cavab verən mərkəzləşdirilmiş kanalizasiya şəbəkəsi yoxdur:

"Məlumdur ki, yağış suları drenaj sistemləri vasitəsilə daşınır. Həmin suları kanalizasiya kollektoruna axıtmaq xətlərin həddindən artıq yüklənməsinə, daşma hallarının baş verməsinə səbəb olur. Qeyd olunan ünvanda isə həmçinin yağış sularının idarə olunması üçün drenaj sistemi də mövcud deyil.

Mövcud problemlərin kompleks şəkildə həlli məqsədilə 12 yanvar 2026-cı il tarixində Prezident İlham Əliyevin Sərəncamı ilə su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illəri əhatə edən Dövlət Proqramı təsdiq edilib. Proqram çərçivəsində su mənbələrinin dayanıqlığının təmin edilməsi, suyun mənbədən götürülməsi, emalı, nəqli, saxlanılması və paylanması proseslərinin optimallaşdırılması nəzərdə tutulur.

Bununla yanaşı, əhalinin keyfiyyətli və dayanıqlı içməli su ilə təmin edilməsi, paylayıcı şəbəkələrdə itkilərin minimuma endirilməsi, su uçotunun tam və müasir tələblərə uyğun şəkildə qurulması, yağış və tullantı suları sistemlərinin yenilənməsi və infrastruktur təminatı, eləcə də yağıntılar zamanı təchizat sistemi olmayan ərazilərdə subasma hallarının qarşısının alınması proqramın əsas hədəflərini təşkil edir.

Dövlət Proqramının icrası hazırda yağıntılar zamanı subasma halları müşahidə olunan Zabrat, Buzovna, Suraxanı və digər yaşayış məntəqələrində kanalizasiya və yağış suları infrastrukturunun mərhələli şəkildə qurulmasına, yenilənməsinə, yeni kollektorların və nasos stansiyalarının tikintisinə, mövcud xətlərin buraxılış qabiliyyətinin artırılmasına imkan yaradacaq. Nəticədə bu ərazilərdə ekoloji vəziyyətin yaxşılaşdırılması, əhalinin həyat və məişət şəraitinin yüksəldilməsi, həmçinin dayanıqlı və təhlükəsiz su təsərrüfatı sisteminin formalaşdırılması təmin ediləcək".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:145
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 05 Fevral 2026 18:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see281

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see278

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see263

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see254

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see254

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see252

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see246

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see240

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see238

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see229

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see222

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see217

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see216

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see214

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see207

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see202

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see202

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see202

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see193

Alimlər diabetin müalicəsi üçün yeni hədəf müəyyən edib

31 Oktyabr 2026 07:34see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri