Icma.az
close
up
RU
Menu

Leysan Məmmədovun birmənbə metodu: Xocavənddə 40 evi 2,3 milyona təmir edəcək şirkət kimindir?

Prezident İlham Əliyev Ramiz Mehdiyevlə bağlı danışdı İlk dəfə

İqtisadiyyat Nazirliyində “Konstitusiya və Suverenlik İli” mövzusunda tədbir keçirilib

Qəzaya uğrayan təyyarə ilə bağlı maraqlı məlumatlar KONKRET

Bakı və regionlarda neçə bina istiliklə təmin olunacaq? RƏSMİ AÇIQLAMA

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb

Turizmi daha da inkişaf etdirmək üçün hansı addımları atmaq lazımdır?

Azpul MMC də QANUN POZUNTUSU müştərinin telefon kontakt ına icazəsiz daxil olur

FEYXOANIN FAYDALARI VƏ ZƏRƏRLƏRİ

TFF iki futbolçuya qarşı inzibati tədbirləri dayandırıb

Kənan Məhərrəmov yüksək vəzifəyə təyin edildi

Ərəblərdən Lukoyl a ağır zərbə: Ələkbərov çətin vəziyyətə düşüb

AFFA dan Turan Tovuz un futbolçusuna cəza, klublara cərimə

Rusiya nefti rekord endirimlərlə satmağa başladı: yeni sanksiyalar Kremlə ağır zərbə vurdu

Rusiya Qazaxıstana dörd Amur pələngi bağışlayacaq

Elnarə Akimova: “Milli Ədəbiyyat Mükafatı təsis olunmalıdır”

Məşhur türkiyəli müğənni ad günündə vəfat etdi FOTO

Fransa və Braziliya milli komandaları Bostonda yoldaşlıq oyunu keçirəcəklər

Bakıda sənədsiz ev problemi: Minlərlə ailə illərdir əmlakına çıxarış almağı gözləyir

Rahid Əmirquliyev: Millimiz İslandiya ilə Bakıdakı matçda revanş ala bilər

Zahid Məmmədov: “Elmi tədqiqatlar ölkənin inkişafına xidmət etməlidir”

Zahid Məmmədov: “Elmi tədqiqatlar ölkənin inkişafına xidmət etməlidir”

Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Martın 27-si Azərbaycanda Elm Günüdür. Prezident İlham Əliyevin 2018-ci il 9 aprel tarixli Sərəncamına əsasən Azərbaycanda Elm Gününün təsis edilməsi bu sahəyə dövlət səviyyəsində qayğı göstərilməsinin bariz nümunələrindən biridir. 

Ölkəmizdə Elm Günü, eyni zamanda Azərbaycan Milli Elmlər Akademiyasının yaradıldığı günə təsadüf edir.

1945-ci ildə Azərbaycan Elmlər Akademiyası təsis olunduqdan sonra respublikada elmin mükəmməl təşkilati strukturu formalaşıb, elmi araşdırmaların həyata keçirilməsi sistemli xarakter alıb.

Elm günü ilə bağlı iqtisad elmləri doktoru, professor Zahid Məmmədov “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, cəmiyyət inkişaf etdikcə elmi-tədqiqat işləri də genişlənir:

“Elm sahəsində hazırkı vəziyyəti qiymətləndirmək üçün geniş müzakirələr aparılmalıdır. Ümumilikdə, bu gün dünyada elmə münasibət köklü şəkildə dəyişib. Əvvəllər elmin inkişafı strateji prioritet kimi dövlətin diqqət mərkəzində idi.

İndi isə elmin inkişafında yalnız dövlət deyil, özəl sektor da maraqlı olmalıdır. Məsələn, bu gün ABŞ-də elmi tədqiqatların 80 %-i şirkətlər tərəfindən həyata keçirilir. Bununla yanaşı, elmi fəaliyyətlər üçün müxtəlif qrantlar və maliyyə dəstəyi proqramları mövcuddur. Məhz Çin Xalq Respublikası bu sahəyə fəal sərmayə yatırır.

Cəmiyyətdə mövcud problemlərin həllini məhz elmi tədqiqatlar təmin edir. Belə ki, sənayenin və texnologiyanın inkişafına kim qiymət verməlidir? Əlbəttə ki, elm qiymət verməlidir. Buna görə elmə ayrılan vəsait birbaşa inkişafı sürətləndirir.

Əvvəllər ən yaxşı avtomobil Sovet avtomobilləri hesab edilirdi. Lakin bu gün onların yerini daha müasir modellər tutub. Hər dövrün tələblərinə uyğun olaraq yeniliklərə ehtiyac yaranır.  Cəmiyyət inkişaf etdikcə elmi-tədqiqat işləri də genişlənir. Bir müddət öncə aparılan elmi tədqiqatlar bu gün cəmiyyətdə bir dəyişiklik yaradıb. Dönəmin şərtlərinə uyğun olaraq hər şey dəyişir”.

O qeyd edib ki, təhsilin, elmin dəyəri artırılmalı, eləcə də dünyanın ən yüksək reytinqli universitetlərində təhsil alan şəxslər layiqincə qiymətləndirilməlidir:

“Elm sahəsində gənclərin rolu ilə bağlı müxtəlif tədbirlər həyata keçirilir. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi hər il konfranslar təşkil edir və burada gənc tədqiqatçılarla bağlı statistik məlumatlar paylaşılır.

Lakin elmi dərəcələr üzrə müdafiə edənlərin sayı kifayət qədər deyil. Bu özü bizi maraqlandırmalıdır ki, niyə bu say azdır? Gənclərin elmə cəlb olunması ilə bağlı hansı addımlar atılmalıdır? Təcrübə göstərir ki, gənclərə şərait yaradılır.

Məsələn, gənc universitetlərə işə dəvət edilir, amma daha sonra ondan yüksək maaş təklif olunanda iş yerini dəyişir. Belə k, bakalavr təhsili olan bank və ya özəl sektorda çalışan şəxs elmi dərəcəsi olan bir professorla müqayisədə daha çox maaş alır. Necə olar bilər ki, bankda işləyən bakalavr təhsili olan şəxsin maaşı dokturantura təhsilli, elmi dərəcəsi olan şəxsdən daha çox olsun? Bu, düşündürücü bir məsələdir.Yəni öyrədən öyrədiləndən az maaş ala bilməz. Gömrükdə çalışanın maaşı elmi dərəcəyə malik bir olan professorun əməkhaqqısından yüksək olmamalıdır. Bu çox vacib məsələdir. Bunlar araşdırılmalı və həll yolları tapılmalıdır”.

Professor vurğulayıb ki, hər şey, bütün elmi tədqiqatlar ilk növbədə milli iqtisadiyyatın inkişafına xidmət etməlidir:

“Elm sahəsində beynəlxalq uğurlara gəlincə isə, biz elə durmadan beynəlxalq rəqabətliliyinin artırılmasından danışırıq. Çox gözəl. Amma öncə daxildə tanınmaq lazımdır. İlk növbədə ölkənin daxili ehtiyaclarını ödəmək olmalıdır, daha sonra beynəlxalq səviyyədə tanınmaq. Mən anlamıram bizim məqsədimiz Azərbaycanın inkişafıdır, yoxsa xaricin? 

Ümumi bir beynəlxalq yanaşma mövcuddur. Ola bilsin ki, bu, düşünülmüş bir strategiyadır ki, aparılan elmi tədqiqatlar məhz elə xaricə getsin.

Lakin ərzaq təhlükəsizliyi, aqrar təsərrüfatın inkişafı və ölkənin milli iqtisadiyyatına aid olan məsələlərin beynəlxalq ictimaiyyətin müzakirəsinə çıxarılmasının nə mənası var? Əvvəlcə özümüzü, daxili inkişafı təmin etməli, əldə olunan nəticələri patentləşdirməli və daha sonra dünyaya təqdim etməliyik ki, beynəlxalq bazar bizim məhsulu alsın.

Bəzən alimlər deyir ki, mənim xaricdə məqalələrinin çap olunub. Ancaq deyəndə ki, sənin məqalən Azərbaycanda tədqiq olunubmu? Onun ölkənin inkişafına töhfəsi varmı? Yox. Elm Azərbaycan iqtisadiyyatının inkişafı naminə olmalıdır”.

O bildirib ki, gənc alimlərin inkişafı üçün dayanıqlı sistem qurulmalıdır: 

Gənclərin elmə marağını artırmaq üçün bir sıra layihələr həyata keçirilir. Belə ki, Azərbaycan Dövlət İqtisad Universitetində “Gənc professorlar” layihəsi, “Gənc alimlər şurası” kimi proqramlar fəaliyyət göstərir.

Gənc tədqiqatçılar xaricə göndərilir, onların inkişafı üçün müxtəlif imkanlar yaradılır. Lakin burada əsas problem gənc alimlərə qoyulan investisiyaların geri qaytarılmamasıdır.

Məsələn, dövlət və universitetlər gənc alimlərin xaricdə təhsil almasına dəstək verir, lakin müəyyən müddət sonra həmin gənclər daha yüksək maaşlı iş təklifləri alaraq ölkəni tərk edirlər.

Bu problemin qarşısını almaq üçün mexanizmlər yaradılmalıdır. Dövlət tərəfindən maliyyələşən gənc alimlər müəyyən müddət ölkəyə xidmət etməlidir. Necə ki, dövlət tərəfindən maliyyələşən, xaricə gedən gənclər 5 il Azərbaycana xidmət etməlidir, işləməlidir. Mən hətta deyərdim 5 il azdır. 5 il nədir ki? Hələ 5 ilə o öyrənəcək. Bu müddət kifayət qədər effektiv deyil və artırılmalıdır.

Universitet və dövlət sənin təhsil alıb, müasir texnologiyaları öyrənməyin, dil və kompüter biliklərini inkişaf etdirməyin üçün xaricə göndərir.

Bir gün deyirsən ki, məni bağışlayın artıq mən xaricə gedirəm. onu dayandırmaq olmur. Baxın, bu cür problemlər var. Bu problemin həlli ilə bağlı hüquqi mexanizm tapmalıyıq. Ona görə də qoyulan vəsaitin qaytarılması mexanizmi olmalıdır”.

Əfsanə Rəcəb
“Cebheinfo.az”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:78
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 28 Mart 2025 10:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Leysan Məmmədovun birmənbə metodu: Xocavənddə 40 evi 2,3 milyona təmir edəcək şirkət kimindir?

12 Noyabr 2025 17:21see293

Prezident İlham Əliyev Ramiz Mehdiyevlə bağlı danışdı İlk dəfə

12 Noyabr 2025 20:16see195

İqtisadiyyat Nazirliyində “Konstitusiya və Suverenlik İli” mövzusunda tədbir keçirilib

13 Noyabr 2025 10:47see173

Qəzaya uğrayan təyyarə ilə bağlı maraqlı məlumatlar KONKRET

12 Noyabr 2025 11:42see172

Bakı və regionlarda neçə bina istiliklə təmin olunacaq? RƏSMİ AÇIQLAMA

13 Noyabr 2025 13:18see167

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb

12 Noyabr 2025 08:18see159

Turizmi daha da inkişaf etdirmək üçün hansı addımları atmaq lazımdır?

12 Noyabr 2025 14:22see155

Azpul MMC də QANUN POZUNTUSU müştərinin telefon kontakt ına icazəsiz daxil olur

12 Noyabr 2025 22:35see152

FEYXOANIN FAYDALARI VƏ ZƏRƏRLƏRİ

12 Noyabr 2025 17:12see141

TFF iki futbolçuya qarşı inzibati tədbirləri dayandırıb

12 Noyabr 2025 16:06see140

Kənan Məhərrəmov yüksək vəzifəyə təyin edildi

12 Noyabr 2025 17:11see138

Ərəblərdən Lukoyl a ağır zərbə: Ələkbərov çətin vəziyyətə düşüb

12 Noyabr 2025 22:31see138

AFFA dan Turan Tovuz un futbolçusuna cəza, klublara cərimə

13 Noyabr 2025 14:04see135

Rusiya nefti rekord endirimlərlə satmağa başladı: yeni sanksiyalar Kremlə ağır zərbə vurdu

12 Noyabr 2025 17:10see135

Rusiya Qazaxıstana dörd Amur pələngi bağışlayacaq

13 Noyabr 2025 03:49see133

Elnarə Akimova: “Milli Ədəbiyyat Mükafatı təsis olunmalıdır”

12 Noyabr 2025 17:10see132

Məşhur türkiyəli müğənni ad günündə vəfat etdi FOTO

12 Noyabr 2025 21:15see131

Fransa və Braziliya milli komandaları Bostonda yoldaşlıq oyunu keçirəcəklər

13 Noyabr 2025 01:50see130

Bakıda sənədsiz ev problemi: Minlərlə ailə illərdir əmlakına çıxarış almağı gözləyir

12 Noyabr 2025 08:26see124

Rahid Əmirquliyev: Millimiz İslandiya ilə Bakıdakı matçda revanş ala bilər

12 Noyabr 2025 18:16see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri