Icma.az
close
up
RU
Zahid Oruc lizinqlə bağlı boşluqları sadaladı

Zahid Oruc lizinqlə bağlı boşluqları sadaladı

Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Təkcə dövlət yardımı kifayət deyil, özəl lizinq şirkətlərinin payı ölkəmizdə aşağıdır və bazarda rəqabət mühiti arzu olunan səviyyəyə çatmayıb. Lizinq əməliyyatları əsasən kənd təsərrüfatı texnikası ilə məhdudlaşır. Halbuki beynəlxalq təcrübədə lizinq sənaye avadanlıqları, logistika, tikinti, tibb, texnologiya və xidmət sektorlarında da geniş tətbiq olunur. Ölkəmizdə lizinqin sektorlar üzrə bölgüsünün artmasına ehtiyac var".

Modern.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında yeni hazırlanan “Maliyyə icarəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı parlamentin İnsan hüquqları komitəsinin sədri, deputat Zahid Oruc deyib.

Deputat qeyd edib ki, lizinq xidmətlərinə çıxış imkanları bütün sahibkarlar üçün bərabər deyil:

"Xüsusilə, kiçik fermerlər və mikro sahibkarlar prosedurların mürəkkəbliyi, məlumat çatışmazlığı və bəzən təminat tələblərinin çətinliklər yaratdığını qeyd edirlər. Lizinq müqavilələri üzrə maarifləndirməyə ehtiyac var. Çünki sahibkarlar lizinqin üstünlükləri, riskləri və hüquqi nəticələri barədə tam məlumatlı olmurlar".

Onun sözlərinə görə, inkişaf etmiş ölkələrdə lizinq bazarı investisiyaların mühüm hissəsini təşkil edir. İlk növbədə, lizinq əməliyyatları üzrə vergi təşviqlərinə ehtiyac var. Əks halda özəl sektoru sahəyə cəlb etmək çətin olacaq:

"Mikro və kiçik sahibkarlar üçün sadələşdirilmiş lizinq mexanizmlərinin yaradılması vacibdir. Xüsusilə, regionlarda fəaliyyət göstərən sahibkarların istifadəsi üçün prosedurlar daha əlçatan olmasına ehtiyac var. Rəqəmsal lizinq platformalarının yaradılması və elektron müqavilə mexanizmlərinin genişləndirilməsi gələcək inkişaf üçün vacibdir. İstehlakçı hüquqlarının qorunması mexanizmlərinin gücləndirilməsi vacibdir". 

"Müqavilə şərtlərinin sadə və aydın təqdim olunması, risklərin əvvəlcədən izah edilməsi mühüm əhəmiyyət kəsb edir. Lizinq bazarının inkişafı üçün zəmanət fondları, risk paylaşma mexanizmləri və dövlət-özəl tərəfdaşlığı alətləri nəzərdən keçirilə bilər" - deyə o sonda vurğulayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://modern.az
archiveBu xəbər 27 Aprel 2026 13:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see502

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see299

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see290

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see289

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see280

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see264

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see264

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see259

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see246

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see242

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see235

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see230

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see230

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see230

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see227

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see226

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see223

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see215

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see214

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri