Icma.az
close
up
RU
Zahid Oruc: Palatanın hesabatı çox mühüm sənəddir

Zahid Oruc: Palatanın hesabatı çox mühüm sənəddir

Bakivaxti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Hesablama Palatasının 2025-ci il üzrə fəaliyyət hesabatı dövlət maliyyə idarəetməsində mövcud vəziyyəti və əsas tendensiyaları əhatə edən mühüm sənəd kimi təqdim olunur.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri deputat Zahid Oruc parlamentin iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, hesabatda ötən il ərzində ümumilikdə 6,7 milyard manat dövlət vəsaitinin auditdən keçirildiyi, nəticədə 584 milyon manat uyğunsuzluq, 626 milyon manat maliyyə təhrifi və 342 milyon manat səmərəsiz xərclərin aşkar edildiyi bildirilir. Bu göstəricilər dövlət vəsaitlərinin idarə olunmasında planlaşdırma, icra və nəzarət mexanizmlərinin daha da təkmilləşdirilməsinə ehtiyac olduğunu göstərir.

Parlament üzvü vurğulayıb ki, sənəddə icbari tibbi sığorta sistemi üzrə də müəyyən uyğunsuzluqlara diqqət çəkilir. Belə ki, ayrılan vəsaitlərin hesablanmasında istifadə olunan məlumatlarla real statistik göstəricilər arasında fərqlər mövcuddur və adambaşına sığorta məbləğinin müəyyən olunması metodologiyasının tam aydın olmaması qeyd edilir. Bu isə sistemin daha şəffaf və dayanıqlı mexanizmlərlə təkmilləşdirilməsini zəruri edir.

Deputat söyləyib ki,  hesabatda həmçinin sənaye və investisiya layihələrinin icrası da təhlil olunur. Bir sıra regionlarda açılan sənaye müəssisələrinin gözlənilən istehsal həcminə və iqtisadi səmərəyə tam nail ola bilmədiyi vurğulanır. Bu isə əsas problemin maliyyə vəsaitlərinin ayrılmasında deyil, layihələrin iqtisadi əsaslandırılması, idarə olunması və davamlı fəaliyyətinin təmin edilməsində olduğunu göstərir.

Zahid Oruc əlavə edib ki, azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və quruculuq işləri xüsusi diqqət mərkəzindədir. Qarabağ və ətraf rayonlarda aparılan layihələr böyük strateji və tarixi əhəmiyyət daşısa da, bəzi hallarda dövlət vəsaitlərinin səmərəli istifadə olunmaması, kommersiya xarakterli obyektlərin dövlət büdcəsi hesabına tikilməsi və layihələrin icrasında gecikmələr müşahidə olunur. Eyni zamanda, tamamlanmış obyektlərin istismara verilməsində ləngimələr və istifadəsiz qalma halları da qeyd edilir ki, bu da əlavə maliyyə itkiləri və səmərəsizlik risklərini artırır.

Əli Hüseynov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:174
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 21 Aprel 2026 13:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Niqab qadağan olunur, hicab necə olacaq? Meloninin planı gündəmi dəyişdi

21 Sentyabr 2026 14:58see419

Neftin qiyməti 60 dollara düşə bilər? Enerji böhranının tam həlli...

21 Sentyabr 2026 16:18see268

Səyyad Aranın sözlərinə Səhiyyə Nazirliyindən CAVAB

21 Sentyabr 2026 14:49see260

İltihablı sızanaqlar yeniyetmənin həyatını alt üst etmişdi. İnteqrativ müalicə ilə həll yolu tapıldı VİDEO

21 Sentyabr 2026 14:56see259

Bal orqanizmə necə zərərli ola bilər?

21 Sentyabr 2026 19:22see255

Qırmızı soğan və karri Bu ikili orqanizmi gücləndirir

21 Sentyabr 2026 18:20see243

Kapadokya Səhiyyə Turizmi Sammitində ölkəmizi ATMU təmsil edib

21 Sentyabr 2026 14:50see239

17 ci körpəsini dünyaya gətirdi

22 Sentyabr 2026 00:57see238

Səhiyyə Nazirliyindən Səyyad Arana Cavab

21 Sentyabr 2026 14:47see234

Dünyanın ən böyük neft ehtiyatlarına malik ölkələri açıqlandı SİYAHI

21 Sentyabr 2026 21:13see229

Prezident İlham Əliyevin çıxışında sülh, dini dialoq və tarixi irs məsələləri ŞƏRH

21 Sentyabr 2026 14:23see227

Xalq artisti Ramiz Həsənoğlu əməliyyat olundu (Foto)

21 Sentyabr 2026 22:32see224

Üzeyir Hacıbəylinin musiqi nəzəriyyəsi sahəsindəki fəaliyyəti

21 Sentyabr 2026 19:02see219

Neftçi dən transfer bombası: Türkiyə klubu ilə razılıq əldə olundu

22 Sentyabr 2026 00:42see218

Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib

21 Sentyabr 2026 21:24see216

Bakıda qadından nəhəng, 6 kq lıq şiş çıxarıldı

21 Sentyabr 2026 16:14see215

Xərçəng və qidalar barədə həqiqət “Total hücum”dur?

22 Sentyabr 2026 09:03see209

ABŞ nin yeddi hava limanında uçuşlar dayandırılıb

21 Sentyabr 2026 23:31see206

Qazlı içkilər içənin mədəaltı vəzisi çökür Xəbərdarlıq

21 Sentyabr 2026 23:00see203

Kişilərin libidosu bu yaşda zirvəyə çatır Alimlər açıqladı

22 Sentyabr 2026 20:39see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri