Icma.az
close
up
RU
Zahid Oruc: MSK nın formalaşması mühüm məsələdir

Zahid Oruc: MSK nın formalaşması mühüm məsələdir

Bakivaxti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

MSK-nın formalaşması Azərbaycanın siyasi sistemində mühüm mərhələ kimi qiymətləndirilir. Seçki institutlarının institusional şəkildə təşkil edilməsi və onların fəaliyyətinin hüquqi çərçivəyə salınması dövlət quruculuğu prosesinin əsas istiqamətlərindən biri hesab olunur. Bu yanaşma ölkədə siyasi sabitliyin möhkəmlənməsinə və idarəetmə sisteminin daha sistemli formaya keçməsinə şərait yaradıb.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Milli Məclisin bugünkü plenar iclasında deputat Zahid Oruc deyib.

Zahid Orucun sözlərinə görə, ölkənin xaos və qeyri-sabitlik dövründən çıxaraq hüquqi dövlət modelinə keçidi məhz ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi siyasi kurs nəticəsində mümkün olub:

"Həmin dövrdə dövlətin parçalanma və qeyri-müəyyənlik riskləri aradan qaldırılıb, idarəetmədə sabitlik təmin edilib və silahlı yolla hakimiyyətə gəlmək cəhdlərinin qarşısı qətiyyətlə alınıb. Bu isə dövlətçiliyin möhkəmləndirilməsi baxımından həlledici faktor kimi dəyərləndirilir".

Eyni zamanda o qeyd edib ki, Azərbaycanın siyasi sisteminin kənar təsirlərlə formalaşdırılmasına imkan verilməyib və milli dövlətçilik modeli daxili siyasi iradə əsasında inkişaf etdirilib. Bu prosesdə seçki institutlarının rolunun artırılması və onların daha şəffaf mexanizmlərlə işləməsi əsas prioritetlərdən biri olub.

Zahid Oruc bildirib ki, Ulu Öndərin əsas strateji məqsədi dayanıqlı və şəffaf siyasi sistemin yaradılması idi. Bu məqsədlə həyata keçirilən islahatlar nəticəsində seçki sistemi mərhələli şəkildə təkmilləşdirilib, hüquqi baza gücləndirilib və idarəetmədə şəffaflıq prinsipləri genişləndirilib. Nəticədə ölkədə seçki proseslərinin daha sistemli və sabit mexanizm üzərində qurulması təmin olunub:

"Bununla yanaşı, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu kimi beynəlxalq qurumlarla əməkdaşlıq da seçki sisteminin inkişafında müəyyən rol oynayıb. Bu əməkdaşlıq çərçivəsində seçki proseslərinin monitorinqi, metodoloji dəstək və təcrübə mübadiləsi kimi istiqamətlərdə qarşılıqlı əlaqələr formalaşıb və seçki praktikasının təkmilləşdirilməsinə töhfə verilib".

Əli Hüseynov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:136
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 27 Aprel 2026 11:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan və Qazaxıstan Transxəzər Fiber Optik Kabel Xəttinin çəkilişini başa çatdırıb

27 Avqust 2026 20:56see340

Həddindən artıq idman oynaqlara zərər verə bilər

27 Avqust 2026 16:39see328

44 yaşlı Dima Bilan baba oldu

27 Avqust 2026 18:43see319

Əliaçıq olmaq təzyiqi normallaşdırır

27 Avqust 2026 22:01see318

Nazirlik Azər Aydəmirə daha 200 min manat ödəyəcək

27 Avqust 2026 15:58see312

Azərbaycan pambıq parça istehsalını 5 % dən çox artırıb

27 Avqust 2026 21:13see257

“Tokayev Moskvanı benzin məsələsində aldatdı?”

27 Avqust 2026 18:55see253

Amazon yaxın bir neçə ildə Nvidia dan iki milyon daha süni intellekt çipi alacaq

27 Avqust 2026 14:57see251

Ürək əməliyyatı keçirdi, xərçəngdən sağaldı Möcüzə

27 Avqust 2026 20:32see242

Bəs dənizin ortasında yosun varsa? 

27 Avqust 2026 15:57see240

III “Ulduz Cup” başa çatdı

27 Avqust 2026 18:06see236

Türk aktrisa Nihal Yalçının son halı təəccübləndirdi (Foto)

27 Avqust 2026 21:38see234

Acı qəhvə içmək qida borusu xərçəngi yaradır?

27 Avqust 2026 18:50see231

“Tvente”nin futbolçusu: “Sabah meydanda əsl güc balansının necə olduğunu görəcəyik”

27 Avqust 2026 19:10see227

Azərbaycan və Türkiyənin Avstriyadakı səfirləri görüşdü

27 Avqust 2026 20:13see226

Nepalda güclü daşqın: 389 ölü, 1400 itkin

27 Avqust 2026 22:12see223

Dünyanın sonu yaxınlaşır Dəccal haqqında peyğəmbərlik gerçəkləşməyə başladı

27 Avqust 2026 23:51see220

Qiymətlər niyə yüksəlir? Hörmüz boğazının təsiri nə qədərdir, digər amillər hansılardır?

28 Avqust 2026 13:00see212

Fransa 44 fələstinlini Qəzza bölgəsindən təxliyə edib

28 Avqust 2026 23:21see186

Onlar üçün kiçik ailə biznesləri yaradıldı Fotolar

28 Avqust 2026 18:00see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri