Icma.az
close
up
RU
Zahid Oruc:”Tramp təyin etdiyi kadrların davranışlarına cavabdehlik daşıyır” RUBİO DÖVLƏT KATİBİ POSTUNDA AZƏRBAYCANA NECƏ DAVRANACAQ?

Zahid Oruc:”Tramp təyin etdiyi kadrların davranışlarına cavabdehlik daşıyır” RUBİO DÖVLƏT KATİBİ POSTUNDA AZƏRBAYCANA NECƏ DAVRANACAQ?

Icma.az, Gununsesi saytına istinadən bildirir.

Nəhayət, Donald Tramp özünün Dövlət katibi postuna təyin edəcəyi şəxsi açıqladı.

O, Marco Rubiodur.

Qeyd edək ki, sözügedən şəxs indiyə qədər olan fəaliyyətində Azərbaycana qarşı sərt mövqeyi ilə tanınıb, o cümlədən Azərbaycanla bağlı bir neçə tənqidi bəyanatın müəllifidir.

Əlavə olaraq, o, həm İnsan haqları, həm də Ermənistan-Azərbaycan münasibətlərinə dair çağırışlar edib.

Bəs görəsən, Ermənipərəst kimi tanınan Rubio, bu posta gələndən sonra Azərbaycanla münasibətlərinə hansısa mənfi təsiri olacaq, onun bizə qarşı olan ritorikası dəyişəcəkmi?!

Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri Zahid Oruc, Gununsesi.info-ya bu məsələni şərh edib.

Zahid Oruc Donald Trampın yeni dönəm Amerika Prezidenti seçilməsindən sonra, mühim dövlət vəzifələrinə təyinatlara dair məlumatlar mediaya və dünya ictimaiyyətinə yayıldığını bildirirərək deyir:

Onların sırasında heç şübhəsiz ki, mühim olanlardan biri də Dövlət katibi vəzifəsinə təyinatla bağlıdır. Hər bir halda Marco Rubionun adı bu məkanda yaxşı tanınır. O, eləcə də Çin, İran, bəzi dövrlərdə də Rusiya əleyhinə mövqeləri ilə seçilib. Lakin onun Ukrayna ilə bağlı mövqeyi fərqli olubdur. Həmin şəxsin siyasi tərcümeyi-halının mühim bir hissəsində Amerikada qərarlaşan və Birləşmiş Ştatların siyasi elitasını müxtəlif vasitələrlə ələ alan, illər ərzində bu yöndə Erməni Koksunu Konqresdə formalaşdırmaqda xüsusi seçilən, Erməni Milli Komitəsi tərəfindən 2017-ci ildən sonra Rubionun daha sistemli şəkildə Ermənistanın mənafelərinə xidmət edən addımlarını görmüşük. Hətta o dərəcədə ki, sözügedən şəxslə ancaq “Adam Şift”, “Frank Pallone”, o cümlədən Korrupsiya cinayətlərinə görə mühakimə edilən, məhkəmə qarşısına çıxarılan “Bob Menendez” bir sırada gəlirdi.”

Zahid Oruc onu da bildirir ki, onun bu mübarizədə tədbiq elədiyi vasitələrin azğınlıq və şiddət dərəcəsi təəssüflər olsun ki, bu səviyyəyə çatmışdır:

“Bu səbəbdən, onun tərcümeyi-halının Azərbaycan üçün nə vəd etməsi məsələsinə gəlincə, xüsusi olaraq məhbuslar məsələsi, Qarabağdakı durum, Xankəndi erməniləri, onların könüllü getməsini Konqresdə fərqli təqdim edərək əleyhimizə sanksiya qərarlarının çıxartmaq istəkləri, maqnitski aktın ölkəmizdə tədbiqinə çalışması və.s ilə bağlıdır. Eyni zamanda, onu da bildirməliyik ki, Erməni Milli Komitəsi son seçkilərdən sonra 90 faiz üstünlüyü ələ aldıqlarını bəyan ediblər. Yəni ki, Erməni dalğası, onların tərəfdarlar və dostlar ordusu çoxdur.”,-deyə Z.Oruc bildirib.

O, bu zəmində bir neçə məqamı da nəzərə almalı olduğumuzu da bildirib:

“Amerika dövlət idarəçiliyi sistemi üçlü dayaq üzərindədir. Qanunverici hakimiyyət, məhkəmə sisteminin balansı, icraedici hakimiyyət. Burada müxtəlif maraqların toqquşması baş verir. Biz hər zaman alternativ qüvvələrlə iş imkanlarında olmuşuq. İkinci, Azərbaycan əleyhinə keçmiş Dövlət katiblərindən, məsələn, bizim xatırladığımız Con Keri-vaxtı ilə “907”-in müəlliflərindən biri olmuşdur. Daha sonra da James Baker 90-cı illərdə “20 Yanvar hadisələri”-ni Qorbaçovun nöqteyi-nəzərdən qiymətləndirib, bizi “İslam təməlçiləri” kimi cəzalandırılmağımızın üzərində idi. Hətta Qarabağı ermənilərə vermək, müstəqilliyi tanımaq, SSSR-dən qoparmaq üçün çalışan qüvvələr də var idi. Ötən dəfə biz təmsil etdiyimiz mərkəzdə ölkəmiz əleyhinə sanksiyalarda öncüllük edən qüvvələrin müəyyən bir sıra sayına təhlillərimizi verdik. Deyə bilərəm ki, orada “Lantoslar ailəsi” və digər qüvvələr prosesdə arxa planda qalaraq fəaliyyət aparırlarsa, Rubio kimiləri önə çıxır. Hər bir halda ABŞ-ın qarşısında həll etməli olduğu çox böyük qlobal öhtəlik, problemlər var. Zamanında deyilirdi ki, onlar qloballaşmanın müəllifidirlər və ona görə də “Tarixin sonu” əsərləri “Fukuyama” tərəfindən yazılırdı.

Zahid Oruc həmçinin Qütbləşmənin gücləndiyini də qeyd edib:

“İndi isə Qütbləşmə daha da güclənir, “Qərbmərkəzli qlobal sistem” çökür. Hələ vaxtilə deyirdilər ki, Birinci Dünya müharibəsindən sonra “Millətlər liqası” yarandı və dünya beynəlxaq təhlükəsizlik sistemi arxitektura qazandı. İndi bu şəraitdə Rubionun əsas hədəfinin Azərbaycan olacağını düşünmək yanlış olar. Digər tərəfdən, “John Ratcliffe” Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbərliyinə təyinat alacaq şəxslər sırasındadır və o, kifayət qədər rasional insandır. Demək ki, Amerikanın idarəçilik sistemlərinin digər mühim institutları ölkəmizlə münasibətləri normal şəkildə saxlamaqda maraqlı olacaqlar. Əsas nöqtəyə qayıtdıqda isə, şübhəsiz ki, Dövlət katibi böyük çəkiyə malikdir, o, dünya jandarmı sayılan qlobal gücün təmsilçisidir. Digər tərəfdən də, Prezident və Konqres burada təsir rolunda çıxış edəcəklər.”

Zahid Oruc o cümlədən İlham Əliyevin Donald Trampa təbrik məktubuna diqqət kəsilməli olduğumuzu da bildirib:

“Ölkə rəhbərinin Donald Trampın seçilməsinə təbrik məktubuna diqqət yetirək. Bu, adi bir protokol münasibətindən fərqlənirdi. Əvvəla, həcminə görə geniş idi və orada əksini tapan tezislər elə Bayden və əvvəlki dönəmlərdə, xüsusi ilə Obama zamanında ABŞ-Azərbaycan münasibətlərdə enişin, xüsusi ilə də Cənubi Qafqazda geosiyasi qüvvələr nisbətinin dəyişməsinin əsas günahının “Ağ Ev adminstrasiyası”nda onu yönləndirənlərin günahında axtarmaq lazım olduğunun elementləri sezilirdi. Digər tərəfdən, Tramp bölgəyə bələddir və onun sonuncu, yəni, Livanda Erməni patriarxı ilə danışması, məlum müraciəti də sırf seçki kontekstində dəyərləndirilməlidir”,-deyə vurğulayan Z.Oruc əlavə olaraq bunu da bildirib;

“Belə olan şəraitdə biz Amerika Prezidenti ilə işlərimizi, görüşmələrimizi, məlumatlandırmaları artırmalıyıq. İkinci, onların informasita sistemlərində əleyhimizə tirajlanan mövqeləri neytrallaşdırmaq, bax elə bu uğurlu qlobal İqlim zirvəsindən də qazandığımız yeni tərəfdaşların, dostların vasitəsi ilə öz siyasətimizi irəli aparmalıyıq.
Üçüncü, Amerika siyasətində bölgə ilə bağlı gündəliyə çıxacaq məsələlər nə ola bilər?

Heç şübhəsiz, Ermənistana hərbi yardım istəklərini qabartmağa çalışacaqlar ki, Dövlət katibi onlara dəstək versin. Amma “Sülh müqaviləsi” imzalanarsa, artıq Rubionun ermənipərəst olması özlərinə zərbə vuracaq. Yəni, belə demək mümkündürsə, Amerika siyasətində ağırlıqlı olaraq həmin o qırğıların əleyhimizə bir-birinin ardınca verdiyi qadağalar, sanksiyalar, azadlığımıza dəstək verilməməsi, ermənilərə 2.5 milyard dollara yaxın göstərilən dəstəklər Avropa Birliyi vasitəsi ilə davam etdirilirsə, yekun şəraitdə nə olacaq? Hər bir halda Ermənistan bizimlə sürətlə silahlanma yarışına keçərək “bölgənin Ukraynası” kimi regionda tarazlığı pozmaq, əldə oluna biləcək sülhün məhvi istiqamətində fəaliyyətə gedəcəklərsə, düşünürəm, bu, çox böyük avantüradır. Ölkə rəhbərliyinin xəbərdarlıqları da o istiqamətdədir ki, artıq hərbi savaşın meydanı Azərbaycan olmayacaqdır. Bu ifadənin altını cızıb demək istəyirəm ki, Ermənistan əgər Rubio və digərlərinə ümid bəsləyərək, o cümlədən Avropa Birliyindən dəstək verən qüvvələrin köməkliyi, yaxud da Hindistan silahları ilə regionda sabitliyi pozacaqlarsa və təxribatları davam edərək Qarabağın geri qaytarılması yönündə proseslərə baş vuracaqlarsa, savaş Azərbaycan torpaqların deyil, hər halda Ermənistan ərazisində gedəcəkdir.

Zahid Orucun bizim bunun tərəfində olmadığımızı bildirərək fikirlərini bu cür yekunlaşdırıb:

“Biz onun tərəfində deyilik ki, bölgə internasional müharibə meydanlarına dönsün. Bu səbəb, ölkə rəhbəri Cənubi Qafqazdan əlinizi çəkin deyərkən, regionda yaşayan bütün xalqların təmsilçisi kimi çıxış edir. Bu, ermənilərin də sülh içində yaşamasının təminatı deməkdir. O üzdən, Rubionun Erməni xəttini inkişaf etdirməsinin nəticəsi Ermənistanın maraqlarına zərbə vura bilər. Tramp, əminəm ki, təyin etdiyi kadrların davranışlarına cavabdehlik dayışacaqdır. Ermənistan isə hələ bunu bayram etməsin. Mümkündür ki, Qarabağ məsələsini qlobal biznesə çevirən Erməni məkrli qüvvələrin korrupsiya ağacı əllərindən çıxmasın. Bu yöndə fəaliyyət göstərənlərin sevindiyi qərarlar, bəyanatlar verilə bilər, amma arıtq “MİNSK qrupu” yoxdur. Rubio bölgəyə gəlsin, əyani tanış olsun. Onlar təəssüflər olsun ki, “Kioto razılaşması”nı imzalamayıblar. Bu Sammitə də bir senator kimi gəlsəydi, qarşısında ayrı mənzərə görərdi. O üzdən, “Mən Erməni soyqırımının 100 illiyini tanıyıram, baxın, sizin senatorunuz bu mövqedədir” deyib, natorial müqavilə bağlayıb aldığı böyük məsrəfləri sanki onun doğrultusunda seçdiyi xəttlə dövlət məsuliyyəti üzərinə düşdüyü tədqirdə, müstəqil senator davranışlarını kənara qoymalı olacaqdır. Və əminəm ki, bizim də bu istiqmatdəki uğurlu beynəlxaq fəaliyyətimiz Amerika siyasətində balansı təmin edəcəkdir.”

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:63
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 14 Noyabr 2024 15:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrandakı daxili siyasi gərginliyin kökündə nə dayanır?

04 Sentyabr 2025 14:37see294

Makronun İsrailə səfər etmək istəyi Netanyahu tərəfindən rədd edildi

04 Sentyabr 2025 02:10see232

Məni azadlığa buraxın, qeyri adi istedadım var İlhamə Elşadqızı

03 Sentyabr 2025 13:18see196

Keçmiş prezident özünə yeni iş tapdı

04 Sentyabr 2025 15:44see194

Husi qüvvələri Təl Əvivdə hədəfləri raketlərlə vurduğunu iddia edir

03 Sentyabr 2025 18:37see181

Ekspert: Parlaq çamadan oğrular üçün “cazibədar hədəf”dir

03 Sentyabr 2025 11:23see150

Hərbi xidmət yaşının artırılması təhsilə necə təsir edər?

03 Sentyabr 2025 13:21see149

ABŞ də kişi görüşdə ayağını iyləməyə icazə verməyən qızın üzərindən avtomobillə keçdi

04 Sentyabr 2025 04:31see138

İslandiya millisinin yarımmüdafiəçisi: Azərbaycan bizi cəzalandıra bilər

03 Sentyabr 2025 23:00see136

Türkiyədə dəhşət: İldırım ata və oğlunun həyatına son qoydu

04 Sentyabr 2025 00:53see132

Tramp Rusiyaya gedə bilər Vacib şərt açıqlandı

03 Sentyabr 2025 13:46see131

İşçiləri əmək müqaviləsiz çalışdırırmış...

04 Sentyabr 2025 11:10see130

Lissabonda funikulyor relsdən çıxdı − Ölənlər var

03 Sentyabr 2025 23:28see130

Fənər in müdafiəçisi Rusiya yolunda

03 Sentyabr 2025 13:39see127

ABŞ hakimiyyəti Marsa ilk astronavtları 2030 cu ildə göndərməyi planlaşdırır

05 Sentyabr 2025 01:47see123

Övladına toy edən şəxsin evi yandı

03 Sentyabr 2025 22:57see123

ABŞ də matça çayının gözlənilməz fəsadı ortaya çıxdı

04 Sentyabr 2025 14:46see121

Dövlət Departamenti Fələstinin üç hüquq müdafiə təşkilatına qarşı sanksiya tətbiq edib

05 Sentyabr 2025 03:46see119

Kanadada bıçaqlı hücum: Bir nəfər ölüb, səkkiz nəfər...

05 Sentyabr 2025 01:25see117

Bakı qoçusu Qafar Nağıyevin 1902 ci ilə aid mülkü

04 Sentyabr 2025 22:13see117
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri