Icma.az
close
up
RU
Zahid Xəlil: İndi nəşr olunan kitabları uşaqlara vermək olmaz

Zahid Xəlil: İndi nəşr olunan kitabları uşaqlara vermək olmaz

Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Biz çox mürəkkəb dövrdə yaşayırıq. Dünya dövlətləri ilə müqayisədə o qədər böyük dövlət deyilik, amma nəhənglər içərisində sayılırıq. Gənclərimiz savadlı olmalıdırlar ki, ölkənin quruculuğuna kömək etsinlər, inkişafına təkan versinlər. Yaxşı mütəxəssis olmaq elə vətənpərvərlikdir".

Oxu.Az xəbər verir ki, bunu "Kaspi" qəzetinin "Məktəbdə" layihəsinə uşaq ədəbiyyatının görkəmli nümayəndəsi, filologiya elmləri doktoru, professor Zahid Xəlil deyib.

Belə ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə "Kaspi" qəzetinin birgə layihəsi bu dəfə paytaxtdakı 16 nömrəli Texniki-Humanitar Liseyin şagird və müəllimlərini bir araya toplayıb.

"Özünüzdən böyüklərin söhbətlərinə qulaq asın"

"İnsan ömür boyu öyrənmək istəyir. Yaş etibarı ilə böyük olan, müəyyən həyat və təhsil yolu keçən insanlarla söhbət etmək çox faydalıdır", - deyə qonaq öz həyat yolundan danışıb: "Mən orta məktəbi qızıl medalla bitirmişəm. Amma tarix fənnini çox pis bilirdim. Bakı Dövlət Universitetində imtahan verəndə bütün imtahanlardan "5" aldım. Tarix imtahanına az qalmış Yevlaxa qayıtdım. Qatarda İkinci Dünya müharibəsinin iştirakçısı olan bir kişi ilə tanış oldum. O müharibədə iştirakından, sovet ordusunun necə qalib gəlməsindən xeyli danışdı. İmtahana gələndə "gedirəm kəsilməyə, heç nə bilmirəm", - deyə evdə bildirdim. İmtahanda bilet çəkdim. Sual "Müharibədə qələbəmizin səbəbləri" mövzusu idi. Mən həmin kişinin danışdıqlarını imtahan götürən müəllimə danışdım.

Xoşuna gəldi və mənə "5" yazdı. Bununla da instituta qəbul oldum. Sonra mən o kişini ömrüm boyu axtardım, ona təzim etmək istəyirdim. Çünki o, həyatımda böyük rol oynamışdı. Ona görə deyirəm ki, özünüzdən böyüklərin söhbətlərinə qulaq asın".

Görkəmli pedaqoq ölkəmizdə təhsilin inkişafına da toxundu: "Mən Pedaqoji Universitetdə müəllim kimi fəaliyyətə başlamışam, həyatımın yarım əsrdən artıq bir dövrünü pedaqoji fəaliyyətə həsr etmişəm. Baş müəllim, dosent, kafedra müdiri, dekan işləmişəm. 100-dən çox kitab yazmışam. Mən təhsilimizin inkişafını Elm və Təhsil Nazirliyinin yaxşı fəaliyyətində görürəm. Sovet dövründə nə deyirdilər, onu da edirdik, amma indi müstəqilik, azadıq. Axtarışlar da çoxdur. Elm və Təhsil Nazirliyi "mən öz xalqımın övladlarını hara aparıram" deyə həmişə düşünməlidir. Bu sahədə yaxşı islahatlar gedir. İndi dünya dəyişib, uşaqlar da inkişaf edir".

Yazıçı olmağın çətinliyi

Z.Xəlil uşaq yazıçısı olmağın çətinliyindən söhbət açıb: "Ümumiyyətlə, yazıçı olmaq çətindir. Uşaq ədəbiyyatı deyəndə bəzilərinə çox asan gəlir. Böyük rus tənqidçisi Belinski deyirdi ki, böyüklər üçün yazmağa istedad, uşaqlar üçün yazmağa isə istedad və pedaqoqluq lazımdır. Mən ilk şeirimi orta məktəbdə yazmışdım. Onları çap olunması üçün "Pioner" qəzetinə göndərirdim. Həmişə də cavab yazırdılar ki, bədii cəhətdən zəifdir. 10-cu sinifdə oxuyarkən "Vətənim" şeirini yazdım və rayon qəzetində çap etdilər. Bu, mənim çap olunan ilk şeirim idi. Böyüdükcə Vətənin nə demək olduğunu dərk elədim. Ciddi ədəbiyyatda ilk şeirimi - "Çəmən" şeirini birinci kursda oxuyarkən yazmışam.

Böyüklər üçün də yazırdım. Amma üstünlüyü uşaq ədəbiyyatına verdim. Taleyim elə gətirdi ki mənim uşaq ədəbiyyatım bütün SSRİ-yə yayıldı". Z.Xəlil qeyd elədi ki, uşaqlarla ünsiyyətdə olmadan uşaq ədəbiyyatı nümunələrini yaratmaq olmaz: "Ömrüm boyu uşaqlarla ünsiyyətdə olmuşam. Onları duymadan yazmaq olmaz. Həmişə nəvələrimlə futbol oynayıram. İçimdəki azadlığı çölə çıxarmışam, azadam. Mən azad olmadan əsərlərimi yaza bilməzdim. Hazırda çox sayda uşaq kitabı nəşr olunur. Amma bu kitabları uşaqlara vermək olmaz".

Uşaq ədəbiyyatı sahəsindəki problemlər

Yazıçı uşaq ədəbiyyatı sahəsindəki problemlərə də toxundu: "İlk növbədə uşaq ədəbiyyatı ilə bağlı əsərlərin satışı təşkil olunmalıdır. Düzdür, mənim kitablarım satılır, amma bu, əvvəlki kimi deyil. Moskvada kitabım iki milyon tirajla çap olundu. Hesablanmışdı ki, bu rəqəm bir vaqon kağız deməkdir. Bunun üçün o zamankı SSRİ Nazirlər Sovetinin rəhbəri Nikolay Rıjkova xüsusi məktub yazıb icazə istədilər. O, "bu, uşaqlar üçün lazımdır", - deyə icazə verdi. 1969-cu ildə SSRİ Nazirlər Soveti və SovİKP MK uşaq ədəbiyyatı haqda qərar çıxarmışdı. Kitabın pulunun 90 faizini dövlət verməli idi. Başa düşürəm ki, indi dövlətin qayğışı çoxdur. Amma imkanlı təşkilatlar var, onlar bu işə dəstək ola bilərlər".

Z.Xəlil mütaliənin uşaqların inkişafında mühüm rol oynadığını qeyd edib və bu istiqamətdə tövsiyələrini verib: "Bu gün Azərbaycanda olan uşaqların yeddi faizi kitab oxuyur. Əvvəllər isə bu, 93 faiz idi. Mütaliə mədəniyyətdir. Əvvəllər biz avtobusda, metroda kitab oxuyurduq. İndi bu vərdiş yoxdur. Bu mədəniyyəti qoruyub saxlamaq lazımdır. Siz dünya ədəbiyyatını mütaliə edin, Mark Tvenin, Andersenin, öz yazıçılarımızın əsərlərini oxuyun. Bu, sizin yaxşı düşünməyinizə, fikirlərinizi mükəmməl ifadə etməyinizə kömək edəcək, məlumatlı olacaqsınız, zövqünüz formalaşacaq".

"Bu tarixi bilməlisiniz"

Z.Xəlil Yeni Azərbaycan Partiyasının qurucuları olan "91-lər"in fəaliyyəti ilə bağlı məktəbliləri maraqlandıran tarixi də vərəqlədi: "91-lər"in fəaliyyəti 1991-ci ilə gedib çıxır. O qarışıq dövrdə Azərbaycanı xilas etmək üçün bir liderə ehtiyac vardı. Bu lider ancaq Heydər Əliyev ola bilərdi. Biz bunu başa düşürdük. Heydər Əliyev təfəkkürü Allahın verdiyi elə bir nemət idi ki, biz ondan istifadə etməli idik. 91 ziyalı yığışıb ona müraciət etdik ki, siz Azərbaycana rəhbərlik etməlisiniz. Mən Heydər Əliyevlə 1985-ci ildə Moskvada kitab yarmarkasında tanış olmuşdum. "Nə yaxşı ki, sənin əsərlərin bütün SSRİ-də oxunur", - deyə o, sevinclə mənə bildirmişdi. Ulu Öndər Azərbaycana qayıdandan sonra biz onun ətrafında birləşdik. Həqiqətən də Heydər Əliyev gəlişi ilə Azərbaycanı yenidən xilas etdi. Siz bu tarixi bilməlisiniz".

Yazıçı gənclərin vətənpərvər ruhda böyüməsi, ölkəyə layiqli vətəndaş, yaxşı təhsilli mütəxəssis kimi yetişməsi üçün də tövsiyələrini verdi: "Siz yaxşı bir mütəxəssis olsanız, bu, vətənpərvərlikdir. Türkiyədə Selçuk Bayraktar pilotsuz uçuş aparatları hazırlayıb. Bu, vətənpərvərlikdir. Siz yaxşı oxuyub, peşəkar mütəxəssis kimi yetişsəniz, Vətəninizə fayda verəcəksiniz. Mənim Azərbaycan məktəbinin yetişdirdiyi gəncliyə böyük ümidim var".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:67
embedMənbə:https://oxu.az
archiveBu xəbər 16 Fevral 2025 15:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see271

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see214

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see193

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see167

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see163

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see160

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see158

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see151

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see150

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see147

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see145

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see143

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see142

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see139

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see139

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see138

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see135

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see132

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see132

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri