Icma.az
close
up
RU
“Dövlət çevrilişinə cəhd adi hadisə deyil və ciddi hüquqi qiymət verilməlidir” Partiya sədri

“Dövlət çevrilişinə cəhd adi hadisə deyil və ciddi hüquqi qiymət verilməlidir” Partiya sədri

Icma.az, Demokrat.az portalına istinadən məlumat verir.

“Hakimiyyətin zor gücü ilə dəyişdirilməsi istər beynəlxalq hüquq normaları baxımından, istərsə də milli qanunvericiliyimiz baxımından yolverilməzdir. Azərbaycan Konstitusiyasında da aydın şəkildə göstərilir ki, hakimiyyətin yeganə mənbəyi xalqdır”.
Bu sözləri Demokrat.az-a açıqlamasında Ağ Partiyanın sədri Tural Abbaslı deyib.
O bildirib ki, yəni, hakimiyyət yalnız xalqın iradəsi, səsvermə yolu ilə formalaşmalıdır:
“Zorakı üsullarla hakimiyyətin dəyişdirilməsi dövlətin sabitliyinə, gələcəyinə və beynəlxalq nüfuzuna ciddi zərbə vura bilər. Tarix boyu bir çox ölkələrdə bu cür cəhdlərin necə faciəli nəticələr doğurduğunu gördük. Elə yaxın qonşumuz Türkiyədə hərbi çevrilişlər dövründə ölkənin hansı vəziyyətə düşdüyü hələ də yaddaşlardadır. Biz istəmirik ki, Azərbaycanda belə bir ssenari yaşansın. Seçkidənkənar və ya qeyri-legitim yollarla hakimiyyətin dəyişdirilməsi nə daxili sabitliyə, nə də inkişaf prosesinə xidmət edir. Konkret Ramiz Mehdiyevə gəlincə, o, uzun illər ölkə siyasətində mühüm rol oynamış, böyük maliyyə və əlaqələrə malik şəxs olub. Bu səbəbdən onun yenidən aktiv siyasi proseslərə cəlb olunmaq arzusu müəyyən mənada anlaşılandır. Mehdiyev öz resurslarından istifadə edərək, hakimiyyətdəki bəzi şəxslərlə əlaqələr qurub və müəyyən planlar həyata keçirməyə cəhd edib. Bu istiqamətdə bəzi şəxslər, o cümlədən müxalifətdən bir neçə nəfər artıq istintaqa cəlb olunub”.
T.Abbaslının sözlərinə görə, bu, genişmiqyaslı və çoxşaxəli istintaq olacaq:
“Dövlət çevrilişinə cəhd adi hadisə deyil və ciddi hüquqi qiymət verilməlidir. Bununla belə, istintaq prosesi zamanı cəmiyyətin aydın şəkildə məlumatlandırılması da vacibdir. Əks halda, informasiya qıtlığı dezinformasiya və spekulyasiyalara yol aça bilər. Hazırda prosesin başlanğıcındayıq. Konkret nəticələr və ittihamlar istintaqın gedişində daha aydın olacaq. Əgər kimsə həqiqətən belə bir cəhdə yol veribsə, qanun qarşısında cavab verməlidir. Dövlətin təhlükəsizliyi və sabitliyi hər şeydən üstündür. İstintaqın tamamlanmasını gözləmək və daha sonra məhkəmə prosesində təqdim olunan sübutlar əsasında obyektiv qiymət vermək ən düzgün yanaşmadır. Məhkəmənin qərarı ilə də bu işin hüquqi və siyasi mahiyyəti tam aydınlaşacaq”.
Leyla Turan
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:111
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 05 Dekabr 2025 11:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see266

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see234

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see215

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see206

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see200

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see190

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see184

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see176

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see172

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see163

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see162

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see147

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see143

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see143

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see142

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see134

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see134

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see134

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see132

Yeniləmədən sonra “Windows 11”iniz sönmür? Problemi belə həll edin

20 Yanvar 2026 04:30see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri