Icma.az
close
up
RU
Zakir Həsənov NATO nümayəndə heyəti ilə görüşdü Fotolar

Zakir Həsənov NATO nümayəndə heyəti ilə görüşdü Fotolar

Icma.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.

Bu gün müdafiə naziri general-polkovnik Zakir Həsənov “16-cı NATO günləri” çərçivəsində ölkəmizdə səfərdə olan Alyansın Avropa Ali Müttəfiq Qüvvələr Komandanlığının (SHAPE) Qərargah rəisinin müavini - Tərəfdaşlıq İdarəsinin rəisi kontr-admiral Yusuf Karagüllenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. 

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Müdafiə Nazirliyi (MN) məlumat yayıb.

Müdafiə naziri Azərbaycan ilə NATO arasında xüsusi əhəmiyyət daşıyan əlaqələrin hər iki tərəf üçün peşəkar hərbi kadrların inkişafına müsbət töhfə verdiyini bildirib. 

Z.Həsənov NATO-nun dünyada sülhün və təhlükəsizliyin təmin olunmasında rolunu yüksək qiymətləndirib, ölkəmizin Alyansla qarşılıqlı əməkdaşlığa daim önəm verdiyini, həmçinin Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) Ortaq Qüvvələr Birliyinə əlavə qüvvələrin bəyan edildiyini diqqətə çatdırıb.

Y.Karagülle Azərbaycan-NATO əlaqələrinin daha da genişləndirilməsini, həmçinin ölkəmizin Alyansın həyata keçirdiyi təhlükəsizlik və sabitliyin təşviqi, böhrana cavab əməliyyatlarında iştirakını yüksək qiymətləndirib və qarşılıqlı səfərlərin, müxtəlif formatlarda keçirilən görüşlərin səmərəli olduğunu xüsusi vurğulayıb.

Bu günədək Azərbaycan Ordusunun NATO qərargahlarında Tərəfdaşlığın Qərargah Elementi Konsepsiyası çərçivəsində xidmət edən 40-dan çox zabitinin peşəkarlığı yüksək qiymətləndirilib. 

Görüşdə ölkəmizlə alyans arasında hərbi, hərbi təhsil sahələrində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri barədə ətraflı fikir mübadiləsi aparılıb, gələcək planlar müzakirə olunub.

“Sülh Naminə Tərəfdaşlıq” (SNT) Proqramı çərçivəsində Azərbaycan Ordusunun 250-dək nümayəndəsinin xarici ölkələrdə keçirilən 146 beynəlxalq tədbirdə, 395 nəfərin isə ölkəmizdə təşkil edilən 33 NATO tədbirində iştirak etdiyi bildirilib.

Qeyd edək ki, dekabrın 12-dək keçiriləcək “16-cı NATO günləri" çərçivəsində qonaqlar bir neçə hərbi hissəni və Mili Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrini ziyarət edəcəklər.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:235
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 09 Dekabr 2025 13:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri