Icma.az
close
up
RU
Zakir Həsənov Türkiyə generalını qəbul edib, birgə təlimlərin intensivliyinin artırılması müzakirə olunub

Zakir Həsənov Türkiyə generalını qəbul edib, birgə təlimlərin intensivliyinin artırılması müzakirə olunub

Icma.az, Xalqcebhesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Respublikası Silahlı Qüvvələrinin Kəşfiyyat Baş İdarəsinin rəisi general-polkovnik Yaşar Kadıoğlunun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

MN xəbər verir ki, müdafiə naziri qonaqları salamlayaraq onları ölkəmizdə görməkdən məmnun olduğunu bildirib. İki qardaş ölkə arasında bütün sahələrdə olduğu kimi hərbi sahədə də əməkdaşlığın inkişaf etdiyini vurğulayıb. General-polkovnik Z.Həsənov Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası çərçivəsində həyata keçirilən tədbirlərin əhəmiyyətini xüsusi qeyd edib.
Türkiyə nümayəndə heyətinə 44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə qazanılan qələbədən sonra ordu quruculuğu istiqamətində aparılan uğurlu islahatlar barədə məlumat verilib.
General-polkovnik Y.Kadıoğlu isə öz növbəsində səmimi qəbula və göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirib. Azərbaycan və Türkiyə arasında strateji müttəfiqliyin dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu qeyd edib. Keçirilən birgə təlimlərin qarşılıqlı təcrübə mübadiləsi baxımından mühüm əhəmiyyətə malik olduğu vurğulanıb.
Görüşdə, həmçinin hərbi əməkdaşlığın inkişaf perspektivləri və regional təhlükəsizlik məsələləri müzakirə edilib.
Sonra müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Türkiyə nümayəndə heyəti ilə görüşüb.
Azərbaycan Ordusunun Baş Qərargahında keçirilən görüşdə ölkələrimiz arasında hərbi əməkdaşlığın daha da genişləndirilməsində bu cür görüşlərin zəruriliyi diqqətə çatdırılıb. Hər iki qardaş ölkənin hərbi qulluqçularının peşəkarlığının daha da artırılması məqsədilə birgə təlimlərin intensivliyinin artırılmasının vacibliyi qeyd olunub.
Görüş zamanı qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:55
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 03 Dekabr 2024 16:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tramp Avropanı külək turbinlərindən imtina etməyə çağırıb

26 İyul 2025 09:00see170

Əgər onlara edilən təkliflər futbolçuları qane etməsə, mən onları komandada saxlamağa hazıram

26 İyul 2025 00:48see135

Milli Məclis bəyanat yayıb

25 İyul 2025 18:52see134

Krediti qaytarmayanların sayı artır: NİYƏ?

25 İyul 2025 15:42see130

Azərbaycanda valyuta sabitliyi: Manat lirəni və rublu üstələyir İqtisadçı əsas səbəbləri izah etdi

26 İyul 2025 02:00see129

Oleq Bakinski işində Kuçerə BƏRAƏT VERİLDİ

25 İyul 2025 18:03see127

Orxan yeni komandasında qolla debüt etdi

26 İyul 2025 11:06see126

Xərçəng xəstəliyinin əməliyyatı və müalicəsi niyə icbari tibbi sığortaya salınmır? Müzakirə

25 İyul 2025 18:48see126

Barmaqları çatlatmaq oynaqlara zərərdir?

25 İyul 2025 15:57see125

Filip Ozobiç Turan Tovuz da EKSKLÜZİV

26 İyul 2025 10:23see125

MM dən Fransa Milli Assambleyasındakı qətnamə təşəbbüsünə CAVAB

25 İyul 2025 19:11see124

Qəzzanı aclığa məhkum edən İsrailə qarşı qazan və tavalarla etirazlar başlayıb

26 İyul 2025 11:08see124

Rubio Trampı sərt xarici siyasətə təşviq edən əsas simalardandır Politoloq AÇIQLADI

25 İyul 2025 19:59see123

İbrahim Tatlısesin Səddam Hüseynlə qohum olduğu üzə çıxdı

26 İyul 2025 06:15see123

Nyu York birjasında təbii qaz bahalaşıb

26 İyul 2025 10:24see123

Pokrovsk uğrunda şiddətli döyüşlər GEDİR

26 İyul 2025 10:10see122

Ukrayna Stavropola hücum etdi

26 İyul 2025 10:29see122

Daily Mail : İrəvan yaxınlığındakı AES hər an partlaya bilər

26 İyul 2025 00:51see120

Kamboca atəşkəs təklifini qəbul etdi

26 İyul 2025 10:55see119

Abşeronda motosiklet yolu keçmək istəyən piyadanı vurdu

26 İyul 2025 02:20see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri