Zakir İbrahimov “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşdü
Icma.az xəbər verir, Sfera.az saytına əsaslanaraq.
“AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov 3-cü “Yüksəliş” müsabiqəsinin Mentorluq proqramı çərçivəsində layihə qaliblərindən biri olan Vüqar Mamedov ilə növbəti görüşünü keçirib.
Sfera.az xəbər verir ki, görüşdə Zakir İbrahimov müsabiqə qalibi ilə kadrların və vaxtın idarə edilməsi, iş və həyat balansı, emosional zəka, fors-major hallarda effektiv qərar qəbuletmə ilə çevikliyin təmin olunması mövzuları ətrafında müzakirələr aparıb.
Həmçinin İdarə Heyətinin sədri məhdud maliyyə və insan resurslarından istifadənin effektiv planlaşdırması və prioritetləşdirməsi istiqamətində təcrübəsini bölüşüb, müsabiqə qalibinə müvafiq tapşırıq və tövsiyələrini verib.
Qeyd edək ki, müsabiqə qalibinin 1 illik fərdi inkişaf planına uyğun olaraq idarəetmə sahəsində nəzərə biliklərlə yanaşı, real iş mühitində təcrübə toplayaraq müvafiq sahədə bacarıqlarını artırması üçün işgüzar görüşlərə cəlb edilməsi nəzərdə tutulub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:56
Bu xəbər 18 Noyabr 2024 16:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















