Zakir Nuriyev: “Card to card” əməliyyatları ilə bağlı yeni tələblər müəyyən ediləcək
Icma.az, Apa.az portalına istinadən məlumat verir.
“Card-to-card” tipli ödəniş əməliyyatları ilə bağlı qanunvericilikdə yeni tələblər müəyyən ediləcək.
“APA-Economics” xəbər verir ki, bunu IX Bankçılıq Forumunda çıxışı zamanı Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev deyib.
O bildirib ki, yeni tələblər fonunda ödəniş kartları ilə aparılan rəqəmsal ödənişlərin inkişaf tendensiyası qorunub saxlanılmalıdır.
Onun sözlərinə görə, mövcud inkişaf tendensiyasının davamlı olması üçün iqtisadiyyatda nağd hesablaşmaların daha geniş şəkildə nağdsız dövriyyəyə cəlb edilməsi zəruridir.
Zakir Nuriyev bildirib ki, son günlər ictimai nəqliyyatda ödəniş kartları və tokenizasiya xidmətinin tətbiqi ilə rəqəmsal ödənişlərin aparılması imkanının yaradılması sektorda mühüm irəliləyişdir və bu addım rəqəmsal ödənişlərin payının artmasına əhəmiyyətli töhfə verəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 19 Noyabr 2025 11:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















