Icma.az
close
up
RU
Azərbaycanda “card to card” əməliyyatlarının AÖS üzərindən aparılmasına başlanılıb EKSKLÜZİV

Azərbaycanda “card to card” əməliyyatlarının AÖS üzərindən aparılmasına başlanılıb EKSKLÜZİV

Apa.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycanda kartdan karta köçürmə (“card to card”) əməliyyatlarının Ani Ödənişlər Sistemi (AÖS) üzərindən aparılmasına başlanılıb.

Bu barədə “APA-Economics”in sorğusuna cavab olaraq Azərbaycan Mərkəzi Bankından (AMB) bildirilib. Məlumata görə, “card to card” əməliyyatlarının kart prosesinq sistemindən Ani Ödənişlər Sistemi (AÖS) üzərindən aparılmasına başlanılması bankların daxili infrastrukturunda əsas dəyişiklik yaradır və onlara bir sıra üstünlüklər qazandırır.

Qeyd olunub ki, əsas üstünlüklərdən biri bankların xərclərinin azalmasıdır. Belə ki, AÖS üzrə bu növ əməliyyatlar üçün Mərkəzi Bank tərəfindən xidmət haqqı tətbiq edilmir. Eyni zamanda, AÖS vasitəsilə hesablar arasında aparılan köçürmələr anında – bir neçə saniyə ərzində həyata keçirilir. Bankların xərclərinin və proseslərinin optimallaşması nəticəsində vətəndaşlara daha səmərəli xidmətlər və daha yaxşı müştəri təcrübəsi təqdim etmək imkanı yaranır.

Məlumata əsasən, keçid prosesi artıq mərhələli şəkildə başlayıb və bir çox banklar AÖS üzərindən “card to card” əməliyyatlarını aktivləşdiriblər.

Mərkəzi Bankdan bildirilib ki, bu keçid kibertəhlükəsizlik və fırıldaqçılıq risklərinə qarşı nəzarəti də gücləndirir: "Ənənəvi kart şəbəkəsi üzərindən aparılan köçürmələrdə bank yalnız kartın 16 rəqəmi əsasında məlumat əldə etdiyi halda, AÖS-də əməliyyatlar hesab səviyyəsində aparıldığından həm göndərən, həm də alan tərəf daha dəqiq identifikasiya olunur. Bu isə fırıldaqçılıq məqsədli əməliyyatların real vaxt rejimində daha operativ aşkarlanmasına imkan verir. Eyni zamanda, kart şəbəkələri üzərindən aparılan "card to card" əməliyyatlarında kart məlumatlarının oğurlanması və klonlaşdırılması ilə bağlı risklər mövcud idi. AÖS-də isə əməliyyatlar hesablar üzərindən getdiyi üçün bu tip risklərin əhəmiyyətli dərəcədə azaldığı vurğulanıb".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://apa.az
archiveBu xəbər 09 Dekabr 2025 17:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see276

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see274

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see256

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see228

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see200

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see194

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see172

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see168

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see163

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see160

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see160

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see154

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see153

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see146

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see143

Qarabag ın baş məşqçisi: Bəhlulun bütün səhvlərini bu qola görə bağışlamaq olar

22 Yanvar 2026 01:55see141

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see138

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see137

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see137

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri