Zaman bizə işləyir, daha çox ərazi üçün... Rus diplomat
Axar.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Kreml Ukraynada müharibənin dayandırılması ilə bağlı danışıqları mümkün qədər uzatmaq istəyir ki, daha çox Ukrayna ərazisini ələ keçirə bilsin. Çünki onlar hesab edirlər ki, Vaşinqton sərhəd xəttinin haradan keçəcəyi ilə maraqlanmayacaq.
Axar.az xəbər verir ki, bu barədə “Moskov Tayms” Kremlin mövqeyini bilən dörd mənbəyə istinadən yazıb.
"Hazırda zaman bizim tərəfimizdədir və biz bundan maksimum istifadə etməyə çalışacağıq", – nəşr bir rusiyalı diplomatdan sitat gətirib.
Nəşr xatırladır ki, Rusiya lideri Vladimir Putin ABŞ Prezidenti Donald Trampla danışıqlar zamanı ümumilikdə 30 günlük atəşkəs təklifini qəbul etdiyini bildirib, lakin Moskva üçün "nüansların" vacib olduğunu vurğulayıb. Bu da Rusiyanın silahı yerə qoymazdan əvvəl maksimalist tələblərində israr edəcəyinə işarə edir.
Məhz bu "nüansların" ətraflı müzakirəsi Rusiya nümayəndələrinə tapşırılıb.
Qeyd edək ki, ötən gün Rusiya və ABŞ nümayəndələri Ər-Riyadda 13 saata yaxın davam edən görüş keçiriblər. Görüşün nəticəsi olaraq qəbul edilən bəyanatın bu gün Ağ Ev və Kreml tərəfindən yayımlanacağı gözlənilir.
Baxış sayı:89
Bu xəbər 25 Mart 2025 09:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















