Icma.az
close
up
RU
​ZAMAN EYNİ, QAZANC FƏRQLİ... Saatlıq maaş hansı ölkədə nə qədərdir? + SİYAHI

​ZAMAN EYNİ, QAZANC FƏRQLİ... Saatlıq maaş hansı ölkədə nə qədərdir? + SİYAHI

Azpolitika.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Məlum olduğu kimi, son günlər ölkə gündəmindəki əsas mövzulardan biri də əməkhaqqı sistemində gözlənilən mümkün dəyişikliklə bağlıdır. Bu barədə bildirilir ki, Azərbaycanda yaxın vaxtlarda aylıq əməkhaqqı rejimi saatlıq əməkhaqqı sistemi ilə əvəz ediləcək. Prosesin hansı tarixdə baş tutacağı hələlik məlum olmasa da, rəsmi qurumlar bu istiqamətd işlərin davam etdiyini bildirirlər.

“AzPolitika” mövzunun aktuallığını nəzərə alaraq  region ölkələri və Avropa dövlətlərində saatlıq əmək haqqının nə qədər olduğunu araşdırıb.

Avropa Statistika İdarəsinin (Eurostat) bu günlərdə açıqladığı hesabata görə, son beş ildə nominal artım və inflyasiya nəzərə alındıqda, Avropa İttifaqında real saatlıq əməkhaqları 3% azalıb. Əməkhaqlarının artımı avrozonaya daxil olmayan ölkələrdə və ümumilikdə daha aşağı maaş səviyyəsinə malik ölkələrdə daha güclü olub.

Belə ki, 2020-ci ildə Aİ-də saatlıq ümumi əməkhaqqı 21.5 avro olduğu halda, 2025-ci ildə bu rəqəm 26.2 avroya yüksəlib ki, bu da 21.9%-lik artım deməkdir. Lakin inflyasiya nəzərə alındıqda eyni dövrdə istehlak malları və xidmətlərin qiymətləri 25.6% artıb. Nəticədə, yığılan real əməkhaqqı 3% azalıb.

Bəs son beş ildə Avropada əməkhaqları və inflyasiya necə dəyişib?

“Eurostat” məlumatlarına və “Euronews” hesablamalarına əsasən, 30 Avropa ölkəsi arasında 12-də real əməkhaqları azalıb, 18-də isə artıb. Bolqarıstan bu siyahıda açıq fərqlə liderdir. Belə ki, 2020–2025-ci illər arasında real əməkhaqları ümumilikdə 37.4% artıb. Serbiya (25.4%), Xorvatiya (21.1%) və Litva (21.1%) da 20%-dən çox artım qeydə alıb.

Digər üç qeyri-avro ölkəsi — Rumıniya (19.7%), Macarıstan (18.8%) və Polşa (17.8%) da 15–20% aralığında real artım göstərib. Avrozonada isə Sloveniya (14.4%), Latviya (10.6%) və Yunanıstanda (8.6%) artım qeydə alıb. Avropa ölkələrinin yarısında real əməkhaqları -5% ilə +5% arasında dəyişib ki, bu da nisbətən kiçik dəyişikliklər deməkdir.

Avropa İttifaqının “Böyük dördlük” iqtisadiyyatlarında real əməkhaqları isə azalıb:

- İtaliya -9.2% (ən böyük azalma);

- İspaniya -5.9%;

- Almaniya -3.2%;

- Fransa -3.3%.

Digər tərəfdən, İtaliyada nominal artım ən aşağı olub — 9.5%. Onu Malta (13.3%) və Fransa (14.1%) izləyir. Bu ölkələrdə inflyasiya Aİ ortalamasından aşağı olsa da, əməkhaqqı artımı yenə də inflyasiyanı üstələyə bilməyib. 2025-ci il üzrə ən aşağı əməkhaqqı - Bolqarıstan (10.5 avro), ən yüksək əməkhaqqı isə Lüksemburqda (49.7 avro) qeydə alınıb.


2025-ci il üzrə Avropada saatlıq ümumi əməkhaqları aşağıdakı kimi olub:

- Lüksemburq — 49.7 avro;

- İslandiya — 47 avro;

- Norveç — 45.8 avro;

- Danimarka — 44.7 avro;

- Belçika — 37.1 avro;

- İrlandiya — 36.6 avro;

- Niderland — 36.3 avro;

- Almaniya — 34.5 avro;

- Avstriya — 33.8 avro;

- Finlandiya — 32.6 avro;

- Fransa — 30 avro;

- İsveç — 29.5 avro;

- Sloveniya — 25.6 avro;

- İtaliya — 23 avro;

- İspaniya — 19.5 avro;

- Malta — 17.9 avro;

- Kipr — 17.5 avro;

- Litva — 16.9 avro;

- Xorvatiya — 16.2 avro;

- Estoniya — 15.7 avro;

- Polşa — 15.6 avro;

- Portuqaliya — 15.6 avro;

- Çexiya — 14.9 avro;

- Yunanıstan — 14.5 avro;

- Slovakiya — 14.2 avro;

- Macarıstan — 13 avro;

- Latviya — 12.9 avro;

- Rumıniya — 12.9 avro;

- Serbiya — 10.6 avro;

- Bolqarıstan — 10.5 avro.

Region ölkələrinə gəlincə, Türkiyədə 2025-ci il üçün aylıq minimum əməkhaqqı 28075 türk lirəsi təşkil edib. Həftəlik 45 saatlıq iş rejimi nəzərə alındıqda, bu, saatlıq təxminən 155 türk lirəsi və ya təxminən 5 manat 83 qəpik edir. Qonşu Gürcüstanda isə dövlət səviyyəsində minimum saatlıq əmək haqqı 5.15 dollar təşkil edir.

Rusiyada aylıq minimum əməkhaqqı 22440 rubl təşkil edir. Həftəlik 40 saatlıq iş rejimi nəzərə alındıqda, bu, saatlıq təxminən 129.65 rubl, cari məzənnə ilə təxminən 2 manat 38 qəpik edir. Ermənistana gəlincə, burada aylıq minimum əməkhaqqı məbləği 75000 erməni dramıdır. Bu, saatbaşına 500 erməni dramına (təxminən 2 manat 25 qəpik) bərabərdir.

2025-ci ildə Azərbaycanda orta aylıq nominal əməkhaqqı 1102,9 manat səviyyəsində olub. Eyni ildə orta aylıq iş vaxtı 158,6 saat təşkil etdiyinə görə, saatlıq əməkhaqqı təxminən 6,95 manat edir. Bu da hazırkı məzənnə ilə təxminən 4 dollar və ya 3,5 avroya bərabərdir.

E. Bəyməmmədli

“AzPolitika.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 15 May 2026 14:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see362

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see339

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see282

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see272

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see262

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see252

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see241

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see233

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see231

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see226

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see222

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see220

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see210

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see209

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see201

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see187

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see178

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see170

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see170

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri