Zaqatala nın baş məşqçisi geridönüşlə qazandıqları qələbəni belə dəyərləndirdi
Fanat saytından alınan məlumata görə, Icma.az bildirir.
1-ci Liqanın 15-ci turunda "Difa"ini qəbul edən "Zaqatala" 12-ci dəqiqədə qapısında qol görsə də, sonradan iki dəfə fərqləndi və oyunu 3 xalla başa vurdu. Meydan sahiblərinin baş məşqçisi Rüstəm Məmmədovla əlaqə saxlayıb qələbəni dəyərləndirməsini istədik.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
"Bizim üçün ağır oyun oldu. Görünən budur ki, rəqib bizi yaxşı təhlil etmişdi. Rəqibin Kristian Kamta və Uorren Ondo kimi ön xətt oyunçuları bizə problem yaradır, müdafiə xətti isə hücumlarımızın inkişafına imkan vermirdi. Matçın gedişində sistemi dəyişməli olduq. İkinci hissəyə fərqli oyun planı ilə çıxdıq. Əvəzləmələrimiz uğurlu alındı və daha təhlükəli görünməyə başladıq. "Difai"nin hücumçularının matçın sonlarına yaxın yorulmaları da işimizə yaradı. Erkən qol buraxsaq da, oyun çevirməyi və 2:1 hesablı qələbə qazanmağı bacardıq".
Qeyd edək ki, bu qələbə sayəsində xallarının sayını 21-ə çatdıran "Zaqatala" liqanın turnir cədvəlində 6-cı pillədə qərarlaşıb. 5-ci sıradakı "Şahdağ Qusar"ın da eyni xalı var.
Toğrul
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:141
Bu xəbər 20 Fevral 2026 18:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















