Icma.az
close
up
RU
Zaqatala nın baş məşqçisindən etiraf: “Maliyyə problemləri motivasiyanı azaltdı”

Zaqatala nın baş məşqçisindən etiraf: “Maliyyə problemləri motivasiyanı azaltdı”

Icma.az, sport24.az portalına istinadən məlumat verir.

"Qış fasiləsinə qədər olan nəticələri uğursuz hesab etmirəm. Ən azı ilk "beşlik"də yer almağı planlaşdırırdıq". Bu sözləri Sport24.az-a açıqlamasında"Zaqatala"nın baş məşqçisi Rüstəm Məmmədov deyib.
Təcrübəli mütəxəssisin sözlərinə görə, qış fasiləsindən sonra maliyyə çətinlikləri səbəbindən oyunçular oyunlara istə nilən şəkildə köklənə bilməyiblər:
"Lakin qış fasiləsindən sonra müəyyən maliyyə problemləri yarandı. Sponsorların ayrılması komandaya ciddi təsir etdi və bundan sonra çətinliklər başladı. Futbolçuların oyuna köklənməsində problemlər yaşanırdı. Bir müddət sonra vəziyyət qismən düzəlsə də, artıq komandanın motivasiyasını geri qaytarmaq çətin idi. Həm də hansı yer uğrunda mübarizə apardığımız tam aydın deyildi. Rəqiblərimiz bizdən xeyli uzaqlaşmışdı. Digər tərəfdən, sonuncu pilləyə düşmək təhlükəsi də real görünmürdü. Bu səbəbdən futbolçularda əlavə motivasiya yaranmırdı".

Məmmədov müqaviləsinin başa çatdığını, bəzi təkliflərin olduğunu da vurğulayıb:

"Klubla müqaviləm başa çatıb. Müəyyən təkliflər olsa da, hələ heç bir komanda ilə danışıq aparmamışam. Hazırda bütün klublar yeni mövsüm üçün ayrılacaq büdcəni gözləyirlər. Bundan sonra hansısa komanda ilə danışıq aparmaq mümkün olacaq. "Zaqatala"da qalacağım halda, növbəti mövsüm daha iddialı komanda qurmaq məsələsi təkcə məndən asılı deyil. Məşqçi istəyə bilər, amma büdcə yoxdursa, heç nə etmək mümkün deyil. İstədiyin transferləri həyata keçirə bilsən, iddialı komanda formalaşdırmaq olar. Bu isə yalnız məşqçidən deyil, əsasən klubun imkanlarından asılıdır".
Qeyd edək ki, "Zaqatala" Birinci Liqada mövsümü 28 xalla 7-ci pillədə bitirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://sport24.az
archiveBu xəbər 27 May 2026 11:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see760

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see497

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see293

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see280

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see268

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see264

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see262

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see257

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see244

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see230

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see222

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see218

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see218

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see217

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see212

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see212

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see211

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see203

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see194

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri