Zaqatalada ağır qəza: ölən var
Axar.az saytına istinadən Icma.az xəbər verir.
Zaqatalada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Axar.az-ın APA-ya istinadən məlumatına görə, hadisə gecə saat 23 radələrində Qax-Zaqatala avtomobil yolunun Zaqatalanın Muxax kənd inzibati ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, “Opel” və VAZ 21099 markalı minik avtomobilləri toqquşub. Qəza nəticəsində VAZ 21099 markalı avtomobilin sürücüsü aldığı ağır bədən xəsarətlərindən hadisə yerində ölüb.
Qəza zamanı daha bir nəfər – Muxax kənd sakini, 21 yaşlı Ubadulla Əli oğlu Əliyev xəsarət alıb. Yaralı Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə korpusunun İkinci Təcili Tibbi Yardım şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Bu mövzuda digər xəbərlər:Zaqatalada qəza olub Ölən var
31 May 2025 14:53
Zaqatalada AĞIR QƏZA: ölən var
13 Yanvar 2026 15:51
Zaqatalada ağır yol qəzası Ölən var
05 İyul 2025 14:40
Zaqatalada AĞIR QƏZA: ölən və yaralananlar var
13 Mart 2025 15:33
Zaqatalada AĞIR QƏZA: ölən və yaralılar var
30 Mart 2026 17:33
Baxış sayı:69
Bu xəbər 10 Avqust 2026 00:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















