Zaqatalada restoranın qarşısında adam güllələdilər
Icma.az bildirir, Demokrat.az saytına əsaslanaraq.
Zaqatalada restoran yaxınlığında baş verən silahlı insident nəticəsində bir nəfər yaralanıb.
Demokrat.az xəbər verir ki, gecə saat 02:00 radələrində rayonun Kebeloba kənd sakini, 1987-ci il təvəllüdlü İsa Məhəmməd oğlu Bolayev güllə yarası ilə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Müayinə zamanı ona sağ bud sümüyünün deşib-keçən güllə yarası diaqnozu qoyulub. Yaralının vəziyyəti ağır olduğundan müalicəsinin paytaxt xəstəxanalarından birində davam etdirilməsinə qərar verilib.
İlkin məlumatlara görə hadisə Aşağı Tala kəndi ərazisindəki istirahət mərkəzlərindən birinin yaxınlığında qeydə alınıb. Hadisənin təfərrüatları və atəş açan şəxsin kimliyi hələlik məlum deyil.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan APA-ya verilən məlumata görə polis əməkdaşları tərəfindən cinayəti törətməkdə şübhəli bilinən şəxsin müəyyən edilərək saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir. Hadisə ilə bağlı araşdırmalar aparılır.
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.

Baxış sayı:121
Bu xəbər 09 May 2026 09:05 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları