Zaqatalada sərnişindaşıma ilə bağlı qaydaları pozan şəxslər məsuliyyətə cəlb olunublar
Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakı, 27 sentyabr, AZƏRTAC
Avtomobil nəqliyyatı ilə sərnişindaşımaya dair qanunvericiliyin tələblərinə daşıyıcılar tərəfindən riayət edilməsi məqsədilə Zaqatala Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin əməkdaşları tərəfindən birgə profilaktik tədbirlər keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a bildirilib ki, həmin tədbirlər zamanı nəqliyyat vasitələrinin reysqabağı texniki baxışdan keçməsi, sürücülərin tibbi müayinəsinin təşkili, eləcə də bu sahədə daşımalara icazə verən buraxılış vəsiqəsi və kartların mövcudluğu yoxlanılıb.
Həmçinin sürücülərlə maarifləndirici söhbətlər aparılıb, onların bu sahədəki mövcud qaydalara riayət etmələrinin zəruriliyi vurğulanıb. Qayda pozuntusuna yol verən və müvafiq kateqoriyalı avtonəqliyyat vasitələrini idarə etmək hüququ olmayanlar inzibati məsuliyyətə cəlb olunublar.
“Baş verə biləcək xoşagəlməz halların qarşısının alınması məqsədilə bu sahədə tədbirlər mütəmadi olaraq davam etdirilir”, - deyə məlumatda vurğulanıb.
Baxış sayı:80
Bu xəbər 27 Avqust 2025 16:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















