Icma.az
close
up
RU
Menu

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Məşhur aşpazın restoranı borca görə bağlandı

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Röya tanınmaz obrazda (Foto/Video)

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

Baş idarə rəisinə yeni rütbə verildi

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

Zarafatca dedim ki, Şəmkir ə qarşı səhvimi düzəltdim Vüqar Nadirov

Zarafatca dedim ki, Şəmkir ə qarşı səhvimi düzəltdim Vüqar Nadirov

Icma.az xəbər verir, Fanat saytına əsaslanaraq.

İkinci Liqanın son turunda "Şəmkir" səfərdə "Hypers Quba"nı 2:1 hesabı ilə üstələdi. Qərb təmsilçisinin baş məşqçisi Vüqar Nadirov üçün mövsümün gedişində ayrıldığı Quba təmsilçisi üzərində qələbə ikiqat əhəmiyyətli idi. Maraqlıdır ki, sözügedən mütəxəssis çempionatın ilk dövrəsində "Hypers"in "sükanı arxası"nda "Şəmkir"i yenmişdi. Azərbaycan millisinin sabiq hücumçusu ilə əlaqə saxlayıb bir neçə suala cavab verməsini istədik.

Onun Fanat.Az-a müsahibəsi belə alındı:

- Sabiq komandanız "Hypers Quba"nı məğlub etdiniz. Oyun sizin üçün nə dərəcədə prinsipial idi?

- Oyun bizim üçün əhəmiyyətli idi. Rəqibə hörmətlə yanaşırdıq. Uşaqları da bu oyuna kökləmişdim. Mən bu səfər matçına "Şəmkir"in baş məşqiçisi olaraq yaxşı nəticə üçün getmişdim. Məqsəd yalnız qələbə idi. Şükür ki, məqsədimizə nail olduq. Azarkeşlərimizə təşəkkür etmək istəyirəm. Uzun yol qət edib bizə dəstəklərini nümayiş etdirdilər. Qələbədə pay sahibi oldular. 

- Komandaya necə motivasiya vermişdiniz?

- Komanda şəklində öz yerində, futbolçularla ayrı-ayrılıqda da bu oyun barədə söhbət etmişdim. Bir ay çəkdiyimiz əziyyətin bəhrəsini gördük. Yenidən yığılmış komandadır... Əlbəttə, çatışmazlıqlar da var... Uşaqlara çox inanırdım. Hər oyunun öz ruhu var. Bu matçda onlara müəyyən sərbəstlik verdim. Səhv etməkdən qorxmamalı olduqlarını dedim.

- Birinci dövrədə "Şəmkir"i "Hypers Quba" ilə səfərdə yenmişdiniz. Həmin matçda "Hypers Quba" 9 nəfərlə qələbə qazanmışdı. Klubdakılar yəqin ki, bu məqamı sizə xatırladıblar. Sirr deyilsə, bu barədə nə danışmışdınız?

- Bəli, həmin oyunda iki qırmızı vərəqə almışdıq. Həqiqətən yaddaqalan qarşılaşma idi. Azlıqda qalsaq da, uşaqlara müdafidə oturmamağı, irəli getməyi, fərdi keyfiyyətlərindən istifadə etmələrini tapşırdım. "Hypers"də baş məşqçisi kimi Şəmkirdə belə bir qələbəyə sevinmişdim. Sonra iş elə gətirdi ki, "Şəmkir"ə keçdim. "Hypers Quba"dan 3 xal alandan sonra zarafatla dedim ki, "Şəmkir" qarşı səhvimi düzəltdim. 

- Meydanın ot örtüyü dəyişdirilir. Bu kimin ideyası idi? Komanda yeni ot örtüyü hazır olana qədər harada oynayacaq?

- Mən gələndən demişdim ki, ot örtüyünü dəyişək. Sağ olsunlar, rəhbərlik də hörmətlə yanaşdı. Çünki elə meydanda futbolçuların zədələnmə riski artır. Hələlik Gəncədəki süni örtüklü etiyat meydanda oynayacağıq.

- "Şəmkir"in bu mövsüm üçün hədəfi nədir? Rəhbərliklə bu yöndə müzakirələr olubmu?

- Hədəfimiz 1-ci Liqadır. Şansımız var və bunun məsuliyyətini hiss edirik. Rəhbərliklə demək olar ay ərzində 2-3 dəfə görüşümüz olur. Hədəflərimiz barədə geniş fikir mübadiləsi aparır, söhbət edirik. Sonadək mübarizə aparmağa köklənmişik. Şansımızdan faydalanmağa çalışacağıq.

Nihat

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:156
embedMənbə:https://fanat.az
archiveBu xəbər 03 Mart 2025 09:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see327

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see320

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see315

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see313

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see312

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see301

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see281

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see251

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see250

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see231

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

31 Oktyabr 2026 18:57see224

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see221

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see204

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see201

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see194

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

31 Oktyabr 2026 22:39see193

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see192

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see192

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see191

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:10see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri