Icma.az
close
up
RU
Zatulini nə Qarabağ, nə də ermənilər maraqlandırır

Zatulini nə Qarabağ, nə də ermənilər maraqlandırır

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

Rusiya Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsi sədrinin birinci müavini Konstantin Zatulin növbəti dəfə Azərbaycan əleyhinə sərsəm açıqlama ilə çıxış edib. O bildirib ki, Azərbaycan 2020–2023-cü illərdə “Dağlıq Qarabağ” münaqişəsinin həlli ilə bağlı uzun illər aparılan danışıqları bir kənara atıb, Türkiyənin köməyi ilə Qarabağı faktiki olaraq ələ keçirib və erməni əhalini oranı tərk etməyə məcbur edib: “Bu, mənim fikrimcə, nə əvvəllər aparılmış danışıqların ruhuna, nə də bütövlükdə Rusiyanın maraqlarına uyğun gəlir. Təbii ki, Rusiya Ermənistanla Azərbaycan arasında müharibənin olmamasında maraqlıdır. Amma, eyni zamanda, əhalinin qovulmasında, məsələn, min illik tarixi olan erməni monastrlarının alban və ya başqasına məxsus olduğunu elan edilməsində maraqlı ola bilməz”.

Əslində, K.Zatulini nə Qarabağ, nə də orada yaşamış ermənilər maraqlandırır. Məqsədi Azərbaycana qarşı düşmənçiliyi körükləmək, Rusiya–Azərbaycan münasibətlərinə kölgə salmaqdır. Hər halda hadisələrin axarına nəzər salsaydı, bu cür sərsəm açıqlama ilə çıxış etməzdi.

Erməniləri Qarabağdan heç kəs qovmayıb, özləri oranı könüllü tərk ediblər. Bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin TASS-a müsahibəsində təsdiqləyib: “Təəssüf ki, Qarabağ erməniləri bölgəni tərk edib. Bu, onların çətin, amma könüllü seçimi olub”. Qaluzin xatırladıb ki, 2023-cü il sentyabrın 19–20-də baş verən toqquşmalar nəticəsində Qarabağ Bakının tam nəzarətinə keçib: “Rusiya sülhməramlı kontingentinin fəal vasitəçiliyi ilə sentyabrın 20-də hərbi əməliyyatların dayandırılması barədə razılıq əldə edilib. Qarabağın erməni əhalisi ilə Azərbaycan hakimiyyətinin nümayəndələri arasında danışıqlar aparılıb. Sülhməramlılarımız mülki şəxslərə sığınacaq verib, humanitar yardım çatdırıb, tibbi evakuasiya təşkil edib”.

Eyni zamanda, Qaluzin hadisələrin təsadüfən baş vermədiyini diqqətə çatdırıb: “Ermənistan tərəfi hələ 2022-ci ilin oktyabrında Avropa İttifaqının himayəsi altında Praqada keçirilən sammitdə Azərbaycanın ərazi bütövlüyünü, o cümlədən Qarabağı onun tərkib hissəsi kimi tanıyıb. O vaxt regionun erməni əhalisinin hüquq və təhlükəsizliyinin təmin edilməsi məsələsi açıq qalmışdı. İndi isə Qarabağ Azərbaycanın hüquq sisteminə inteqrasiya olunur”.

***

Azərbaycan ermənilərin Qarabağdan köçməsində heç vaxt maraqlı olmayıb. Bakının istəyi bölgədə yaşayan erməni əhalinin reinteqrasiyasına nail olmaq, onları Ermənistanın və qanunsuz separatçı xunta rejiminin girovluğundan qurtarmaq idi. Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə müsahibələrinin birində demişdi: “Azərbaycan tərəfindən dəfələrlə qeyd edildiyi kimi, bölgədə yaşayan erməni əsilli sakinlərin reinteqrasiyası Azərbaycan Respublikasının Konstitusiyası və qanunvericilik aktlarına uyğun olaraq təmin ediləcək. Azərbaycan tərəfi bu istiqamətdə erməni sakinlərlə dialoq aparılmasında qərarlıdır və bu məsələdə kənar müdaxilələrin qarşısı alınacaq”.

Beləliklə, 44 günlük Vətən müharibəsindən keçən üç il müddətində separatçılar və onları dəstəkləyən Ermənistan iqtidarı heç cür sülhə gəlmədi, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədi, bölgədə çirkin əməllərini davam etdirdi. Eyni zamanda, qanunsuz erməni silahlı birləşmələri tərəfindən ordumuzun mövqeləri daim atəşə tutuldu. Separatçılar Azərbaycan Ordusunun bölmələrinə qarşı kəşfiyyat fəaliyyətlərini genişləndirdi, mövqelərimizin dərinliyinə sızaraq minalardan təmizlənən əraziləri və mülki təyinatlı yolları yenidən minaladılar. Bu kimi əməllərə birdəfəlik son qoyulmalı idi. Hayastanın və qanunsuz erməni hərbi ünsürlərin Azərbaycanın suveren ərazisində törətdikləri təxribatlarların qarşısını almaq məqsədilə Azərbaycan zəruri tədbirlər görmək məcburiyyətində qaldı. Nəhayət, ermənilərin təxribatlarına 2023-cü il 19–20 sentyabr antiterror əməliyyatı ilə son qoyuldu. Lokal xarakterli antiterror tədbirləri beynəlxalq humanitar hüquqa uyğun aparıldı. Bu zaman mülki obyektlər hədəfə alınmadı.

Həmin günlərdə Azərbaycana qarşı döyüşmüş erməniəsilli şəxslərə silahı yerə qoyacaqları təqdirdə məsuliyyətə cəlb edilməyəcəkləri ilə bağlı çağırış edildi. Bakı onların təhlükəsizliyinin təmin ediləcəyini, hüquqlarının qorunacağını bildirdi. Əsas şərt kimi Azərbaycan vətəndaşlığının qəbulu irəli sürüldü. Bu məqsədlə Qarabağ ermənilərinin nümayəndələri ilə Azərbaycanın dövlət strukturlarının nümayəndələri arasında Yevlax şəhərində görüşlər keçirildi. Bakının tələbləri arasında Qarabağ hakimiyyətinin istefası, reinteqrasiyanın müzakirəsi və erməni qoşunlarının bölgədən çıxarılması vardı. Döyüş əməliyyatlarının başlamasından bir gün sonra tanınmamış respublikanın hakimiyyət orqanları atəşkəsə razılaşdı və separatçşı rejimin rəhbəri Samvel Şahramanyan qondarma qurumun mövcudluğuna xitam verilməsi haqqında fərman imzaladı. Bundan sonra ermənilərin Qarabağdan könüllü köçü başladı. Əslində, bu köçün səbəbkarı keçmiş separatçı xunta rejiminin başçıları və Ermənistandakı “Qarabağ klanı” olub. Bunu K.Zatulin də çox yaxşı bilir. Məsələnin absurd tərəfi budur ki, Rusiya Dövlət Dumasının MDB ölkələri ilə əlaqələr üzrə komitəsinin sədr müavini kimi Zatulinin vəzifəsi bu məkanda münasibətləri tənzimləməkdir. Amma bunun tam əksinə olaraq, o, birliyin üzvü olan ölkələrin ərazi bütövlüyü və suverenliyi əleyhinə təxribatçı fikirlər səsləndirir.

Mövzu ilə bağlı Milli Məclisin deputatı Fatma Yıldırım bildirdi ki, Qarabağdan könüllü köçmüş erməni əhalinin böyük əksəriyyəti Ermənistan vətəndaşı idi: “Aralarında Rusiya vətəndaşları da vardı. Suriyadan, Livandan gələn ermənilər də az deyildi. Azərbaycanın işğal olunmuş ərazilərində əhalinin sayı buraya qeyri-qanuni köçürülən sakinlərin hesabına hər il artırdı. Məsələn, 2015-ci ildə onların hesabına işğal olunmuş ərazilərimizdə əhali 23 min nəfər çoxalıb. Köçürülənlər – 13 min Laçında, 8500 nəfər Qarabağın dağlıq hissəsində, 700 nəfər Kəlbəcərdə, 520 nəfər Zəngilanda, 280 nəfər isə Cəbrayılda məskunlaşdırılmışdı.

Suriyadan (bu ölkədə 2011-ci ilin martında vətəndaş müharibəsi başladıqdan sonra), eləcə də Livandan etnik ermənilərin Azərbaycanın işğal olunmuş ərazilərinə aktiv gəlişini nəzərə alsaq, 2020-ci ilin payızında Vətən müharibəsi zamanı işğal altındakı ərazilərdə qeyri-qanuni məskunlaşdırılanların sayı yüksək idi. Çox az sayda erməni Birinci Qarabağ müharibəsindən öncə orada yaşayan Azərbaycan vətəndaşları idi”. Bəli, gəlmələr gəldikləri yerə qayıtdılar, Qarabağda əvvəllər yaşayanlar isə Azərbaycan vətəndaşlığını qəbul etmədilər və könüllü oranı tərk etdilər.

***

Zatulinin qədim erməni monastırlarının albanlaşdırıldığına dair açıqlaması da qərəzlidir. Söhbət, ilk növbədə, Xudavəng və Gəncəsər monastrlarından gedir. AMEA-nın Arxelogiya və Etnoqrafiya İnstitutunun böyük elmi işçisi Ülviyyə Hacıyeva deyir ki, tarixi və memarlıq nöqteyi-nəzərdən bu abidələr Qafqaz Albaniyasının maddi mədəniyyət irsinə daxildir: “Xaçın knyazlığı sülaləsi və knyazlıq əhalisi Azərbaycan xalqının etnogenezində iştirak etmiş albanlara mənsub idilər. Abidə də onlardan yadigar qalıb”.

A.Bakıxanov adına Tarix İnstitutunun böyük elmi işçisi Ramin Alizadə də monastr kompleksinin Qafqaz Albaniyasının yadigarı olduğunu bildirdi: “Kompleks Azərbaycan xalqının əcdadlarının yaratdığı möhtəşəm maddi-mədəniyyət nümunəsidir. Hər kəs bilməlidir ki, bu monastr Qafqaz Albaniyasının tarixi mirasıdır. 1723-cü ilin martında Qarabağ məliklərinin I Pyotra göndərdiyi məktubda alban türkü ifadəsi öz əksini tapıb. Maraqlıdır ki, ermənicə mətndə bu ifadə alban türkü, rus dilinə tərcüməsində isə müsəlman alban kimi təqdim olunur. Göründüyü kimi, onların ermənilərin Xudavəngin monastr kompleksi ilə heç bir bağlılığı yoxdur”.

R.Alizadənin sözlərinə görə, monastrda yağlı boya ilə çəkilmiş çoxlu rəsmlər və yazılar olub: “Erməni apostol kilsəsinin dəstəyi və Ermənistan dövlətinin vəsaiti hesabına “bərpa” adı altında monastrda qanunsuz işlər görülüb. Arzu xatun, Böyük Həsən kilsələri və kompleksə daxil olan digər tikililərə əlavələr edilib. Ermənilər Arzu xatun məbədinim divarlarında yağlı boya ilə çəkilmiş xeyli şəkilləri və yazı nümunələrini, Alban–Qıpçaq xaç daşlarını balta ilə çaparaq, burada saxta erməni xaçdaşları yerləşdiriblər. Yəni, özlərinin sərsəm iddialarını “reallaşdırmaq” üçün tədricən “tarixi əsaslar” hazırlamaqla məşğul olublar”.

K.Zatulinin açıqlamasında maraqlı bir məqam var. O deyir ki, erməni kilsəsinin həm də başqasına məxsus olduğu bildirilir. Yəqin, Şuşadakı Qazançı kilsəsini nəzərdə tutur. Ermənilər bu kilsəyə iddialıdırlar. Amma kilsənin onlara heç bir adiyyəti yoxdur. Şuşada xristian kilsəsi Qarabağ xanlığının Çar Rusiyası tərəfindən işğalından sonra inşa olunub. Çar ordusunun hərbi hissələrinin Qarabağda yerləşməsi onların özlərinə dini abidə tikmələri üçün bəhanə olub.

Bir sözlə, ermənilər 200 ilə yaxındır ki, ən çirkin vasitələr və üsullardan istifadə edərək qədim Azərbaycan dövləti olan Albaniyaya aid xristian irsini yox etmək, yaxud da özününküləşdirmək istiqamətində davamlı olaraq fəaliyyətdədirlər. Erməni kilsəsi, erməni siyasi dairələri, diasporu və nəhayət, elm, sənət adamları bu saxtakarlığı təbliğ etməklə məşğuldurlar. Zatulin kimilər isə onların küyünə düşərək yalan və böhtanlarına şərik olurlar...

Pünhan ƏFƏNDİYEV
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:193
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 10 May 2025 10:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see547

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see494

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see376

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see307

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see266

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see251

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see245

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see237

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see219

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see212

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see208

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see202

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see200

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see196

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see191

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see190

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see189

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see183

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see181

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri