Qazaxıstanda insanları əllərindəki damarların şəklinə görə müəyyən edə bilərlər
Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
Astana, 12 noyabr, AZƏRTAC
Qazaxıstan bankları tərəfindən tətbiq olunan yeni ödəniş üsulları məcburi yoxlamadan keçəcək.
AZƏRTAC Qazaxıstan mediasına istinadən xəbər verir ki, bu barədə Qazaxıstanın süni intellekt və rəqəmsal inkişaf nazirinin müavini Dmitri Mun deyib.
“Hazırda şəxsiyyəti təsdiq edən hər cür faktı toplayacaq vacib məlumat bazasının yaradılması üzrə iş aparılır. Əldə damarların şəklinin identifikasiya metodu kimi əlavə edilməsi imkanı da nəzərdən keçirilir”, - deyə o, bildirib.
Nazir müavininin sözlərinə görə, bu üsullar daim genişləndiriləcək.
“Bu gün artıq bəzi üsullar üzrə yoxlamalar aparılıb: barmaq izləri üzrə Daxili İşlər Nazirliyində, şəxslər üçün isə müəyyən banklarda və dövlət qurumlarında. Yeni identifikasiya bazaları və xidmətləri kimin məlumat sahibi və onun işləməsinə kimin cavabdeh olacağını müəyyən edəcək”, - deyə o izah edib.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:67
Bu xəbər 13 Noyabr 2025 07:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















