Zaur efirdən GEDİR: “Nöqtəni qoyub gedəcəyəm”
Milli.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Aparıcı Zaur Baxşəliyev səsləndirdiyi fikirlərlə yenidən gündəmə gəlib.
Milli.Az xəbər verir ki, o, aparıcısı olduğu "Bizimləsən" verilişində efir həyatından yorulduğunu etiraf edib.
Canlı yayım zamanı səmimi danışan aparıcı artıq uzun illərdir davam edən gərgin tempin və psixoloji yükün onu yorduğunu bildirib:
"Həqiqətən artıq yoruluram. Bu qədər əsəb-stress çəkmək çox çətindir. Bir gün bir yerdə nöqtəni qoyub çıxıb gedəcəyəm. İnanın ki, artıq səbrim çatmır".
Zaur Baxşəliyev onu tənqid və ya təhqirlərin əsəbiləşdirmədiyini də xüsusi vurğulayıb: "Mənə kimin isə tənqidi, təhqiri qətiyyən təsir etmir, o şeylərə çox dözümlüyəm. Amma insan ümumi gərginlikdən yorulur".
Aparıcının bu sözləri sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. İzləyicilərin bir qismi onu dəstəkləyərək çətin sosial mövzularla işləməyin ağır olduğunu qeyd edib, digərləri isə verilişin davam edib-etməyəcəyi ilə bağlı suallar ünvanlayıblar.
Musa
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:143
Bu xəbər 19 Fevral 2026 11:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















