Icma.az
close
up
RU
Zaur Əliyev də vəzifədən azad edilir? Gözlənilməz qərarın sirri

Zaur Əliyev də vəzifədən azad edilir? Gözlənilməz qərarın sirri

Icma.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.

Məlum olduğu kimi, icbari tibbi sığortanın təsis edilməsinin 10 illik yubileyi üçün fevralın 17-nə planlaşdırılan tədbir gözlənilməz şəkildə təxirə salınıb. Mənbələr bildirir ki, bu, TƏBİB-in icraçı direktoru Vüqar Qurbanovun vəzifədən azad olunmasından sonra yaranan vəziyyətlə bağlıdır. Qeyd edilir ki, V.Qurbanovun işdən çıxarılması digər məmuru – İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyevi də hədəfə gətirib. İddialar arasında onların adının tender maxinasiyasında çəkilməsi də var.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində ciddi kadr dəyişiklikləri və proses çərçivəsində Zaur Əliyevin vəzifədən azad edilməsi mümkündürmü?

Globalinfo.az-a danışan iqtisadçı, sabiq deputat Vahid Əhmədov deyib ki, icbari tibbi sığortanın Azərbaycanda tətbiqi məsələsi Milli Məclisdə də müzakirə edilib:

“Həmin dövrdə Səhiyyə Nazirliyinin iki hissəyə bölünməsi məsələsi də ortaya çıxmışdı. Mən Milli Məclisin komitə iclaslarında dəfələrlə bildirmişdim ki, səhiyyə sistemi bölünməməlidir. Səhiyyəni iki yerə ayırmaq – bir hissəsini ayrıca qurum kimi, digər hissəsini isə nazirlikdə saxlamaq düzgün yanaşma deyil. İcbari Tibbi Sığorta Agentliyi Səhiyyə Nazirliyinin tərkibində də yaradıla və uğurla tətbiq oluna bilərdi”.

Kadr siyasətinə gəldikdə, Vahid Əhmədov bildirib ki, bu məsələ dövlət başçısının səlahiyyətinə aiddir:

“Təyinatlar və vəzifədən azadetmələr müəyyən prinsiplər və qərarlar əsasında həyata keçirilir. Tender məsələləri ilə bağlı konkret məlumatım yoxdur. Ümumilikdə isə etiraf etmək lazımdır ki, ölkədə satınalmalar sahəsində müəyyən problemlər mövcud olub. Son dövrlərdə bu istiqamətdə qanunvericilikdə ciddi dəyişikliklər edilib və bəzi müsbət nəticələr artıq görünməkdədir”.

V.Əhmədov Zaur Əliyevlə bir neçə dəfə təmasda olduğunu qeyd edib:

“Onu savadlı və müraciətlərə həssas yanaşan bir şəxs kimi tanımışam. Həm deputat olduğum dövrdə, həm də sonrakı mərhələdə icbari tibbi sığorta ilə bağlı müraciətlərə operativ reaksiya verib. Ümumilikdə hesab edirəm ki, hazırkı şəraitdə səhiyyə sisteminin vahid model əsasında birləşdirilməsinə ciddi ehtiyac var. Bu halda həm icbari tibbi sığorta sistemi daha effektiv işləyər, həm də ümumi səhiyyə idarəçiliyində şəffaflıq və koordinasiya güclənər”.

İqtisadçı və hüquqşünas Əkrəm Həsənov isə deyib ki, rəhbər vəzifəli şəxsin azad edilməsindən dərhal sonra yubiley tədbirinin təxirə salınması müəyyən suallar doğurur:

“Bu addım onu deməyə əsas verir ki, qurum daxilində çaxnaşma və ya qeyri-müəyyənlik var. Tender məsələlərinə gəlincə, ümumilikdə dövlət qurumlarının əksəriyyəti tender maxinasiyası ilə məşğuldur. Bu istiqamətdə zaman-zaman müxtəlif iddialar səsləndirilir. Əgər konkret pozuntu faktları varsa, onlar hüquqi müstəvidə araşdırılmalı və qanun çərçivəsində qiymətini almalıdır. Əks halda, ümumi iddialarla hər hansı nəticəyə gəlmək düzgün olmaz”.

Zaira Akifqızı
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:429
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 17 Fevral 2026 19:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri