Icma.az
close
up
RU
Zaur Əliyevin yeni kitabı Azərbaycan və ingilsi dillərində nəşr edildi

Zaur Əliyevin yeni kitabı Azərbaycan və ingilsi dillərində nəşr edildi

Qaynarinfo saytına istinadən Icma.az xəbər verir.

Siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent, AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun fəxri professoru Əliyev Zaur Bilal oğlunun "Dini-etnik ekstremizm ocağı: Erməni kilsəsi və ermənilik" kitabı Azərbaycan və ingilsi dillərində nəşr edilib. 

Qayanrinfo xəbər verir ki, kitab "Xocalı Soyqırımını Tanıtma" İctimai Birliyinin "Ermənistan dövlətinin terror siyasəti" adlı layihəsi çərçivəsində Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitunun Elmi Şurasının qərarı ilə çap edilib.

Kitab nadir arxiv sənədləri, əlyazmalar, dünya alimlərinin əsərləri və erməni müəlliflərinin etirafları ilə zəngindir. Kitabda istinad edilən mənbələrlə sübut edilir ki, ermənilərin bəşəriyyətə, insanlığa qarşı cinayət hadisəsi törətməsində ən böyük iştirak edənlər ermənilərin "din xadimləri" olublar. Onlar öz məqsədlərini həyata keçirmək üçün insanların allah evi kimi tanıdıqları kilsələrdən, məbədlərdən istifadə ediblər.  

Kitabda qeyd edilən zəngin mənbələr təsdiq edir ki, Erməni kilsəsi bir tərəfdən erməniləri dünyaya məzlum görkəmdə tanıtmağa səy göstərir, digər tərəfdən başqa dövlətlərə qarşı ərazi iddialarının irəli sürülməsinin, türk-müsəlman əhalisinə qarşı qanlı terror aktlarının həyata keçirilməsinin təşəbbüskarı kimi çıxış edir. Erməniçiliyin faşizmi təbliğ edən tezisləri də erməni katolikosları tərəfindən hazırlanır. 

Erməni kilsəsinin Azərbaycana və Türkiyəyə qarşı dini-etnik ekstremizmi təşkil etməsinə, terrorizmə maddi və mənəvi dəstək verməsinə dair saysız-hesabsız faktlar mövcuddur. Erməni katolikoslarının həmişə dini-etnik şovinizmi təbliğ etməsi regionda sülhün və sabitliyin təmin olunmasına maneçilik törətmişdir ki, bu vəziyyət indi də davam edir.

Kitabda ilk xristianların ermənilər olmadığı, onların tarixi yalanları, tezisləri və saxta tarixçiləri ciddi mənbələr ilə ifşa edilir və sübut edilir ki, ermənilərin dünyaya yaydıqları tarixi məlumatlar uydurma və istinadı olmayan tezislərdir. Kitab geniş oxucu kütləsi və erməni tarixini araşdıran tədqiqatçılar üçün nəzərdə tutulub. 

Kitab dünya kitabxanaları və universitetləri, elm mərkəzləri və siyasi xadimlərinə təqdim ediləcək.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:205
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 19 Sentyabr 2025 13:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see307

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see279

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see272

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see260

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see260

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see253

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see251

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see249

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see234

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see228

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see226

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see219

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see219

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see219

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see216

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see214

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see211

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see207

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see192

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri