Icma.az
close
up
RU
Zaur Mikayılov: Hazırda içməli su ilə təminat Azərbaycanda 73 faizə, Bakı şəhəri və Abşeron yarımadasında isə 70 faizə çatdırılıb

Zaur Mikayılov: Hazırda içməli su ilə təminat Azərbaycanda 73 faizə, Bakı şəhəri və Abşeron yarımadasında isə 70 faizə çatdırılıb

Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"2004-cü ildə birinci Dövlət Proqramı qəbul edildiyi dövrdə Azərbaycanda içməli su təminatı, sadəcə, 40 faiz, Bakı şəhəri və Abşeron yarımadasında isə 29 faiz səviyyəsində idi. Hazırda içməli su ilə təminat az öncə göstərdiyim kimi, Azərbaycanda 73 faizə, Bakı şəhəri və Abşeron yarımadasında isə 70 faizə çatdırılıb. Bu proqram çərçivəsində görülmüş işlərdən, təbii ki, əvvəlcə həm "Taxtakörpü", "Ceyranbatan" su anbarları, həm də ultrasüzgəcli sutəmizləyici qurğu - bunlar hamısı həmin proqram çərçivəsində həyata keçirilmiş və bizim su çatışmazlığı vəziyyətindən bugünkü daha yaxşı vəziyyətə gəlməyimizə çox böyük təsiri olub".

Oxu.Az xəbər verir ki, bu sözləri Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üzrə Dövlət Proqramına həsr olunan müşavirədə deyib.

Zaur Mikayılov: "Hazırda içməli su ilə təminat Azərbaycanda 73 faizə, Bakı şəhəri və Abşeron yarımadasında isə 70 faizə çatdırılıb"

"Sizin Sərəncamınızla Azərbaycanın yeni milli su strategiyası qəbul edilib. Bu sənəddə su strategiyası əsas üç istiqamətdə qruplaşdırılıb.

Birincisi, Siz də qeyd etdiniz ki, əhalinin içməli suya tələbatının tam ödənilməsi üçün yeni su mənbələrinin yaradılması, tələbatına uyğun olaraq içməli suyun əhaliyə fasiləsiz çatdırılması və çox vacib olan su təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirlər nəzərdə tutulub.

Digər istiqamət su itkiləri ilə bağlıdır. Sizin də qeyd etdiyiniz çox vacib məsələ su itkilərinin qarşısının alınmasıdır. Buraya magistral kəmərlərin və ötürücü şəbəkələrin itkilərinin, nəzarətdənkənar istifadənin qarşısının alınması və sayğaclaşdırmanın tam başa çatdırılaraq suyun dəqiq uçotunun aparılması daxildir.

Üçüncü istiqamət isə su-kanalizasiya və yağış suyu infrastrukturun inkişafıdır. Bakı şəhəri və Abşeron yarımadasının kanalizasiya şəbəkəsi ilə tam əhatə edilməsi, yağış suyu kollektorlarının, sutoplayıcı şəbəkənin inkişaf etdirilməsi və çox vacib olan Xəzər dənizinin və göllərin ekoloji mühitin yaxşılaşdırılması kimi məsələlər bizim milli su strategiyamızda öz əksini tapıb",- deyə Zaur Mikayılov bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:71
embedMənbə:https://oxu.az
archiveBu xəbər 13 Yanvar 2026 00:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see193

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see191

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see174

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see165

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see162

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see159

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see158

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see155

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see153

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see146

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see145

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see141

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see141

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see136

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see136

İranda etiraz aksiyaları ilə bağlı yeni videolar yayılıb, nümayişçilər bəzi küçələrə nəzarəti ələ keçirib VİDEO

11 Yanvar 2026 11:46see135

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see134

Dünyada ən çox televizor satan şirkətlər

11 Yanvar 2026 03:04see132

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see128

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri