Icma.az
close
up
RU
Zaur Mikayılov rusiyalı həmkarı ilə görüşdü (FOTO)

Zaur Mikayılov rusiyalı həmkarı ilə görüşdü (FOTO)

Icma.az, Qaynarinfo portalına istinadən məlumatı açıqlayır.

COP29 çərçivəsində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov və Rusiya Su Ehtiyatları Agentliyinin sədri Dmitriy Kirillov arasında yüksəksəviyyəli ikitərəfli görüş keçirilib.

Qaynarinfo xəbər verir ki, görüşdə qlobal iqlim dəyişikliklərinin təsirləri, transsərhəd su ehtiyatlarının idarə olunmasında tərəfdaşlığın vacibliyi, həmçinin Xəzər dənizindəki ekoloji problemlərin həlli ilə bağlı əməkdaşlıq məsələləri müzakirə olunub.

Tərəflər regional əməkdaşlığın gücləndirilməsi, innovativ həllərin inkişafı, birgə su ehtiyatlarının davamlı istifadəsini və qorunmasını təmin etmək üçün bilik mübadiləsinin əhəmiyyətini vurğulayıblar.

Qeyd olunub ki, bu görüş hər iki ölkənin davamlı su idarəçiliyini inkişaf etdirmək öhdəliyini bir daha nümayiş etdirir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:67
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 19 Noyabr 2024 17:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri