Zaur müğənniləri pərt etdi
Icma.az xəbər verir, Milli.az saytına əsaslanaraq.
Tanınmış aparıcı Zaur Nəbioğlu təqdim etdiyi "Rəngarəng" verilişində qonaqları pərt edib.
Milli.Az xəbər verir ki, aparıcı əvvəlcə studiyada əyləşən müğənnilər, Yeganə Mürsəlova, Zakir Əliyev, Əbdül Xalid, Eldar Ələkbərova Üzeyir Mehtizadə ilə bağlı sual ünvanlayıb. Zaur Nəbioğlu ilk başda Aşıq Zülfiyyənin Üzeyir Mehtizadəyə sənətkar deməsi ilə razılaşmadığını bildirib və qonaqlara "siz bu barədə nə düşünürsünüz?" - deyib.
Qonaqlar Üzeyir Mehtizadənin sənətkar olduğu ilə razılaşmadıqlarını dilə gətiriblər. Hətta Eldar Ələkbərov qeyd edib ki, Üzeyirin oxuduğu ifalardan heç nə anlamır.
Məşhurların fikrini alan aparıcı sonda belə bir çıxıb edib:
"İndi mən sizə hərfi mənaya görə kimin sənətkar olduğunu deyəcəyəm. Görək kim sənətkardır, kim deyil. Sənətkar düşünən, ideya verib bir şeyi yaradan deməkdir. Özü ilə bərabər kimisə arxasınca gətirən, öyrədəndir. Bu cümləyə əsasən, Üzeyir yeni stil, "Üzeyir yolu" yaradıb, çoxlu davamçıları var, pianinoda ifa edir, Azərbaycanda çoxlarının bilmədiyi səs texnikalarını mükəmməl bilir, bundan dərs də deyər. Adamın studiyası belə var. Bu izaha görə Ü.Mehtizadə sənətkardır".
Z. Nəbioğlu bildirib ki, ona "sənətkar" sözünün əsl mənasının nə olduğunu izah edən cümləni sənətkar dostlarından biri ünvanlayıb.
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:57
Bu xəbər 19 Mart 2025 00:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















