Icma.az
close
up
RU
Zavod çörəyi yenidən bölünərək satıla bilər? EKSPERTLƏRDƏN İSRAFIN QARŞISINI ALACAQ TƏKLİF FOTO

Zavod çörəyi yenidən bölünərək satıla bilər? EKSPERTLƏRDƏN İSRAFIN QARŞISINI ALACAQ TƏKLİF FOTO

Icma.az bildirir, Avtosfer saytına əsaslanaraq.

Çörəyin israfın günümüzün ən əsas mənbələrindən biridir. İnsanlar ehtiyaclarından artıq çörək alır, bir qismini istifadə edir, qalanı isə küflənərək zibilə atılır. Xüsusilə marketlərdə və çörək zavodlarında istehsal müddəti keçmiş məhsulların çox olması bu problemi daha da artırır.

Mən xatırlayıram, Azərbaycan manatı əsrimizin əvvəllərində yenicə tədavülə buraxıldığı illərə qədər ölkədə iri supermarket şəbəkələri yox idi. Həmin dövrdə məhəllə marketləri vətəndaşlara çörəyin yarısını elə yarı qiymətinə satırdı. Məsələn, 30 qəpiyə olan çörəyin yarısını satıcıya kəsdirib 15 qəpik ödəməklə almaq olurdu. Bu halda həm marketin satışı artırdı, həm də vətəndaş ona gərəkən qədər çörək alıb israf da etmiş olmurdu. Evində tək yaşayanlar - yaşlı, kimsəsiz şəxslər, çəkisindən, görünüşündən narazı olanlar adətən evdə çörək yeyənlərin sayına uyğun gələcək şəkildə bu üsulla zavod çörəyini bölərək alırdı. Lakin sueprmarket şəbəkələri yayıldıqdan bu yana ölkədə kütləvi çörək israfı müşahidə olunur.

Mütəxəssislər hesab edir ki, çörəyin istehlaka uyğun miqdarda alınması, ehtiyacdan artıq istehsalın qarşısının alınması və artıq qalan çörəyin ehtiyacı olanlara paylanması israfın qarşısını ala bilər. Zavod çörəklərinin hissələrə bölünüb satılması da bu məsələdə mühüm addımlardan biri ola bilər.

Bəs bu israfın qarşısını real şəraitdə necə almaq mümkündür?

Mövzu ilə bağlı “Qida Təhlükəsizliyi Hərəkatı”nın rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova Avtosfer.az-a açıqlamasında bildirib ki, son illərdə qida israfı qlobal problemə çevrilib və bu məsələnin həlli üçün müxtəlif beynəlxalq tədbirlər, layihələr həyata keçirilir:

“Buna baxmayaraq, 2000-ci illərdən sonra istehsal və istehlak arasındakı balansın pozulması, insanların ehtiyacdan artıq alış-veriş etməsi israfın artmasına səbəb olub. Bu problem qida sektorunun hər sahəsində özünü göstərir və gündəlik istehlak olunan əsas məhsullardan biri olan çörək də israf olunan qidalar sırasında ilk yerlərdən birini tutur.

Xüsusilə çörəyin israfı geniş yayılmış problemlərdən biridir. Bəzi ölkələrdə bu problemin qarşısını almaq üçün son istifadə tarixinə az qalmış çörəklərin ehtiyacı olanlara paylanması və ya marketlərdə pulsuz verilməsi kimi addımlar atılır. Lakin Azərbaycanda bu cür təşəbbüslər çox azdır və hətta yox dərəcəsindədir. Bu səbəbdən, qida israfının qarşısını almaq üçün daha effektiv tədbirlərin görülməsi vacibdir.

İlk növbədə istehsalın bazardakı real tələbat əsasında planlaşdırılması israfın qarşısını alan əsas amillərdən biridir. Əgər istehsal tələbdən artıq olarsa, bu, həm iqtisadi itkilərə, həm də qida tullantılarının artmasına səbəb olur. Buna görə də çörək istehsalçıları bazar tələblərini dəqiq analiz edərək məhsul istehsalını düzgün tənzimləməlidirlər”.

Mütəxəssis maarifləndirmə işlərinin genişləndirilməsinin də vacibliyini vurğulayıb:

“Maarifləndirmə kampaniyaları məktəblərdə, marketlərdə və müxtəlif platformalarda aparılmalı, insanlara qida israfının həm iqtisadi, həm də ekoloji fəsadları izah edilməlidir. İsraf olunan hər məhsul yalnız fərdi büdcəyə deyil, eyni zamanda ölkənin iqtisadiyyatına və təbii ehtiyatlarına ciddi ziyan vurur. Hər il dünyada milyonlarla ton qida tullantıya çevrilir və bu, həm aclıqla mübarizəyə mane olur, həm də ətraf mühitə mənfi təsir göstərir.

İstehlakçılar da alış-veriş zamanı daha diqqətli olmalıdırlar. İnsanlar ehtiyaclarından artıq məhsul almamalı, aldığı məhsulları düzgün şəkildə saxlamalı və istifadə etməlidirlər. Həmçinin çörək və digər qida məhsullarının israfını azaltmaq üçün müxtəlif alternativ üsullardan istifadə etmək mümkündür. Məsələn, artıq qalmış çörəklərdən qızartmalar, suxarı və digər yeməklər hazırlamaq olar. Bununla yanaşı, çörək istehsalı müəssisələri də bu məsələyə diqqət yetirərək, son istifadə tarixinə az qalmış, lakin tam yararlı məhsulları ehtiyacı olanlara bağışlamaq üçün müəyyən layihələr həyata keçirməlidirlər.

Qida istehsalı sahəsində alternativ məhsullardan da istifadə olunmalıdır. Hazırda paxlalı bitkilərdən və digər taxıllardan hazırlanan çörəklər bazarda daha yüksək qiymətə satılır. Bu səbəbdən bəzi insanlar bu məhsulları almağa üstünlük vermirlər və nəticədə onlar israf olunur. Halbuki, bu cür çörəklərə tələb kifayət qədər yüksəkdir və onların daha əlçatan olması üçün istehsal və satış strategiyalarında dəyişikliklər edilməlidir.

Eyni zamanda, artıq qalmış çörəklərin israf olunmasının qarşısını almaq üçün onların müxtəlif yeməklərdə istifadə olunması təşviq edilməlidir. Lakin burada vacib məqam odur ki, yalnız xarab olmamış çörəklərdən istifadə edilməlidir. Əgər istifadəyə yararsız məhsullardan yemək hazırlanarsa, bu, insan sağlamlığına ciddi təhlükə yarada bilər”.

Məhsəti Hüseynova sonda bildirib ki, bütün bu tədbirlər çörək və digər qida məhsullarının daha səmərəli istifadəsinə kömək edəcək və israfın qarşısını almağa töhfə verəcək:

“Bu istiqamətdə həm fərdi, həm də ictimai səviyyədə addımlar atılmalı, dövlət və özəl sektor birgə əməkdaşlıq etməlidir. Yalnız bu halda qida israfını azaltmaq və daha davamlı istehlak modelinə keçmək mümkün olacaq”.

İqtisadçı ekspert Xalid Kərimov fikrincə, marketlərdə alıcı tələbatı olduğu halda çörəyi hissələrə bölüb satmaq mümkündür:

“Bu praktikaya müxtəlif ölkələrdə rast gəlinir və qanunvericilik baxımından da buna icazə verilir. Lakin əsas məsələ ondan ibarətdir ki, satıcılar bölünmüş çörəyin qalan hissəsini başqa bir müştərinin alıb-almayacağına əmin olmurlar. Azərbaycanda bir çox satıcı bu praktikanın geniş yayılmadığını düşündüyü üçün çörəyi yarıya bölüb satmağa maraq göstərmir.

Əgər alıcı çörəyin yarısını almaq istəyirsə, satıcı bunu təmin etməyə borcludur. Qanunvericiliyə əsasən, məhsul istənilən çəkiyə uyğun satıla bilər. Burada satıcıların narahatlığı daha çox bölünmüş çörəyin digər hissəsini sata bilməmək qorxusundan irəli gəlir.

Digər bir məqam da çörəyin qiymətinin getdikcə bahalaşmasıdır. Əhali artıq çörəyə daha qənaətlə yanaşır və israfın qarşısını almağa çalışır. Buna görə də, çörəyin hissələrə bölünərək satılması məsələsi daha aktual hala gəlib. 20-25 il əvvəl bu praktika geniş yayılmamışdısa da, indi iqtisadi vəziyyət və istehlak davranışları dəyişdiyi üçün belə bir tələb yarana bilər”.

Ekspert əlavə olaraq qeyd edib ki, əgər alıcılar çörəyin yarısını almaq istəyirlərsə və bu tələb geniş yayılarsa, satıcılar da bu xidmətə uyğunlaşmaq məcburiyyətində qalacaqlar:

“Satıcıların bu məsələyə müsbət yanaşması və alıcı tələbatına uyğun hərəkət etməsi həm israfın qarşısını almağa, həm də istehlakçı məmnuniyyətini artırmağa kömək edər”.

Sosioloq Lalə Mehralı Avtosfer.az-ın suallarımızı müsahibəsində deyib ki, Azərbaycanda çörək israfı uzun illərdir öz həllini tapmayan problemlərdən biridir:

“Zibil qutularının yanında torbalarda asılmış, küflənmiş və istifadəyə yararsız hala düşmüş çörəkləri tez-tez görmək mümkündür. Bu, həm günahdır, həm də ailə büdcəsinə əlavə yük yaradır. Halbuki bir çox xarici ölkələrdə insanlar ehtiyacları qədər çörək alırlar. Çörək qramla satıldığı üçün həm büdcəyə qənaət edilir, həm də israfın qarşısı alınır.

Lakin Azərbaycanda belə bir imkan mövcud deyil. İnsanlar çörəyin yarısını, üçdə-birini və ya dörddə-birini almaq imkanına sahib olmalıdırlar. Məsələn, qəssabdan 2 kilo ət istəyirsinizsə, bəzən 3 kilo çəkilib verilir və artıq qalanı qaytarmaq çətin olur. Çörək də eyni vəziyyətdədir, insanlar ehtiyacları olan qədər almaq istəsələr də, bütöv çörək almağa məcbur qalırlar.

Bu məsələnin həlli üçün marketlərdə və mağazalarda çörəyin hissələrə bölünərək satılması praktikası tətbiq edilməlidir. Beləliklə, həm israfın qarşısı alınar, həm də alıcılar tələbatlarına uyğun miqdarda çörək ala bilərlər”.

Ekspertlər hesab edir ki, çörəyin bölünərək satılması təkcə alıcıların yox, həm də marketlərin xeyrinədir. Məsələn, market çörəyi istehsalçıdan 55 qəpiyə alan market, onu müştərisinə 65 qəpiyə satarkən qazancı 10 qəpik olursa, eyni məbləğə alınan çörəyin yarısını 35 qəpikdən satdıqdan sonra 15 qəpik qazanc əldə edə bilir. Bu üsulla həm supermarket şəbəkələri belə özlərinin alıcılıq qabiliyyətini artıra bilər, həm də ümumilikdə çörək israfının da qarşısı alınar.

Qeyd: Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması” istiqaməti üzrə hazırlanıb.

Müəllif: Eltac Zülfüqaroğlu

Hadisənin gedişatını izləmək üçün Icma.az-da ən son yeniliklərə baxın.
seeBaxış sayı:49
embedMənbə:https://avtosfer.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Abşeron” və “Milli Aviasiya Akademiyası” turu qələbə ilə bitirib

05 Mart 2025 01:34see163

Finlandiya prezidenti Ukrayna ilə bağlı maraqlı şərt irəli sürdü: ABŞ Rusiya ilə yan yana ola bilməz

05 Mart 2025 11:03see140

Ekoloqlar yanğın yerinə GETDİLƏR

05 Mart 2025 11:03see136

İlon Mask amerikalıların şəxsi məlumatlarını araşdırmaqda ittiham olunur

05 Mart 2025 11:03see133

Çin hərbi büdcəsini kəskin artıracaq

05 Mart 2025 20:40see130

Gəncədə avtomobillər toqquşdu: Yaralı var Fotolar

05 Mart 2025 21:04see128

Dağıstanda silahlı toqquşma: 4 terrorçu öldürüldü YENİLƏNİB

05 Mart 2025 08:40see128

Ərdoğan və İlham Əliyev iftar süfrəsində

05 Mart 2025 21:24see125

Qaraciyər üçün ən faydalı qidalar Kələm, balıq, avokado

05 Mart 2025 07:20see124

Ermənilərin ABŞ dən deportasiyası: “Tramp belə addımlarla öz nüfuzunu…”

04 Mart 2025 22:26see124

ABŞ qanunsuz miqrasiyaya şərait yaradan xarici rəsmilərə qarşı sanksiyalar tətbiq edəcək

06 Mart 2025 00:46see122

Starbucks Rusiya bazarına qayıdır

05 Mart 2025 07:41see122

Lənkəranda yanğın zamanı ata və oğlu xəsarət alıb

06 Mart 2025 03:28see121

ABŞ da güclü külək: 500 mindən ev işıqsız qalıb

05 Mart 2025 21:08see121

Deku rəğbət bəsləyir, Flik isə tam əmin deyil

05 Mart 2025 22:57see121

Avtomobil almaq istəyənlərə ŞAD XƏBƏR 10 12 martdan…

05 Mart 2025 04:30see119

Bakının məşhur restoranlarında iftar süfrəsinin qiymətləri SİYAHI

05 Mart 2025 09:02see119

Dövlət qurumlarına məxsus nəqliyyat vasitələri satışa çıxarılır

05 Mart 2025 09:09see119

Rusiyalı deputat Rusiyaya qarşı sanksiyaları ləğv etməməyi xahiş edir...

06 Mart 2025 00:06see116

Liviya cihad vergisini ləğv edib

06 Mart 2025 03:54see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri