Zavodda partlayış olub, ölən və yaralı var
Moderator.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Yunanıstanın Korinf bölgəsinin Eksamilia şəhərciyində sirkə istehsalı zavodunda baş verən partlayış və ardınca yaranan yanğın nəticəsində bir nəfər ölüb, daha bir nəfər xəsarət alıb.
Moderator.az-ın "Proto Thema" qəzetinə istinadən verdiyi məlumata görə, hadisə yerində beş işçi və bir sürücü olub.
Partlayışdan sonra böyük yanğın baş verib və sənaye müəssisəsinin avadanlıqları məhv olub.
"Müəyyən edilib ki, hadisə nəticəsində 25 yaşlı kişi həlak olub, bir qadın isə xəsarət alıb. O, Korinf şəhər xəstəxanasına çatdırılıb", – məlumatda qeyd olunur.
Yanğınsöndürmə xidmətinin operativ mərkəzi partlayışdan sonra yaranan yanğının söndürülməsi üçün 35 əməkdaş, könüllülər və 11 texnika səfərbər edib. Yanğın artıq tam söndürülüb.
İlkin məlumata görə, partlayış qaynaq işləri aparılan zaman sirkə olan çənlərdən birində baş vermiş ola bilər.
Baxış sayı:145
Bu xəbər 27 İyul 2026 21:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















