Icma.az
close
up
RU
Zaxarova Azərbaycan komandolarının paradda iştirakından danışdı

Zaxarova Azərbaycan komandolarının paradda iştirakından danışdı

Unikal.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycan Silahlı Qüvvələrinin Komando Briqadası Moskvada İkinci Dünya müharibəsinin başa çatmasının 80 illiyinə həsr olunmuş Qələbə paradında möhtəşəm iştirakı ilə hər kəsi sevindirib.

"Unikal" xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova həftəlik brifinqdə deyib. O, Bakıdan olan parad bölməsinin bu günü hər kəslə bölüşmək, özünün möhtəşəm iştirakı ilə onu tamamlamaq və faşizmə qarşı döyüşən veteranların, o cümlədən azərbaycanlıların xatirəsini ehtiramla yad etmək üçün Moskvaya gəldiyini vurğulayıb.

Diplomat qeyd edib: “Biz həqiqətən də şadıq ki, bu gün Azərbaycan vətəndaşları, Rusiyada və dünyanın digər ölkələrində yaşayan azərbaycanlılarla əcdadlarımızın tarixi xatirəsinə və şücaətinə hörmətimizdə həmrəyik”.

İkitərəfli əlaqələrdən danışan RF Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi xatırladıb ki, Bakı ilə qarşılıqlı fəaliyyətin əsasını 2022-ci ilin fevralında imzalanmış Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamə təşkil edir: “Öz tərəfimizdən ikitərəfli münasibətlər üzrə bu əsas sənədin bütün potensialının ardıcıl olaraq aşkara çıxarılmasına, qarşıya çıxan bütün məsələlərin birlikdə, yüksək səviyyədə, qarşılıqlı hörmət əsasında həllinə sadiqik. Hökumətlər və xarici siyasət qurumları arasında bir sıra yüksəksəviyyəli təmaslarımız mövcuddur”.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:210
embedMənbə:https://unikal.az
archiveBu xəbər 15 May 2025 14:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see353

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see330

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see306

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see300

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see296

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see282

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see282

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see277

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see275

40 dərəcə hərarət, dərmanlar təsirsizdir Minlərlə insan yatağa düşdü!

21 Noyabr 2026 22:10see255

Şaurma, yoxsa burger faydalıdır? Diyetoloq açıqladı

22 Noyabr 2026 02:00see255

Livan Prezidenti İranı topa tutdu Suverenliyimizə müdaxilə edir

22 Noyabr 2026 02:22see229

Xalq artisti görünüşü ilə müzakirə yaratdı (Video)

22 Noyabr 2026 13:22see227

“Şərurlu İsfəndiyar” oğluna dəbdəbəli toy məclisi qurdu (FOTO)

22 Noyabr 2026 03:46see223

Biz bu cahana sığmazıq: Aimlər planetin əhalisinin 4 milyarda endirilməsini təklif edirlər

23 Noyabr 2026 01:03see222

Meryem Üzerli Maşa oldu FOTO

22 Noyabr 2026 04:01see221

Ərzaq malları bahalaşıb

22 Noyabr 2026 13:51see216

Bakıda həbsdə olan şəxsin bağ evində silah sursat aşkarlanıb

22 Noyabr 2026 06:49see206

Azərbaycanlı futbolçunun komandası Kiprdə qələbə qazandı

22 Noyabr 2026 00:31see205

İdmançı müharibənin ekoloji fəsadlarına diqqət çəkmək üçün Hörmüz boğazını üzüb keçib

22 Noyabr 2026 04:48see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri