Zaxarova: Bakıda saxlanılan rusiyalıların azad edilməsi normallaşma prosesinə töhfə verə bilər
Icma.az bildirir, Gununsesi saytına əsaslanaraq.
Azərbaycanda həbsdə olan 13 rusiyalının azadlığa buraxılması Moskva ilə Bakı arasında münasibətlərin normallaşmasına mühüm töhfə ola bilər.
Gununsesi.info “TASS” agentliyinə istinadən xəbər verir ki, bunu Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
“Rusiya vətəndaşlarının azad edilməsi Rusiya ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması istiqamətində vacib addımdır”, – deyə Zaxarova brifinqdə qeyd edib.
Onun sözlərinə görə, məsələ 22 avqustda Həştərxanda keçirilən Rusiya–Azərbaycan hökumətlərarası iqtisadi əməkdaşlıq komissiyasının iclasında ətraflı müzakirə olunub və Azərbaycan nümayəndə heyətinə Rusiyanın mövqeyi çatdırılıb.
Zaxarova həmçinin xatırladıb ki, 3, 14 və 23 iyul tarixlərində konsulluq əməkdaşları Bakıda saxlanılan rusiyalıları ziyarət edib.
“Dördüncü görüş üçün müraciət göndərilib, lakin Azərbaycan tərəfi hələlik buna razılıq verməyib”, – deyə o əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:44
Bu xəbər 04 Sentyabr 2025 09:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















