Zе Roberto etiraf edir: “Real Madrid”də fiziki baxımdan zəif idim”
Icma.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Əfsanəvi braziliyalı futbolçu Zе Roberto karyerasının ən çətin dövrlərindən birini xatırlayıb və “Real Madrid”də uğursuzluğunun səbəbini açıqlayıb.
İdman.Biz xəbər verir ki, o, “Real Madrid”də uğursuzluq yaşadığını, səhərə qədər oyun oynayıb, pis qidalanıb və çox az yatdığını deyib.
“Mən tamamilə “Crash Bandicoot”u (kompüter oyunu) keçmək obsesiyasına qapılmışdım. Dünyanın ən böyük klublarından birinə gəldim, amma həm psixoloji, həm də taktiki baxımdan hazırlıqlı deyildim”, - deyə Zе Roberto bildirib.
O hesab edir ki, “Real Madrid”də oyunun intensivliyi fərqli idi:
“Mən həmin tempə ayaq uydura bilmirdim. Bu səbəbdən performansım düşdü və çəki aldım. Bu, karyeramda ən fiziki baxımdan zəif olduğum dövr idi.
Futbolun daha kontaklı bir idman növü olduğunu başa düşəndə, özümə daha çox investisiya qoymağa başladım. Mən anladım ki, bədənim mənim iş alətimdir və ona hər gün qulluq etməliyəm, sanki hər gün baxım tələb edən bir maşındır”.
Baxış sayı:148
Bu xəbər 14 Mart 2026 18:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















