Icma.az
close
up
RU
Zədələnmiş pulu harada dəyişmək olar?

Zədələnmiş pulu harada dəyişmək olar?

Qafqazinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Mal və xidmətlərin dəyərini ödəmək istəyəndə bəzən əsginasın yararsız olması əsas gətirilərək qəbul edilmir. Bu halla tez-tez qarşılaşmaq olur. Ödəniş terminallarında da belə əsginaslarla əməliyyat aparmaq mümkün olmur. 

Maraqlıdır, bəs belə halda vətəndaş hara müraciət etməlidir?

“Qafqazinfo” xəbər verir ki, qanunvericiliyə görə, aşağıdakı əlamətlərdən hər hansı biri olan kağız milli pul nişanı tədavülə yararsız hesab olunur:

- Üzərində istənilən ölçüdə kəsik, çatışmayan hissə, vizual olaraq gözə çarpan yazı və ya ləkə;

- Vizual olaraq gözə çarpan dərəcədə çirklənmiş, rəngini, parlaqlığını və şaxlığını itirmiş;

- Yapışqan lentlə, eləcə də digər yapışdırıcı vasitələrlə birləşdirilmiş.

Milli valyutada olan əsginaslar dəyişdirilməsi üçün banklara və ya Mərkəzi Banka təqdim edilə bilər. Pulların dəyişdirilməsi onların həqiqiliyinin və nominal dəyərinin ödənilməsi yoxlanılmaqla həyata keçirilir.

“Pul nişanlarının tədavülə yararsızlıq əlamətləri, dəyişdirilməsi və ekspertizası Qaydaları”ına görə, milli pul nişanları dəyişdirilməsi üçün banklara və ya Mərkəzi Banka təqdim edilə bilər. Pulların dəyişdirilməsi onların həqiqiliyinin və nominal dəyərinin ödənilməsi yoxlanılmaqla həyata keçirilir. Saxta olmayan, bütöv bir hissədən və ya eyni kağız pul nişanına məxsus ardıcıl hissələrdən ibarət səthinin 60 faizdən az olmayan hissəsini və üzərindəki iki seriya nömrəsindən ən azı birini tam saxlamış kağız pul nişanlarının nominal dəyəri ödənilir. Həmçinin eyni kağız pul nişanına məxsus ardıcıl olmayan hissələrdən ibarət səthinin 60 faizdən az olmayan hissəsini və üzərindəki hər iki seriya nömrəsini tam saxlamış pul nişanının nominal dəyəri də təmin olunur.  

Dəyişdirilmək üçün banka təqdim olunan milli pul nişanının səthini müəyyən etmək mümkün olmadıqda və ya səthinin 60 faizini saxlamış pul nişanının hissələrinin eyni pul nişanına məxsus olmasını müəyyən etmək mümkün olmadıqda təqdim edən şəxsin razılığı ilə pul nişanı bank tərəfindən ekspertiza üçün Mərkəzi Banka təqdim olunur. Ekspertiza nəticəsində müəyyən edilmiş saxta, habelə nominal dəyəri ödənilməyən milli pul nişanları geri qaytarılmır və pulun nominal dəyəri ödənilmir.  Saxta pulu təqdim edən hüquqi və fiziki şəxs barədə məlumatlar qanunvericiliyə müvafiq tədbirlərin görülməsi üçün hüquq-mühafizə orqanlarına göndərilir.

Mərkəzi Bank və operator banklar tərəfindən milli pul nişanlarının dəyişdirilməsi ödənişsiz əsasda aparılır. Bununla belə, qanunvericilikdə bankların pul nişanının dəyişdirilməsi zamanı öz tarif siyasətinə uyğun olaraq bu əməliyyatları ödənişli həyata keçirmələri də istisna edilməyib. 

Xarici valyutada olan pul nişanları isə Mərkəzi Bank tərəfindən dəyişdirilmir. Proses bankların daxili qaydalarına uyğun olaraq, o cümlədən ödənişli həyata keçirilə bilər. Hazırda bir sıra yerli banklar zədələnmiş ABŞ dollarının, avronun, İngiltərə funt sterlinqinin, hətta İsveçrə frankının ödənişli olaraq dəyişdirilməsi, qəbulu və ya əvəzinin ödənilməsi xidməti təklif edir. 

Həmçinin xarici valyutada pul nişanının ekspertizasının banklar tərəfindən daxili qaydalara uyğun olaraq həyata keçirilməsi mümkündür. Bank xarici valyutada pul nişanının həqiqiliyini müəyyən edə bilmədikdə həmin pul nişanını Mərkəzi Banka və ya onu buraxan banka ekspertizaya təqdim edə bilər.  

Ceyhun Həmid

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 25 Avqust 2026 10:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see563

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see221

Face Studionun yaradıcısı: Amerikaya köçməyim deyə valideynlərim salon açıb məni direktor qoydular

08 Oktyabr 2026 02:25see207

Türkiyə və Pakistan ordu yeridir İran “nəzərə alacaq”?

08 Oktyabr 2026 07:01see203

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see196

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see186

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see186

Bu işlə məşğul olan kişilərdə qırtlaq xərçəngi qaçılmazdır

07 Oktyabr 2026 22:25see186

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see181

Qətər sahillərində neft tankerinə hücum Ölən və yaralananlar var

08 Oktyabr 2026 03:55see179

“Real” Holand transferində “Barselona”nı qabaqlayır

07 Oktyabr 2026 23:56see179

Trampdan FTB yə biabırçı ittiham Həyat yoldaşımı və oğlumu...

08 Oktyabr 2026 00:00see174

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see173

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see172

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see171

Kadırova Rusiya Federasiyasının Fəxri Memarı adı verildi

08 Oktyabr 2026 03:25see169

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see169

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see167

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see166

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri