Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

Bunları hər kəs bilməlidir!

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

Rauf Dadaşovun anım günüdür

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Zəfər Günü Azərbaycan xalqının məsuliyyət günüdür

Zəfər Günü Azərbaycan xalqının məsuliyyət günüdür

Icma.az, Modern.az portalına istinadən məlumat verir.

8 Noyabr - Zəfər Günü Azərbaycan xalqının milli yaddaşında təkcə hərbi qələbə və torpaqların azad olunması günü kimi deyil, həm də dövlətçilik iradəsinin, milli birliyin və tarixi ədalətin bərpasının rəmzi kimi əbədi yer tutub. Bu gün 30 ilə yaxın davam edən işğal dövrünə son qoyan, xalqın əzmini, dövlətin gücünü və ordunun peşəkarlığını dünyaya nümayiş etdirən tarixi dönüş nöqtəsidir.

2020-ci ilin 44 günlük Vətən müharibəsində əldə olunan möhtəşəm Zəfər Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin uzaqgörən siyasətinin, xalqın birliyinin və milli həmrəyliyin təntənəsidir. Azərbaycan dövləti 1990-cı illərin əvvəllərində müstəqilliyini yenidən bərpa etsə də, Ermənistanın təcavüzü nəticəsində torpaqlarının 20 faizini itirmişdi. 

Uzun illər beynəlxalq hüququn tələblərinə baxmayaraq, BMT Təhlükəsizlik Şurasının qətnamələri icra olunmadı, beynəlxalq təşkilatların ikili standartlara əsaslanan yanaşmaları ədalətin bərpasını gecikdirdi. Lakin Azərbaycan bu dövrdə nə işğalla barışdı, nə də milli maraqlarından geri çəkildi. Dövlət rəhbərliyinin qətiyyətli siyasəti, iqtisadi və hərbi potensialın sistemli şəkildə gücləndirilməsi, diplomatik fəaliyyətin ardıcıl və məqsədyönlü olması qələbənin strateji əsasını formalaşdırdı.
Prezident cənab İlham Əliyevin “Hər birimiz azadlıq gününü öz işimizlə yaxınlaşdırmalıyıq” fikri illər boyu dövlət siyasətinin ideoloji mahiyyətinə çevrildi. Bu yanaşma hər bir vətəndaşın üzərinə tarixi məsuliyyət qoydu. Məhz bu milli həmrəylik, dövlət və xalq arasında qarşılıqlı inam, Azərbaycanı 2020-ci ildə tarixinin ən parlaq səhifəsinə gətirib çıxardı. 27 sentyabrda başlayan Vətən müharibəsi cəmi 44 gün davam etdi və 8 noyabrda Azərbaycanın ərazi bütövlüyü bərpa olundu. Şanlı Ordumuzun qəhrəmanlığı, Müzəffər Ali Baş Komandanın dəmir iradəsi, xalqın sarsılmaz dəstəyi bu zəfərin üç dayağını təşkil etdi. 
8 Noyabr - Zəfər Günü Azərbaycanın regional və qlobal mövqeyini də köklü şəkildə dəyişdi. Bu qələbə nəticəsində Cənubi Qafqazda yeni siyasi reallıq formalaşdı. Artıq regionda geosiyasi balansın əsas təməlini Azərbaycan müəyyən edir. Qələbə həm də beynəlxalq münasibətlər sistemində milli gücə əsaslanan siyasətin səmərəliliyini sübut etdi. Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərini bərpa etməklə yanaşı, beynəlxalq ədalətsizliyə qarşı mübarizədə nümunəvi dövlət obrazı formalaşdırdı.

Zəfərdən sonra həyata keçirilən bərpa və quruculuq prosesləri bu qələbənin davamlı inkişaf mərhələsinə çevrildiyini göstərir. İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən “Böyük Qayıdış” proqramı təkcə infrastrukturun bərpasını deyil, həm də sosial, mədəni və mənəvi həyatın yenidən dirçəlişini təmin edir. Ağıllı şəhər və kənd konsepsiyaları, yaşıl enerji zonalarının yaradılması, yeni yollar, hava limanları, elektrik stansiyaları və sosial obyektlər - bütün bunlar Zəfərin praktiki nəticələrinin göstəricisidir. Qarabağ və Şərqi Zəngəzur bu gün müasir Azərbaycan modelinin avanqardına çevrilir. Zəfərin ən böyük mənəvi dəyəri isə şəhidlərimizin qəhrəmanlığı və xalqın birliyidir.

Vətən uğrunda canını fəda edən igid oğul və qızlarımız Azərbaycanın əbədi şərəf salnaməsində ən uca yeri tuturlar. Onların qəhrəmanlığı dövlətin və xalqın ruhunda əbədi yaşayır. Bu gün azad edilən torpaqlarda yenidən səslənən azan səsi, dalğalanan üçrəngli bayraq, inşa olunan yeni məktəblər, açılan mədəniyyət mərkəzləri bu qurbanların müqəddəsliyini və Zəfərin əzəmətini xatırladır. Azərbaycanın müasir dövlət quruculuğunda Zəfər Günü həm də milli ideologiyanın əsas dayaqlarından birinə çevrilib. 
Bu tarix hər bir vətəndaş üçün məsuliyyət, qürur və ilham mənbəyidir. Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə postmüharibə mərhələsində həyata keçirilən siyasət ölkənin dayanıqlı inkişafını, sülh və təhlükəsizlik arxitekturasının qurulmasını, eləcə də beynəlxalq nüfuzunun artmasını təmin edir. Azərbaycan bu gün regionda sülhün təşəbbüskarı, sabitliyin və əməkdaşlığın aparıcı qüvvəsidir. Zəfər Günü həm də gələcək nəsillər üçün dərsdir: milli birliyin, dövlətə inamın və müstəqillik iradəsinin gücü qarşısında heç bir təcavüz dayana bilməz. Azərbaycan xalqı bu tarixi qələbə ilə sübut etdi ki, milli mənəviyyata, ədalətə və dövlətə sədaqət əsasında qurulan cəmiyyət ən mürəkkəb sınaqlardan qalib çıxmaq gücünə malikdir.


Bu gün 8 Noyabr - Zəfər Günü bütün Azərbaycan xalqı üçün həm qürur, həm də məsuliyyət günüdür. Qələbə yalnız 2020-ci ilin hərbi-siyasi reallığı ilə məhdudlaşmır, o, gələcəyə inamın, dövlət müstəqilliyinin möhkəmliyinin və milli birliyin təntənəsidir. Zəfər Azərbaycan xalqının tarixi iradəsinin, Prezident  cənab İlham Əliyevin müdrik və qətiyyətli liderliyinin nəticəsidir. Hər bir vətəndaş bu Zəfərin qorunması, ölkənin güclənməsi və gələcək nəsillərə sabit, azad və firavan Vətən mirası buraxılması üçün öz məsuliyyətini dərk etməlidir.
Zəfərin ideoloji və mənəvi mahiyyəti bu gün də hər bir azərbaycanlının həyatında yaşayır. Çünki bu qələbə təkcə bir dövrün hadisəsi deyil, müstəqil dövlətçilik tariximizin daimi dayağı, milli kimliyimizin ayrılmaz parçasıdır. 8 Noyabr xalqımızın əzmini, dövlətimizin qüdrətini və müstəqilliyimizin əbədiliyini simvolizə edən əziz gündür.

Tahir Mirkişili 
Milli Məclisin deputatı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:188
embedMənbə:https://modern.az
archiveBu xəbər 07 Noyabr 2025 17:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see700

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see406

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see275

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see271

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see261

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see257

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see254

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see239

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see237

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see224

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see220

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see217

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see216

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see216

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see215

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see211

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see201

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see195

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see193

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri