Zəfər Günü bölgələrdə böyük coşqu ilə qeyd olunur FOTO
Icma.az, Azertag portalına istinadən məlumat yayır.
Bakı, 8 noyabr, AZƏRTAC
8 Noyabr – Zəfər Gününün 5 illiyi təkcə Bakıda deyil, ölkənin bütün bölgələrində böyük coşqu və qürur hissi ilə qeyd olunur. Bu gün Azərbaycan xalqının 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbənin, Şuşanın azad edilməsinin və 30 illik işğala son qoyulmasının rəmzidir.
AZƏRTAC xəbər verir ki, bölgələrdə Zəfər Günü bayramı xüsusi təntənə ilə qarşılanıb. Hər bir şəhər və kənddə insanlar küçələrə çıxır, üçrəngli Azərbaycan bayraqları dalğalanır. Şəhidlərin xatirəsinə həsr olunmuş tədbirlər, abidələrin ziyarəti, mədəni-kütləvi tədbirlər, konsertlər və möhtəşəm yürüşlər keçirilir. Bu həmrəylik xalqın sarsılmaz birliyini və Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qazanılan Zəfərə olan sonsuz inamı nümayiş etdirir.
Zəfər Günü Azərbaycanın gücünün, ordumuzun şücaətinin və xalq-lider birliyinin təntənəsidir. Bu bayram hər bir azərbaycanlının qəlbində yaşayan Vətən sevgisini və gələcəyə olan böyük ümidi daha da gücləndirir. Bu, qalib xalqın öz tarixini və qəhrəmanlarını əbədiləşdirməsinin ən parlaq nümunəsidir.
Baxış sayı:67
Bu xəbər 08 Noyabr 2025 16:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















