Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Zəfər liderliyindən sülhün liderliyinə İlham Əliyev fenomeni

Zəfər liderliyindən sülhün liderliyinə İlham Əliyev fenomeni

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Yaxud hər liderə müyəssər olmayan bacarıq barədə bir neçə söz

Hərb meydanındakı qələbəni qorumaq heç də hər liderə müyəssər olmur. Çünki qələbə assosiasiyasını təkcə güc amilində tapan məfhum deyil. Onun təsdiqləməsi şərtdir. Hətta ədalətli şəkildə üstünlük əldə etsən də, həmin üstünlüyün xarici aləm tərəfindən qəbuluna ehtiyac duyulur. Nəzərə alaq ki, üstünlük mütləq qələbəyə çevrilməyincə məqsədyönlü nəticələr vermir.

Tam əminliklə deyə bilərik ki, Prezident İlham Əliyev döyüş meydanındakı qələbəni qorumağı bacarıb. Nəinki bacarıb, eyni zamanda qələbənin diplomatik təntənəsinə nail olub. Bu il avqustun 8-də Vaşinqtonda məhz həmin təntənə anı yaşandı. Ancaq bunadək keçilmiş yol var. O yol ki, heç də asan başa gəlməyib.

Məlumdur ki, İlham Əliyev 2003-cü ildə Prezident səlahiyyətlərinin icrasına başlayanda Azərbaycan dövlətinin prioritetinin düşmən tapdağındakı torpaqlarımızın işğaldan qurtulması olduğunu vurğulamışdı. Necə deyərlər, hər şey cəbhə üçün, hər şey qələbə üçün.

Prezidentin qələbə amalının həm diplomatik təzahürlərini gördük, həm də daxili mənəvi semantikasını. Dövlətimizin başçısı daxildə böyük ruh yüksəkliyi formalaşdırdı, Qarabağ davasını məfkurə halına gətirdi. Xaricdə isə ölkəmizin ədalətli mövqeyinin təbliğatını genişləndirdi. Ayrı- ayrı beynəlxalq təşkilatlar Ermənistanın işğalını pisləyən bəyanat və qətnamələr çıxardılar. Bu cəhət danışıqların nəticəsizliyi şəraitində atılacaq sərt addımlar üçün bir növ, zəmin formalaşdırdı. Nəhayət, haqq davamız başlandı.

44 günlük Vətən müharibəsinin ilk günləri hər kəsin yaxşı xatirindədir. Həmin vaxt elə təəssürat yaranmışdı ki, sanki Azərbaycan işğalçıdır, ölkəmizin mübarizəsi ədalətsizdir. Dünyanın ayrı-ayrı media orqanlarının, siyasi dairələrinin anti- Azərbaycan yönümlü təqdimatlarından bu qənaət də hasil olurdu ki, Ermənistan təcavüzlə üzləşən tərəfdir.

Həmin dönəmdə Prezident İlham Əliyev dünyanın media orqanlarına verdiyi otuzdan çox müsahibə ilə əsl həqiqətləri yüksək səslə, arqumentləşdirilmiş şəkildə bəyan etdi. Bu müsahibələr cəbhə bölgəsindəki ard-arda gələn uğurlarımızı beynəlxalq ictimai rəydə leqallaşdırdı, gələcək uğurlar üçün davam perspektivi formalaşdırdı. Ən başlıcası, Prezidentin səsləndirdiyi fikirlər ilə qələbə yaşantılarımız dünyada rəğbət yaratdı. Ədalətə rəğbət ənənəvi mənfi stereotipləri də sıradan çıxardı. Dövlətimizin başçısının qətiyyətli açıqlamaları, prinsipial mövqeyi, Müzəffər lider xarakteri ilə dünya 44 gün ərzində, böyük ölçüdə yanaşsaq, riyakarlıqdan uzaq durdu. Əlbəttə, buna məcbur da qaldı.

Bir haşiyəyə də çıxaq ki, Zəfəri bəxş edən güc nə qədər ədalət naminə tətbiq edilsə də onun tətbiqi güc sahibinə münasibətdə istər-istəməz, antipatiya doğurur. Prezident İlham Əliyevin sayəsində 44 günlük Vətən müharibəsindəki Zəfərimiz bu kimi mənfi təmayüldən xilas oldu. Lakin Zəfərdən sonrakı zaman kəsiyi təlatümlərsiz ötüşmədi. Qarabağdakı separatizmi, erməni avantürizmini qorumaq istəyən qüvvələrin qələbəmizi heçə endirmək cəhdlərini gördük. Onlar fəaliyyətləri ilə hərb meydanındakı üstünlüyümüzü minimallaşdırmağa çalışdılar və yenə əvvəlki havaları çalmaq yolu tutdular. Əvvəlki havalar isə bu idi: hərb yolu ilə olmaz, kompromislər vacibdir və sair. Yəni dolayısı ilə bizdən haqqımızın müdafiəsindən geri durmağımızı istədilər.

Bəli, 44 günlük müharibədən sonra bəzi beynəlxalq dairələr var gücləri ilə çalışdılar ki, Qarabağdakı erməni varlığı özünün beynəlxalq təminat obrazını qazansın. Belələri daralmış çəmbərin daha da daralmaması üçün hər şeyi etdilər. Hər şeyi etdilər ki, Azərbaycan özünün konstitusion quruluşunu bərpa etməsin. Ancaq unutdular…

Prezident İlham Əliyevin şəxsində Azərbaycan dövləti özünün dəmir yumruğunu masaya bir daha vurdu. Bu qətiyyətin əks-sədası özünü Qarabağdakı separatçıların başına yağan mərmilərdə göstərdi. 2023-cü ilin sentyabrında Silahlı Qüvvələrimizin həyata keçirdiyi lokal xarakterli uğurlu antiterror tədbirləri göstərdi ki, səbrimizin diplomatik təzahürü kimi, masadakı hədsizliyə cavabımızın güc trayektoriyası da aktualdır. Yəni güc diplomatiya naminə tətbiq zərurətini yenidən ortaya qoydu.

Prezident İlham Əliyev son dövrlərdəki müsahibələrində Azərbaycanla Ermənistan arasındakı real sülh danışıqlarının 2024-cü ilin ilk aylarından başladığını bildirib. Bir il davam etmiş bu mərhələdə də erməni avantürizmini qorumaq cəhdləri az olmadı. Rəsmi İrəvan və xaricdəki havadarları çox çalışdılar ki, sülh müqaviləsi mətni üzrə manipulyasiyalar etsinlər. Bu kimi cəhdlər haqqında söz açdığımız avantürizm üçün əl yeri qoymaq məqsədi daşıdı. Lakin bədxahların ümidləri yenə puça çıxdı. Hərbi meydanda əldə edilmiş qələbəni sülh prosesində də qələbəyə çevirən Prezident İlham Əliyevin uzaqgörən uğurlu xarici siyasəti belə meyilləri sıradan çıxardı.

Bir neçə istiqamətdə fəaliyyət göstərən dövlətimizin başçısı, ilk növbədə, xarici siyasət kursunu şaxələndirdi. Daha doğrusu, əslində, geniş diapazona malik xarici siyasət kursuna yeni çalarlar gətirdi. Ölkəmizin liderinin apreldə Çinə səfəri, səfər zamanı “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat”ın imzalanması, həmçinin İran Prezidenti Məsud Pezeşkianın ölkəmizə gəlişi, daha sonra onun Xankəndidə keçirilmiş İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Dövlət Başçılarının 17-ci sammitində iştirakı ilə Bakı-Tehran əlaqələrinin yeni fazasının müəyyənləşməsi, habelə, Türkiyə və Özbəkistanla müttəfiqlik münasibətlərinin dərinləşdirilməsi, Mərkəzi Asiya ölkələri ilə təmasların gücləndirilməsi, Azərbaycan– Avropa İttifaqı əlaqələrinin yaxşılaşdırılması ilin əvvəlindən götürülmüş beynəlxalq siyasi xəttin çoxgedişli mahiyyətini bir daha ortaya qoydu.

Deməli, Prezident İlham Əliyevin çoxgedişli xarici siyasətin əməkdaşlıq kazusu dərinləşdi. Dövlətimizin başçısı güc amilindən səmərəli istifadə bacarığını ortaya qoydu. Azərbaycan lideri fəaliyyəti ilə sübut etdi ki, mütləq səmərə sülhdən asılıdır. Sülh isə ədalətli olmalıdır. Azərbaycan Cənubi Qafqazda ədalətli sülhün təbliğatçısı kimi öz ədalətinin təkcə gücdən asılı olan reallığa söykənmədiyini göstərdi. Həm bunu göstərdi, həm də sülhün bütövlükdə regiona fayda parametrlərini müəyyənləşdirdi və tam aydın şəkildə baxışlarını beynəlxalq ictimaiyyətə çatdırdı. Nəticədə Cənubi Qafqazdakı qlobal maraqlar naminə erməni avantürizmini tutacaq yer sayanların mövqeləri xeyli zəiflədi. Nəhayət, bütün dünya Prezident İlham Əliyevin haqqında söz açdığımız Vaşinqton zəfərini gördü.

Sonda ümumiləşdirmə apararaq, deyə bilərik ki, Prezident İlham Əliyevin Vaşinqtona işgüzar səfəri, səfər gedişində Cənubi Qafqazda barış mühiti məntiqini ifadə edən və ABŞ Prezidenti Donald Trampın rəsmi şahidliyi ilə imzalanmış “Azərbaycan Respublikasının Prezidenti və Ermənistan Respublikasının Baş nazirinin Amerika Birləşmiş Ştatlarının Vaşinqton şəhərində keçirilmiş görüşünün nəticələrinə dair Birgə Bəyannamə” Zəfər lideri olan dövlətimizin başçısının, eyni zamanda bölgəyə sülh gətirmiş lider obrazını canlandırdı. Bu, son dərəcə böyük status və müstəsna bacarıqdır. Ona görə əvvəldə vurğuladıq ki, hərb meydanındakı qələbəni qorumaq heç də hər liderə müyəssər olmur.

Ə.CAHANGİROĞLU
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:254
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 31 Avqust 2025 08:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see311

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see300

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see272

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see253

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see251

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see245

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see241

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see237

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see221

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see217

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see215

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see213

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see213

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see211

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see207

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see205

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see204

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see195

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see180

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri