Icma.az
close
up
RU
Zəfər müjdəli haqq savaşı milli birlik və qürur rəmzi

Zəfər müjdəli haqq savaşı milli birlik və qürur rəmzi

Ses qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

27 sentyabr Azərbaycan tarixində unudulmaz günlərdən biridir. Bu tarix Azərbaycan xalqının qəlbində həm hüzn, həm də qürur günü kimi yaşayır. Bu gün biz şəhidlərimizi ehtiramla yad edir, Vətən uğrunda canından keçmiş qəhrəmanlarımızın müqəddəs ruhu qarşısında baş əyirik.

Hər bir xalqın tarixində elə anlar olur ki, onlar nəinki bir günün, hətta bütün gələcək nəsillərin yolunu işıqlandırır. Xalqın gücü, mübarizə ruhu həmin anlarda özünü bütün əzəməti ilə büruzə verir. 2020-ci ilin 27 sentyabr tarixi məhz belə bir gün idi – Azərbaycan Ordusu otuz ilə yaxın davam edən işğala son qoymaq, xalqın ədalətli səsini dünyaya çatdırmaq üçün haqq savaşına başladı. Həmin gün Ermənistanın törətdiyi təxribatlara cavab olaraq, Müzəffər Ali Baş Komandanın əmri ilə başlanan və 44 gün davam edən Vətən müharibəsi bir çox tarixi həqiqətləri ortaya çıxardı: Ermənistanın işğalçılıq siyasəti iflasa uğradı, Azərbaycan xalqının iradəsi və dövlətimizin gücü bütün dünyaya nümayiş etdirildi. O ərəfədə bütün Azərbaycan bir yumruq kimi Cənab Prezident İlham Əliyevin ətrafında yumruq kimi birləşdi. Ön cəbhədə döyüşən əsgərlərimiz, arxa cəbhədə onların yanında olan xalqımız tarixə yazılacaq böyük bir qələbənin təməlini atdı. Prezident İlham Əliyevin 2020-ci il dekabrın 2-də imzaladığı "Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında" sərəncamla əbədiləşdirdiyi bu gün yalnız ölkəmizdə deyil, respublikamızdan kənarda yaşayan azərbaycanlılar tərəfindən də ehtiramla qeyd olunur.

Rəsmi İrəvanın işğalçı siyasəti və saxtakarlığı müharibəni qaçılmaz etdi. Uzun illər Ermənistan beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq Azərbaycan torpaqlarını işğal altında saxladı. “Sülh danışıqları” adı altında illərlə vaxt udan rəsmi İrəvan əslində işğalı möhkəmləndirmək, yeni təxribatlara zəmin hazırlamaq məqsədi güdürdü. Bu saxtakar siyasət nəticəsində danışıqlar heç bir nəticə vermədi. Azərbaycan xalqının səbri tükəndi və 2020-ci ilin 27 sentyabrında Ermənistanın genişmiqyaslı hərbi hücumlarına cavab olaraq müharibə qaçılmaz oldu.

Erməni siyasi düşüncəsinin əsasında hər zaman ifrat millətçilik dayanmışdır.

Daşnaksutyun partiyası hələ XIX əsrin sonlarından bölgədə terror və etnik təmizləmə siyasətini həyata keçirmişdi. Bu ideologiya Ermənistan dövlət siyasətinin mahiyyətinə çevrildi. 1990-cı illərdə Azərbaycan kəndlərinin işğalı, dinc əhalinin məcburi köçkünə çevrilməsi və Xocalı soyqırımı məhz bu xəstə millətçi ideologiyanın nəticəsi idi.

Ermənistan rəhbərləri tarix boyu əsassız ərazi iddiaları ilə çıxış ediblər. Rəsmi İrəvanın “dənizdən dənizə Ermənistan” kimi sərsəm ideyaları təkcə Azərbaycanı deyil, bütün region dövlətlərini hədəfə almışdı. Reallıqdan uzaq olan bu xülyalar Ermənistanı təcridə sürüklədi və qonşu xalqlarla münasibətləri düşmənçilik üzərində qurdu. Azərbaycan torpaqlarına qarşı iddialar da məhz bu sərsəm ideyanın nəticəsi idi.

Ermənistan təkbaşına bu qədər böyük işğal siyasətini həyata keçirə bilməzdi. Onun arxasında dayanan xarici havadarlar hərbi, siyasi və maliyyə dəstəyi ilə işğalı mümkün etdilər. Nəticədə Azərbaycanın 20%-i, o cümlədən Qarabağ və ətraf rayonlar işğal olundu, bir milyondan çox soydaşımız doğma yurdlarından didərgin düşdü. Bu, beynəlxalq hüququn açıq-aşkar pozulması idi.

Təəssüf ki, uzun illər beynəlxalq təşkilatlar işğal faktını tanısalar da, real addımlar atmadılar. BMT Təhlükəsizlik Şurasının qətnamələri kağız üzərində qaldı. Bu, “ikili standartlar” siyasətinin bariz nümunəsi idi. Əgər bu sənədlər vaxtında icra olunsaydı, müharibəyə ehtiyac qalmazdı. Ancaq Azərbaycan xalqı haqq səsini özü ucaltdı və beynəlxalq ədaləti döyüş meydanında bərpa etdi.

Damarlarında azərbaycanlı qanı axan hər bir vətəndaşımızın zəfər sevinci şəhidlərimizin qanı, qazilərimizin fədakarlığı sayəsində yaşandı. Hər bir şəhidimiz Azərbaycan torpağının azadlığı üçün canını fəda edərək ölümsüzlüyə qovuşdu. Onlar daim yaddaşlarda, ürəklərdə yaşayacaq. Onların hər biri bir dastan qəhrəmanı, xalqın şərəf simvoludur. Bəziləri ömürlərinin ən gözəl çağında, bəziləri isə valideyn, ailə başçısı olduqları halda torpaq uğrunda döyüşə atıldılar. Onların hər addımı gələcək nəsillərə örnək olacaq.

Zəfərə aparan yol həm də milli birlik yolu idi. Ordumuz müasir silahlarla təchiz olunmuşdu, lakin ən böyük silah xalqın əzmi və inamı idi. Gənclər könüllü olaraq cəbhəyə yollandılar, qadınlar və analar isə səngərdəki oğullarına duaları ilə dayaq oldular. Bu yol həm də ədalətin bərpası idi. Uzun illər işğal altında olan torpaqlarımız, dağıdılmış şəhərlərimiz və kəndlərimiz azadlığa qovuşdu. Şuşa kimi mədəniyyət beşiyimizin geri qaytarılması isə tariximizin ən şanlı səhifəsi oldu. 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi və xalqımızın qüruru yenidən ucaldı. Zəfər tarixi Azərbaycan əsgərinin fədakarlığı, xalqımızın birliyi və dövlətimizin gücü ilə yazıldı.

Bu gün Azərbaycan xalqı Anım Gününü öz suverenliyini təmin etmiş bir ölkə olaraq qeyd edir. İnanıram ki, illər, əsrlər bundan sonra da xalqımız öz ərazi bütövlüyü və suverenliyini əzmlə qoruyacaq, öz həyatı bahasına ona azad, ləyaqətli həyat bəxş edən şəhidlərimizin xatirəsini hər zaman minnətdarlıq hissi ilə yad edəcək.

Zəfərə aparan yol bu gün də davam edir. Qarabağda və Şərqi Zəngəzurda aparılan quruculuq işləri, köçkünlərin yurdlarına qayıdışı bizim gələcək ümidlərimizi daha da möhkəmləndirir. Bu, həm də şəhidlərimizin arzularının gerçəkləşməsidir. 27 sentyabr Anım Günü həm də gələcək nəsillərə bir dərsdir: haqq, ədalət və birlik hər zaman qalib gəlir.

Günay Məmmədli

YAP Yasamal rayonu “Moskva pr.67” (ADSEA) ünvanı üzrə ərazi partiya təşkilatının sədri

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 26 Sentyabr 2025 10:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri