Icma.az
close
up
RU
Zəfər siyasətinin möhtəşəm təntənəsi

Zəfər siyasətinin möhtəşəm təntənəsi

Yeniazerbaycan portalından alınan məlumata görə, Icma.az xəbər verir.

28 noyabr 2025-ci il Azərbaycan üçün həm Qarabağ Zəfərinin, həm də milli təhsil strategiyasının mühüm simvolu olaraq tarixə düşür. Belə ki, bu gün Qarabağ Universitetinin yaradılmasının iki ili tamam olur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən imzalanmış tarixi Sərəncamla əsası qoyulan Qarabağ Universiteti təkcə yeni dövrün müasir ali təhsil müəssisəsi kimi yox, həm də azad olunmuş Qarabağ torpaqlarında dövlətçilik ideyasının, qayıdışın və strateji inkişaf kursunun rəmzi kimi formalaşıb. Bu yubiley Qarabağ Zəfərindən sonra qurulan yeni geosiyasi reallıqların və dövlətin Böyük Qayıdış siyasətinin sarsılmazlığının möhtəşəm təntənəsidir. Qarabağ Universiteti - Azərbaycanın qüdrətinin elm müstəvisindəki dəmir yumruğudur. Cəmi iki il ərzində Qarabağ Universitetinin timsalında Azərbaycanın güclü siyasi iradəsi, Qarabağın bərpasında təhsilin prioritet mövqeyi və gələcəyə yönəlmiş inkişaf modeli öz praktiki təsdiqini tapıb. Dövlətimizin qarşıya qoyduğu məqsəd aydındır: Qarabağ yalnız bərpa olunmur, o, yüksək keyfiyyətli təhsil, elm, innovasiya və insan kapitalı mərkəzinə çevrilir. Universitetin qısa müddətdə əldə etdiyi nəticələr bu strategiyanın reallığa çevrildiyini göstərir. İnfrastrukturun müasir tələblərə uyğun şəkildə qurulması, beynəlxalq proqramlar və tərəfdaşlıqların formalaşdırılması, yeni fakültələrin yaradılması, akademik heyətin seçimi və tələbə qəbulunun təşkil edilməsi Qarabağda təhsilin sıfırdan yenidən qurulmasının bariz nümunəsidir. Bu gün Qarabağ Universitetində yüzlərlə tələbə təhsil alır, elmi araşdırmalar aparılır və region üçün yeni düşüncə tərzi formalaşdırılır. Qarabağ Universitetinin fəaliyyətə başlaması həm də 30 ildən çox davam edən həsrətin bitdiyini, doğma torpaqlara qayıdışın təkcə fiziki deyil, həm də intellektual və mədəni aspektdə möhkəmləndiyini göstərir. Universitetin hər addımında dövlətimizin milli maraqları, Prezident İlham Əliyevin Qarabağın inkişafı ilə bağlı müəyyən etdiyi strateji xətt və bu xəttin əsas dayağı olan təhsil siyasəti öz əksini tapır.

Dəmir iradənin məntiqi nəticəsi

Qarabağ Universitetinin Xankəndidə fəaliyyətə başlaması 44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabr ayında həyata keçirilən birgünlük lokal antiterror tədbirləri nəticəsində Azərbaycanın suverenliyi və ərazi bütövlüyü tam təmin edildikdən sonra atılan ən strateji addımlardan biridir. Bu, işğalçı qüvvələrin illərlə dağıtdığı torpaqlara Azərbaycanın əbədi qayıdışının rəmzi və hüquqi təsdiqidir.

Universitetin Xankəndidə yerləşməsi, bu şəhərin Azərbaycanın ayrılmaz hissəsi olduğunu və bölgəyə tam nəzarətin güclü mənbəyini beynəlxalq ictimaiyyətə bir daha nümayiş etdirir. Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə həyata keçirilən bu layihə hərbi zəfərin ardınca gələn siyasi və iqtisadi inkişaf strategiyasının təhsil dayağını təmin edir.

Gələcəyin kadr potensialının siyasi təminatı

Qarabağ Universitetinin fəaliyyəti regionun təhlükəsizliyi və iqtisadi müstəqilliyi üçün birbaşa əhəmiyyət kəsb edir. Universitetin iki illik fəaliyyəti dövründə atılan bütün addımlar ölkə rəhbərliyinin gəncləşən, güclənən və elmə əsaslanan Azərbaycan vizyonunun göstəricisidir. Qarabağda yetişən hər bir mütəxəssis, Azərbaycan dövlətçiliyinə sadiq, milli ideologiyanı daşıyan kadr olaraq bölgənin gələcək idarəetməsində iştirak edəcək. Universitetin yaratdığı intellektual mühit, gələcək nəsillərin regionun iqtisadi ehtiyaclarına cavab verən ixtisaslarda (kiber-təhlükəsizlik, innovativ mühəndislik, dayanıqlı enerji) yetişməsinə zəmanət verir.

Qarabağ Universitetinin rektoru Şahin Bayramovun da ifadə etdiyi kimi Qarabağ Universitetində tələbələrə təkcə elm öyrədilmir, həm də Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə əldə edilmiş Zəfərin ruhu və vətənpərvərlik hissləri aşılanır. Çünki bu universitet Azərbaycanın işğaldan azad edilmiş torpaqlarda həyata keçirdiyi quruculuq siyasətinin əsas ideoloji və kadr bazasıdır.

Sülh və inkişafın təminatçısı

Qarabağ Universitetinin uğurlu inkişaf yolu Azərbaycanın öz ərazilərindəki bütün proseslərə nəzarət etdiyini, hər hansı bir xarici müdaxiləyə və ya təzyiqə boyun əyməyəcəyini göstərən dönməzliyin manifestidir. Bu təhsil ocağı, regionda sülhün və inkişafın təminatçısı kimi çıxış edən Azərbaycan dövlətinin strateji mövqeyini daha da gücləndirir.

İki il ərzində görülən işlər Qarabağın gələcəyinə qoyulan sərmayənin yalnız başlanğıcıdır. Qarabağ Universiteti qarşıdakı illərdə də elm və təhsilin inkişafı, innovativ layihələrin təşviqi, qlobal akademik mühitə inteqrasiya və bölgənin intellektual mərkəzə çevrilməsi istiqamətində fəaliyyətini ardıcıl olaraq davam etdirəcək.

Bu gün Qarabağ Universiteti həm tarixi Zəfərin, həm də Qarabağın dirçəlişinin real simvollarından biridir. Bu ali təhsil ocağının iki illik fəaliyyəti sübut edir ki, Azərbaycan dövləti Qarabağın yenidən qurulmasını yalnız bərpa layihəsi kimi deyil, gələcək nəsillərin formalaşdırıldığı strateji milli missiya kimi həyata keçirir. Bu Universitetin hər bir tələbəsi və məzunu tarixi missiyanın iştirakçısı və Azərbaycanın siyasi qüdrətinin bir parçası olacaqdır!

Günel Abbas,

Qarabağ Universitetinin əməkdaşı

Xankəndi şəhəri

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:178
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 28 Noyabr 2025 09:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail Rəfaha zərbə endirdi: Əbu Ubeyd öldürüldü

16 Sentyabr 2026 01:44see267

Baş nazir qərar imzaladı Onlar da Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

16 Sentyabr 2026 16:28see267

A Seriyası klubu 4 oyuna 1 xal toplayan baş məşqçi ilə yollarını ayırır

16 Sentyabr 2026 00:15see248

Bryus Uillisin ailəsi vidalaşmağa hazırlaşır Beyni alimlərə veriləcək

15 Sentyabr 2026 21:41see243

Hikmət Hacıyev: Azərbaycan və BƏƏ beynəlxalq münasibətlərdə konstruktiv rol oynayır

16 Sentyabr 2026 00:55see235

FİDE Şahmat Olimpiadasında komandaların xərclərini qarşılayacaq

16 Sentyabr 2026 21:55see232

Beniz in işi ilə bağlı kuryoz məqam: Zərərçəkən də tiktokerin bəraətini istədi FOTO

15 Sentyabr 2026 21:59see231

Daşkənd şəhərində “TASANNO” Beynəlxalq Milli Mətbəx və Mədəniyyət Festivalı keçirilib

15 Sentyabr 2026 21:01see228

“Real Madrid” səfərdə “Elçe”ni məğlub edib

16 Sentyabr 2026 02:07see225

La Liqa: Barselona 9 qollu matçdan qalib ayrıldı

17 Sentyabr 2026 02:10see209

Robotların robot hazırladığı ilk zavod fəaliyyətə başladı

17 Sentyabr 2026 03:02see207

Alina Boz körpəsinin cinsiyyətini açıqladı: otağını artıq hazırlayırlar

15 Sentyabr 2026 21:30see206

“Ulduz” metro stansiyasının qarşısındakı yolda asfaltlanma işlərinin ilk mərhələsi yekunlaşıb

16 Sentyabr 2026 23:39see205

ABŞ Fələstin Milli Administrasiyasının üzvlərinə qarşı sanksiyaları genişləndirib

17 Sentyabr 2026 05:29see201

Maks Douman “İpsviç”ə qarşı dubl edərək tarixə düşdü

16 Sentyabr 2026 02:19see199

Bakıda və bölgələrdə işıq sönəcək

16 Sentyabr 2026 08:19see190

Azərbaycanda gizli şəhər: yeni tapıntılar VİDEO

17 Sentyabr 2026 00:51see177

Tramp gələn həftə Körfəz ölkələrinin liderləri ilə görüşəcək

17 Sentyabr 2026 06:43see174

PSJ “Qızıl top” uğrunda əsas namizədlərini seçdi

17 Sentyabr 2026 00:38see171

Xalq artisti: Burun əməliyyatı zamanı masada ölmüşəm (Video)

16 Sentyabr 2026 14:28see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri