Icma.az
close
up
RU
ZƏFƏR təqviminin LAÇIN GÜNÜ

ZƏFƏR təqviminin LAÇIN GÜNÜ

Icma.az bildirir, Ses qazeti saytına əsaslanaraq.

28 ildən artıq hərbi-siyasi əsarətdə qalmış Laçını əvvəlcə azad, sonra abad etdik və edirik! Müzəffər Ali Baş Komandan İlham Əliyevin qeyd etdiyi kimi, “Buna nail olduq, həm döyüş meydanında, həm danışıqlar masasında və razılaşma yolu ilə”.Laçının xilası mürəkkəb geopolitik şəraitdə incə diplomatik gedişlər, strateji yanaşma, prinsipial mövqe və ardıcıl siyasət sayəsində mümkün oldu. Laçının azadlıq xronologiyasına nəzər salmaq bu reallığı anlamağa kifayət edir:

- 10 noyabrdan 1 dekabra: 44 günlük Zəfər yürüşü zamanı Azərbaycan Ordusunun ardıcıl nailiyyətlər qazanması, xüsusilə də noyabrın 8-də Şuşanı işğaldan azad etməsi nəticəsində Ermənistanın hərbi-siyasi rəhbərliyi təslimçilik mövqeyindən çıxış etdi və 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanata imza atdı. Bu, Ermənistan üçün kapitulyasiya, Azərbaycanın qələbəsinin isə siyasi-hüquqi təsdiqi oldu. Razılaşmaya əsasən, 2020-ci il dekabrın 1-də Laçın rayonu Azərbaycan Silahlı Qüvvələrinə təhvil verildi və uzunmüddətli işğal faktına son qoyuldu.
- 26 avqustdan 21 sentyabra: 2022-ci il avqustun 26-da Azərbaycan Ordusunun Laçın şəhərini, Zabux və Sus kəndlərini nəzarətə götürməsi Zəfər yolunun daha bir mühüm dönüş nöqtəsi oldu. Sentyabrın 21-də isə Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən Laçın şəhərində Azərbaycanın Dövlət Bayrağının ucaldılması suverenliyimizin rəmzi, qüdrətimizin ifadəsi oldu.
- Üçüncü minilliyin 23-cü ilinin 23 aprelində: hərbi təxribatlar və siyasi sabotajları davam etdirən Ermənistannın illeqal fəaliyyətinin qarşısının alınması məqsədilə Azərbaycan tərəfindən 2023-cü il aprelin 23-də Ermənistanla sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi quruldu. Bu, Zəfər marafonunun Laçın finalı idi.
Əvvəl bizə “sülhə alternativ YOL yoxdur” deyərək 30 illik hərbi-siyasi əsarətə söykənən status-kvonu saxlamağa çalışırdılar. Hərb YOLUnu istisna etməyən Azərbaycan öz milli gücü ilə - döyüş meydanında ədaləti bərpa etdi. Bizi növbəti qələbələrə aparan ZƏFƏR YOLUNU inşa etdik. Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi YOLUnun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurduq...
Sırada Zəngəzur YOLUdur! Bu YOLLAR Azərbaycanın çoxəsrlik və müasir dövlətçilik marşrutu, Türk dünyasının istiqlal, istiqrar və istiqbal xəttidir. Müzəffər Ali Baş Komandanımızın qeyd etdiyi kimi: "Heç kim bizi YOLUMUZDAN döndərə bilməz". Çünki haqq YOLundayıq! 2500 il əvvəl qədim Çin filosofu Lao Tszının ifadə etdiyi "Min millik YOL bir addımla başlayır" fikrini XXI əsrin üçüncü onilliyində təsdiq edirik!

Nurlan QƏLƏNDƏRLİ
YAP Mərkəzi Aparatının İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:145
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 26 Avqust 2026 12:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see404

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see370

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see368

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see332

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see328

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see320

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see253

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see243

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see223

Bu dəhşətli hadisə... XİN daha çox beynəlxalq diqqət aırmağa çağırdı

08 Oktyabr 2026 21:35see222

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see214

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see212

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see210

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see210

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see205

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see195

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see194

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see190

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

09 Oktyabr 2026 12:11see190

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri