Icma.az
close
up
RU
Zəfərdən yeni həyata uzanan yol

Zəfərdən yeni həyata uzanan yol

Ses qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

20 Sentyabr Azərbaycan tarixinin yaddaşına mühüm hadisələrlə həkk olunan əlamətdar günlərdəndir. 2023-cü il sentyabrın 19–20-də keçirilmiş lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycanın dövlət suverenliyinin bütün ərazidə bərpa olunması bu tarixə xüsusi məna qazandırdı. Prezident İlham Əliyevin 18 sentyabr 2024-cü il tarixli sərəncamı ilə 20 sentyabr – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi təsis edildi. Beləliklə, dörd şəhərin tarixində yeni mərhələnin başlanğıcını ifadə edən bu gün dövlət səviyyəsində rəsmiləşdirildi. Xankəndi, Xocalı, Xocavənd və Ağdərə Azərbaycanın tarixi, mədəni irsi və ictimai yaddaşında mühüm yer tutur. 20 Sentyabrın mahiyyəti yalnız həmin gün baş verən hadisələrlə məhdudlaşmır, həm də sonrakı dövrdə bu şəhərlərdə dövlət idarəçiliyinin, sosial həyatın və şəhər infrastrukturunun yenidən qurulması ilə tamamlanır.

Bu gün həmin ərazilərdə yeni həyatın qurulması istiqamətində ardıcıl işlər görülür. Xankəndidə Qarabağ Universitetinin fəaliyyətə başlaması, mədəniyyət və iqtisadi obyektlərin yaradılması şəhərin təhsil, elm, mədəniyyət və biznes mərkəzinə çevrilməsi istiqamətində mühüm addımlardır. Xocalıda bərpa işləri ilə yanaşı, keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı həyata keçirilir, yaşayış evləri və sosial infrastruktur yenidən qurulur. Xocavənddə Hadrut və digər yaşayış məntəqələrinin bərpası, tarixi-mədəni irsin qorunması və əhalinin qayıdışı üçün şərait yaradılması diqqət mərkəzindədir. Ağdərədə isə rayonun inzibati idarəçiliyinin yenidən formalaşdırılması, infrastrukturun qurulması və gələcək məskunlaşma üçün hazırlıq işləri aparılır. Prezident İlham Əliyevin bu ərazilərə mütəmadi səfərləri zamanı yeni layihələrin təməlinin qoyulması, müxtəlif obyektlərin açılışında iştirakı və görülən işlərlə yerində tanış olması prosesin dövlət səviyyəsində diqqətdə saxlanıldığını göstərir. Yol, elektrik, qaz, su və rabitə xətlərinin çəkilməsi, məktəb və tibb müəssisələrinin yaradılması, yaşayış binalarının inşası bu ərazilərin tədricən əvvəlki həyat ritminə qovuşmasına imkan yaradır.

20 Sentyabrın əhəmiyyəti də məhz bu tarixi proseslərin bütövlüyündə özünü göstərir. Bu tarix bir tərəfdən Azərbaycanın dövlət suverenliyinin bərpası ilə bağlı mühüm hadisəni, digər tərəfdən isə Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin yeni inkişaf mərhələsini ifadə edir. Böyük Qayıdış çərçivəsində insanların doğma torpaqlarına dönməsi bu tarixin məzmununa xüsusi insani anlam qatır.

Toğrul Zeynalov

YAP Ağdam rayon təşkilatının əməkdaşı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 18 Sentyabr 2026 13:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see415

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see278

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see277

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see275

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see261

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see257

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see243

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see237

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see234

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see212

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see202

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see197

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see196

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see192

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see191

Hər şeyi qazanmaq və ən yaxşı olmaq istəyirəm Barselona nın futbolçusu

02 Noyabr 2026 23:34see191

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see183

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see168

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see168

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri