Icma.az
close
up
RU
Zəfərə aparan yol: Güclü ordu, iqtisadi inkişaf və etimad

Zəfərə aparan yol: Güclü ordu, iqtisadi inkişaf və etimad

Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Xalqımız 8 Noyabrı - Zəfər Gününü böyük sevinc və qürur hissi ilə qeyd edir. 

"Azərbaycan xalqı bir yumruq kimi birləşərək tarixi missiyasını yerinə yetirdi",- deyən Prezident İlham Əliyev "Müharibəyə gedən yol bir çox istiqamətlərdən keçmişdir. İlk növbədə, biz özümüz ordumuzu lazımi silahlar və texnika ilə təchiz etməli idik. 

Bunun üçün də güclü iqtisadiyyat olmalı idi. Bütün regional layihələrdən təcrid olunmuş Ermənistandan fərqli olaraq Azərbaycan transmilli layihələr ilə regionda tamamilə yeni mənzərə yaratdı. 

Azərbaycan regionun enerji xəritəsini, nəqliyyat xəritəsini yenidən tərtib etdi. Azərbaycanın təşəbbüsləri təkcə xalqımızın deyil, bir çox ölkələrin, o cümlədən region ölkələrinin maraqlarını təmin edir. Bunlarla da Azərbaycanın beynəlxalq nüfuzu gücləndi",-deyib. 

Zəfər Gününün tariximizdəki rolunu, əhəmiyyətini millət vəkilləri, ziyallarımız da yüksək dəyərləndirir. 

Millət vəkili Tahir Rzayev "Cebheinfo.az"-a bildirib ki, Zəfər tariximiz Ulu Öndər Heydər Əliyevin qələbəyə inamından qaynaqlanır: 

"Dahi insan hələ sağlığında inamla bildirirdi ki, biz düşmən üzərində mütləq qələbə qazanacağıq. İşğaldan azad olunan torpaqlarımıza qayıdacağıq. Əlbəttə ki, bunun üçün zaman, düşünülmüş planlar, güclü Ordu, davamlı iqtisadiyyat lazım idi. 

Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev Ordunu gücləndirməklə, iqtisadi inkişafı təmin etməklə, xalqı birləşdirməklə Ulu öndərimizin arzularını reallıqlara çevirdi. 

O, düşünülmüş hərbi strategiya, ağıllı planlar qurmaqla ordu quruculuğunu inkişaf etdirməklə, xalqda qələbəyə böyük inam yaratmaqla Zəfər Günümüzü bizə qovuşdurdu və xalqımızın tarixinə unudulmaz bir səhifə yazdı. Cənab Prezident öz çıxışlarında dəfələrlə xatırladırdı:

"Mən işğal dövründə deyirdim, bir neçə dəfə deyirdim, hər birimiz azadlıq gününü, bu müqəddəs günü öz işimizlə yaxınlaşdırmalıyıq, yaxınlaşdırırdıq və yaxınlaşdırdıq". Əlbəttə ki, bu, orduya və xalqa inamdan irəli gəlirdi. Cənab Prezident öz xalqının gücünə, Ordunun qüdrətinə inanırdı. Bu gün biz qürur hissi keçiririk. Çünki 44 günlük müharibənin təntənəsi, 23 saatlıq antiterror tədbirləri düşmənin ayağının Qarabağ torpaqlarından kəsilməsi, suverenliyimizin tam təmin olunması, dünyaya Azərbaycan xalqının qüdrətini göstərdi”. 

O bildirib ki, bu zəfər uğurla davam edir: 

“Cənab Prezident nəinki Azərbaycanın inkişafı, tərəqqisi, eləcə də dünya dövlətlərinin sülh, əmin-amanlıq, demokratiya uğrunda mübarizəsində fəal bir təşkilatçı, aparıcı kimi iştirak edir. Bu gün Azərbaycanda görülən işlər həm ölkə,həm də region dövlətləri üçün əhəmiyyətlidir. 

Ölkəmizin rəhbəri Cənubi Qafqazda sabitliyin möhkəmləndirilməsi, təhlükəsizliyin təmin olunması üçün yeni planlar hazırlayır və siyasi gedişləri ilə bu planları uğurla yerinə yetirməkdədir. O bildirir ki, biz qələbələrimizlə bütün regionda yeni bir mənzərə yaratdıq. Bu, həqiqətən də belədir. Çünki Azərbaycanın öz suverenliyi, torpaqlarının azad edilməsi uğrunda apardığı mübarizə bu gün qonşu dövlətlər üçün bir örnəkdir". 

Millət vəkilinin sözlərinə görə, Azərbaycanın qələbələrinin təmin olunmasında iqtisadi amillər çox böyük rol oynayır: 

"Cənab İlham Əliyev bəyan edir ki, Azərbaycan artıq özünün iqtisadi oderini yaratmış və bunu dünyada təsdiq edib. O bildirir ki, biz öz respublikamıza arxalanaraq güclü, müstəqil iqtisadiyyat qurmuşuq. Heç kimdən asılı deyilik. İqtisadi müstəqillik təbii olaraq bizə beynəlxalq müstəvidə böyük imkanlar qazandırır ki, Azərbaycan uğurla, şərəflə, ləyaqətlə, müstəqil xarici siyasət apa bilsin. 

Necə ki, aparmışıq və aparacağıq. Bu gün Azərbaycanın yürütdüyü siyasət demokratiyaya, əmin-amanlığa, insan haqlarına, qarşılıqlı əməkdaşlığa, milli təhlükəsizliyə arxalanır. Ölkə beynəlxalq aləmdə yüksək nüfuza malikdir. COP29 kimi beynəlxalq əhəmiyyətli bir tədbirin Azərbaycanda keçirilməsi və yüksək səviyyədə hazırlıq işlərinin görülməsi bunu deməyə imkan verir.

Dünya əhəmiyyətli bir tədbirdə bəşəriyyəti düşündürən məsələlərin gündəmə gətirilməsi və buna dəstək verilməsi Azərbaycanın bəşəri ideyalara sadiqliyindən, ölkə rəhbərinin humanizmindən və böyük təşkilatçılıq bacarığından xəbər verir. 

Nailiyyətlərin uğurla davam etdirilməsi Zəfərimizin göstəricisi, düşmən üzərində qazandığıımız qələbənin bəhrəsidir. Çünki torpaqlarımız işğaldan azad edilməsəydi, biz müstəqil, tam siyasət yeritməyə malik olmasaydıq, belə böyük tədbirlərin Azərbaycanda keçirilməsi o qədər də mümkün olmazdı. Bu gün Zəgər bayramımızla hər bir kəs öyünür, qürur duyur. Buna bizim haqqımız var. 

Çünki Azərbaycan xalqı 30 il gözlədiyi, həsrətini çəkdiyi bir arzuya qovuşub və bu arzuların təməlində özünün daha xoşbəxt gələcəyini görür. İşğaldan azad olunmuş ərazilərdə həyata keçirilən möhtəşəm tikinti, abadlıq-quruculuq, bərpa işləri Azərbaycanın beynəlxalq aləmə çıxışı, iqtisadi yüksəliş bir daha göstərir ki, Zəfər bayramımız getdikcə əbədiləşəcək, möhtəşəmləşəcək və Azərbaycana daha böyük uğurlar qazanmaq üçün yeni-yeni imkanlar yaradacaq, yollar açacaq". 

Nigar Abdullayeva 
"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:125
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 06 Noyabr 2024 13:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see310

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see304

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see300

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see285

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see284

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see277

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see268

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see266

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see265

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see251

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see237

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see227

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see226

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see223

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see221

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see219

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see212

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see211

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see187

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri