Icma.az
close
up
RU
Zəhərlənmənin əsas səbəblərindən biri Hamının aldığı qida

Zəhərlənmənin əsas səbəblərindən biri Hamının aldığı qida

Olke.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Açıq şəkildə satılan salatlar illərdir alıcıların diqqətini cəlb edir. Parlaq görünüş, hazır təqdimat və vaxt qənaəti bu məhsulları cəlbedici göstərir. Lakin mütəxəssislər xəbərdarlıq edir ki, görünənlə görünməyən risklər arasında ciddi fərq var.

Ölkə.Az-ın məlumatına görə,keyfiyyət üzrə mütəxəssis Pərvin İbrahimova bildirir ki, açıq satışda təqdim olunan salatlar qida zəhərlənmələrinin əsas səbəblərindən biri hesab olunur. Onun sözlərinə görə, insanlar açıq satılan salatı çox vaxt evdə hazırlanmış kimi qəbul edirlər, amma reallıq fərqlidir: “Evdə salatı kim hazırlayır, nə vaxt doğranır və necə saxlanılır – hamısı bəllidir. Açıq satışda isə bu zəncir görünmür və risk də məhz burada başlayır. İnsanlar adətən təzə görünüşə aldanır, təhlükə isə gözlə görünmür”.

Mütəxəssis qeyd edir ki, gün ərzində onlarla insanın yaxınlığında qalan, eyni qaşıqla dəfələrlə servis edilən salatlar potensial təhlükə mənbəyinə çevrilə bilər: “Üzərinə öskürülməsi, asqırılması, əl təması və soyuq zəncirin qırılması bakteriyalar üçün ideal mühit yaradır. Bu proses səssiz gedir, amma nəticəsi ağır ola bilir”.

Pərvin İbrahimovanın sözlərinə görə, ən riskli məqam isə zəhərlənmənin səbəbinin çox vaxt gec müəyyən edilməsidir: “İnsan səbəbi başqa yeməkdə axtarır, açıq salat isə arxa planda qalır. Halbuki termiki emal görməyən məhsullarda məsuliyyət ikiqat olmalıdır. Məsələ salatı sevməmək deyil, riski dərk edib ona uyğun davranmaqdır”.
Miri
Ölkə.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:135
embedMənbə:https://olke.az
archiveBu xəbər 14 Fevral 2026 10:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see291

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see287

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see272

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see267

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see266

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see265

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see260

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see254

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see252

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see242

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see233

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see229

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see228

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see226

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see220

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see214

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see213

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see210

Alimlər diabetin müalicəsi üçün yeni hədəf müəyyən edib

31 Oktyabr 2026 07:34see207

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri