Zelenski: 30 günlük atəşkəsə əməl olunarsa, Kiyev uzunmüddətli sülh sənədlərini hazırlayacaq
Icma.az, Sherg.az portalına istinadən məlumatı açıqlayır.
“Ukrayna və Rusiya arasında 30 günlük atəşkəs rejimi təkcə raket və dron hücumlarını deyil, həm də bütün cəbhə xətti boyunca döyüş əməliyyatlarını əhatə etməlidir”.
AZƏRTAC xəbər verir ki, bu fikri Ukrayna Prezidenti Volodimir Zelenski xalqa axşam müraciətində söyləyib.
“Ukrayna bu təklifi qəbul edir, belə bir addımı atmağa hazırıq”, - deyə Zelenski bildirib.
Prezidentin sözlərinə görə, ABŞ üçün əsas vəzifə Rusiyanı bu qərarı dəstəkləməyə inandırmaq olacaq.
“Biz razıyıq və əgər Rusiya razılaşarsa, o zaman atəşkəs başlayacaq”, - deyə Prezident bildirib.
Zelenski, həmçinin qeyd edib ki, Vaşinqton Ukraynaya müdafiə yardımını, o cümlədən kəşfiyyat məlumatlarının ötürülməsini bərpa etməyə hazırdır.
Prezident vurğulayıb ki, 30 günlük atəşkəsə əməl olunarsa, Kiyev öz tərəfdaşları ilə birlikdə uzunmüddətli sülh və təhlükəsizliyə zəmanət verəcək işçi sənədlər hazırlaya biləcək.
“Ukrayna sülhə hazırdır. Rusiya da müharibəni bitirməyə və ya müharibəni davam etdirməyə hazır olduğunu nümayiş etdirməlidir. Həqiqətin vaxtı çatıb”, - deyə Zelenski vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:153
Bu xəbər 12 Mart 2025 01:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















