Zelenski ABŞ yə onu səfir göndərmək istəyir
Qafqazinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Ukrayna ABŞ-də səfiri vəzifəsinə əvvəllər baş nazirin Avropa və Avro-Atlantik inteqrasiya məsələləri üzrə müavini - ədliyyə naziri vəzifəsini tutmuş Olqa Stefanişinanın namizədliyini irəli sürüb.
“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.
Onun sözlərinə görə, hazırda məsələ təsdiq mərhələsindədir: “Olqanın Ukraynanın ABŞ-dəki səfiri vəzifəsinə namizədliyi ilə bağlı Vaşinqtonla razılaşma prosedurları davam edərkən o, Amerika ilə münasibətlərdə tempi qorumağa çalışacaq. Təsdiqləmə prosesi dövründə Stefanişina ABŞ ilə əməkdaşlığın inkişafı üzrə xüsusi komissar kimi çalışacaq”.
Mənbənin yazdığına görə, bundan əvvəl Stefanişinanın Avropa İttifaqına səfir kimi gedəcəyi gözlənilirdi. Lakin ötən ay yerli media Ukraynada dondurulmuş qiymətli aktivlərin idarə edilməsi ilə bağlı korrupsiya qalmaqalında O. Stefanişina ilə əlaqəli şəxslərin, o cümlədən onun keçmiş ərinin əlaqəsi olduğunu yazmışdı. Lakin Olqa Stefanişina keçmiş əri və onun biznesi ilə hər hansı əlaqəsinin olduğunu inkar edib. Bununla belə, Ukraynanın İxtisaslaşdırılmış Korrupsiyaya ilə Mübarizə Prokurorluğu Stefanişinaya qarşı vəzifə səlahiyyətlərindən sui-istifadə maddəsi ilə cinayət işi açıb. Onu 6 ilə qədər həbs gözlədiyi bildirilir.
Baxış sayı:52
Bu xəbər 17 İyul 2025 17:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















