Icma.az
close
up
RU
Zelenski Ağ Evdə: NATO ən yaxşısıdır, lakin silahlar da çox vacibdir Tramp isə...

Zelenski Ağ Evdə: NATO ən yaxşısıdır, lakin silahlar da çox vacibdir Tramp isə...

Icma.az, Mia.az saytına istinadən bildirir.

"İkitərəfli təhlükəsizlik zəmanətləri Ukrayna xalqı üçün ən vacib məsələdir".

Bu barədə Ukrayna lideri Volodimir Zelenski Ağ Evdə amerikalı həmkarı Donald Trampla görüşünün mətbuata açıq hissəsində bildirib.

Müharibəni dayandırmaq üçün Kiyevin hansı güzəştləri qəbul edə biləcəyi sualına cavab verərkən Ukrayna lideri deyib: "Birincisi, düşünürəm ki, oturub danışmağımız lazımdır. İkincisi, atəşkəs lazımdır".

"Hər gün hücumlara məruz qalan Ukrayna sakinləri üçün ən vacib məsələ, həqiqətən, etibarlı təhlükəsizlik zəmanətləridir. NATO ən yaxşısıdır, lakin silahlar da çox vacibdir. Bizim tərəfimizdə olan müttəfiqlər çox vacibdir", - Zelenski bildirib.

O həmçinin vurğulayıb ki, Rusiyanın son zamanlarda Ukraynanın enerji infrastrukturuna hücumlarından sonra Amerika enerji şirkətləri Ukraynaya kömək etməyə hazır olduqlarını bildirib.

"Amerikanın böyük enerji şirkətləri ilə görüşmək üçün yaxşı imkanım oldu və onlar bizə kömək etməyə hazırdırlar", - Ukrayna Prezidenti vurğulayıb.

***

ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putini Ukraynada müharibəni dayandırmağa inandıra biləcəyi fikrindədir.

Bu barədə Vaşinqton administrasiyasının rəhbəri Ukrayna lideri Volodimir Zelenskini Ağ Evdə qarşılayarkən bəyan edib.

"Bəli, bacaracağıq", - deyə Tramp Ağ Evin Qərb qanadında qeyd edib.

Daha sonra Ağ Evin Nazirlər Kabinetinin iclas zalında çıxış edən Trampın fikrincə, Rusiya Prezidenti "müharibəyə son qoymaq istəyir".

"Mən dünən onunla iki saat yarım danışdım, biz bir çox detalları müzakirə etdik", - deyə Tramp vurğulayıb.

"O buna son qoymaq istəyir, məncə, prezident Zelenski də buna son qoymaq istəyir - indi biz bunu etməliyik"(Report).

MİA.AZ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:264
embedMənbə:https://mia.az
archiveBu xəbər 17 Oktyabr 2025 23:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see370

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see241

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see238

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see236

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see230

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see230

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see226

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see224

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see224

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see223

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see220

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see215

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see210

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see210

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see208

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see208

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see208

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see208

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see205

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri