Zelenski Avropa liderlərinə Trampla görüşü barədə məlumat verib
Icma.az, Apa.az saytına istinadən bildirir.
Almaniya kansleri Fridrix Merz, bir sıra digər Avropa liderləri və NATO-nun baş katibi Mark Rutte Ukrayna prezidenti Volodimir Zelenski ilə telefon danışığı aparıb və o, ABŞ prezidenti Donald Trampla görüşü barədə onlara məlumat verib.
APA xəbər verir ki, bu barədə jurnalistlərə Almaniyanın Nazirlər Kabinetinin sözçüsü Stefan Kornelius məlumat verib.
"Almaniya kansleri Fridrix Merz digər Avropa dövlət və hökumət başçıları, həmçinin NATO-nun baş katibi və Aİ qurumlarının rəhbərləri ilə birlikdə bu axşam Volodimir Zelenski ilə telefon danışığı aparıb", - Kornelius qeyd edib.
O əlavə edib ki, Zelenski avropalı tərəfdaşlarını ABŞ prezidenti Donald Trampla konstruktiv görüşü haqqında məlumatlandırıb.
"Almaniya kansleri Merz və tərəfdaşları bu yaxın transatlantik əməkdaşlığı alqışladılar və Ukrayna üçün ədalətli və davamlı sülhə nail olmaq üçün səylərin vacibliyini vurğuladılar", - Almaniya hökumət sözçüsü bildirib.
Baxış sayı:134
Bu xəbər 18 Oktyabr 2025 03:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















