Zelenski bu gün Trampla Ukraynada nizamlanma üzrə gələcək addımları müzakirə edəcək
Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Ukrayna Prezidenti Volodimir Zelenski bu gün ABŞ lideri Donald Trampla telefon danışığı aparacaq, dünən Tramp Rusiya Prezidenti Vladimir Putinlə danışıb.
525.az “Report” a istinadən xəbər verir ki, bu barədə V.Zelenski Finlandiya Prezidenti Aleksandr Stubb ilə keçirdiyi birgə mətbuat konfransında bildirib.
"Bu gün Prezident Trampla təmasda olacağam. Düşünürəm ki, biz onunla gələcək addımların təfərrüatlarını müzakirə edəcəyik. Hesab edirəm ki, komandalarımız arasında həqiqətən yaxşı görüş olub", - o qeyd edib.
V.Zelenskinin sözlərinə görə, onlar Trampla Ukraynada müharibənin nizamlanması üzrə növbəti addımların təfərrüatlarını müzakirə edəcəklər.
Dövlət başçısı əlavə edib ki, həmçinin Trampdan onun Putinlə söhbətinin təfərrüatlarını da eşitməyi gözləyir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:70
Bu xəbər 19 Mart 2025 14:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















