Zelenski: Bu il dronların alınması üzrə rekord il olacaq
Turkstan.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Turkustan.az xəbər verir ki, yanvarın 11-də Ukrayna prezidenti Vladimir Zelenski növbəti iclas keçirib. İclasda əsas mövzu Müdafiə Qüvvələri üçün pilotsuz təyyarələrin sifarişlərinin sayının artırılması olub.
Bu barədə dövlət başçısının və Prezident Aparatının Telegram kanallarında müvafiq məlumatlar yer alıb. Zelenskinin sözlərinə görə, bu il dronların alınması və silahların istehsalı üzrə rekord il olmalıdır .
"İndicə yeni iclas keçirdik. Bu gün biz müqavilələr - artıq icra olunanlar, planlaşdırılanlar haqqında məlumat verdik. Bu, birgə əməliyyatdır. Bu ili bütün növ pilotsuz təyyarələr üçün rekord il etmək, habelə Ukrayna raketlərinin, artilleriyasının və bütün zəruri avadanlıqların istehsalını əhəmiyyətli dərəcədə artırmaq ili elan edirəm"- deyə, dövlət başçısı vurğulayıb.
Zelenski pilotsuz təyyarələr üçün sifarişlərin sayını artırmağı tapşırıb. Onun sözlərinə görə, bu, artıq həyata keçirilir.
Ukrayna lideri Rusiya ərazisində hərbi obyektlərə, işğalçının hərbi logistikasına zərbələr endirən bölmələrə təşəkkür edib və belə mühüm nəticələrin daha çox olması lazım olduğunu vurğulayıb.
Aytən Yaşar/ Turkustan.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 11 Yanvar 2025 19:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















